Icma.az
close
up
RU
Prezidentin Gəncə səfərinin ŞİFRƏLƏRİ

Prezidentin Gəncə səfərinin ŞİFRƏLƏRİ

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Prezidenti İlham Əliyev 27 sentyabr – Anım Günündə qədim Gəncə şəhərinə səfər etdi. Dövlət başçısı şəhərdə ucaldılmış Memorial Kompleksin açılışını həyata keçirdi, şəhidlərin ruhuna bir daha dərin ehtiramda bulundu.

Əslində Prezidentin respublikanın hər bir bölgəsinə – ucqar kəndlərdən tutmuş iri şəhərlərə, tarix qoxuyan qədim məkanlardan yeni salınmış yaşayış massivlərinədək – səfərləri artıq ictimaiyyət üçün təbii qarşılanan haldır. Çünki müzəffər dövlət başçısının izi ölkənin hər yerində, hər dirçəlişində, hər açılışında görünür. Onun indiyədək həyata keçirdiyi çoxsaylı açılışlar, kəsdiyi lentlər, istifadəyə verdiyi körpülər, yollar, məktəblər, şəfaevləri, şəhərciklər, ziyarətgaha çevrilən abidələr… dirçəliş dastanının bölmələri kimidir.

Amma məhz 27 sentyabrda və məhz Gəncəyə – tarixi gündə simvolik məkana edilən səfər bir başqadır.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının yüksək tribunasında Qalib Azərbaycanın həqiqətlərini növbəti dəfə dünyaya çatdırıb, Nyu-Yorkda önəmli görüşlər keçirib doğma vətənə döndükdən dərhal sonra Gəncəyə səfər etdi. Bu ardıcıllıq özünəxas anlam daşıyır. Dövlət başçısının beynəlxalq və daxili addımları vəhdət halında izlənilincə, bu, həm də Azərbaycan siyasətinin xarici və daxili dayaqlarının bir-birini tamamladığını göstərir.

Gəncə Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olub. Respublikamız öz müstəqilliyini bərpa edərkən də məhz Cümhuriyyət varisliyi Anayasamızda təsbit edilib. Və Azərbaycan nə Cümhuriyyət, nə Sovet, nə də Sovetsonrası dönəmlərdə son illərdəki kimi bütöv və suveren olmayıb. Ərazi bütövlüyü və suverenliyin öz energetikası var.

Gəncə həm də Nizami yurdudur. Qədim Gündoğar mədəniyyətinin, poeziyanın, sənətin beşiklərindən biridir Gəncə.

Bu anlamda, Prezidentin Anım Günündə Gəncəyə səfəri həm siyasi, həm də mədəni irsə sadiqliyin daha bir təcallasıdır. Yəni bu səfər şəhidlərin anısına, eyni vaxtda milli-mədəni yaddaşımıza, irsimizə ehtiramın ifadəsidir.

Unutmaq olmaz ki, Gəncə şəhəri Vətən müharibəsi dönəmində (4, 5, 8, 11, 17 oktyabr tarixlərində) Ermənistan silahlı qüvvələrinin raket hücumlarına uğramışdı. Uşaqlar, qadınlar, qocalar şəhid olmuş, bir sıra ev və mülki infrastruktur dağıdılmışdı. Bu faciələrin acısı hələ də xalqımızın qəlbindədir. - Amansız hücumlar sonucunda 6-sı uşaq olmaqla, 26 mülki şəxs həyatını itirmiş, 142 dinc sakin isə yaralanmışdı.

Onu da unutmaq olmaz ki, Gəncə şəhəri cəbhə xəttindən 80 km uzaqda yerləşirdi və Ermənistan silahlı qüvvələri Nizami yurdunu həm də, şərti dövlət sərhəddinin o üzündən atılan raketlərlə vururdu. Gəncəli Nizaminin əsərlərinin fakturasını, qəhrəmanlarını onilliklər boyu “erməniləşdirməy”ə uğursuz cəhdlər edən zehniyyətsizlər, əllərinə fürsət düşüncə Gəncənin özünü raket zərbələrinə tutdu…

Məhz buna görə, 27 sentyabrda Gəncədə Memorial Kompleksin açılışı beynəlxalq ictimaiyyətə bir ismarıcdır: Azərbaycana hansısa sual ünvanlayan, əsassız ittihamlarla çıxış edən müəyyən dairələr gəlib bu şəhərin yaralarını görsün, ata-anasını itirmiş Gəncə balası – Ayparçası Nilayın gözlərinə baxsın. Nilayın, onun kimi ata-anasını itirmiş uşaqların doğru, səmimi cavabları hər hansı tribunadakı saxta bəyanatlara, bekara suallar və vecsiz rəylərə haqq silləsi kimi bir cavabdır.

Bu günlərdə separatçı rejimin tör-töküntüləri, o cümlədən Gəncəyə raket zərbəsinin əmrini açıq şəkildə vermiş Araik Arutyunyan və ona oxşarlar Bakıda məhkəmə qarşısındadır. Onların – separatçıların, terrorçuların, müharibə canilərinin müdafiəsinə qalxan dairələrə də ən tutarlı cavablardan biri elə Gəncədir, Nilayların sözü, gözü və özüdür. Burada ucaldılan Memorial Kompleks həmin dairələrə bir daha xatırladır: Azərbaycan xalqı nəyi itirdiyini, kimlərlə üz-üzə olduğunu yaxşı bilir.

Azərbaycanın hər bölgəsində şəhidlərimizin anısına abidələr ucaldılıb, bundan sonra da ucaldılacaq; kəndlərimizdə, qəsəbələrimizdə, şəhərlərimizdə Anım Gününün səsi-sorağı, mahiyyəti əbədi yaşayacaq. Amma Gəncədə – Xalq Cümhuriyyətinin ilk paytaxtında, dünya şairlərinin komandanı, ulu Nizaminin yurdunda, düşmənin raket zərbələrinə uğramış qəhrəman şəhərdə açılan bu kompleksin anlamı ayrıca dəyərlidir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev əcdadın ruhunu şad edir, bugünümüzü şəkilləndirir, gələcək nəslə aydın yol göstərir. – BMT-də, Pekində, Ankarada, Budapeştdə, Romada, Vaşinqtonda - digər yaxın-uzaq paytaxtlarda, ölkəmizin paytaxtı Bakıda, Mədəniyyət paytaxtımız Şuşada, (belə demək olarsa) yeni diplomatiya paytaxtımız Xankəndidə,
Cümhuriyyətin ilk paytaxtı Gəncədə və b…

Bəli, Anım Günü kədərin deyil, milli qürurun, dövlət-xalq birliyinin, irsə və gələcəyə sədaqətin günüdür.

Şəhidlər ölmədi, Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər Qoşalı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Sentyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri