Icma.az
close
up
RU
Prezidentin Əbu Dabi səfəri: “Tərəfdaşlığı möhkəmləndirəcək”

Prezidentin Əbu Dabi səfəri: “Tərəfdaşlığı möhkəmləndirəcək”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri və bu səfər çərçivəsində BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirilən görüş iki ölkə arasında strateji tərəfdaşlığın dərin və çoxşaxəli xarakter daşıdığını bir daha nümayiş etdirir”.

Bu sözləri Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan münasibətlər Azərbaycan-BƏƏ əlaqələrinin möhkəm təməl üzərində inkişaf etdiyini təsdiqləyir:

“Görüş zamanı siyasi, iqtisadi, enerji, bərpaolunan enerji, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətlərdə əldə olunan nəticələr və gələcək perspektivlər ölkələrimizin regional və qlobal miqyasda etibarlı tərəfdaşlar olduğunun göstəricisidir.

Qarşılıqlı səfərlərin intensivliyi münasibətlərin dinamik inkişafına mühüm töhfə verir. Sevindirici haldır ki, Birləşmiş Ərəb Əmirlikləri tərəfindən ölkəmizə investisiya qoyuluşunda əhəmiyyətli artım müşahidə olunur”. 

Millət vəkili qeyd edib ki, mövcud müsbət dinamika müxtəlif sahələri əhatə edir və bu situasiya yeni mənbələrin inkişafını şərtləndirir:

“Ölkələrimiz ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, hərbi sahəyə də xüsusi diqqət ayırır və bu kontekstdə əhəmiyyətli işlər görülür.

Dövlət başçımızın “Gələcəyin oyunları 2025” adlı qlobal idman turnirinin açılış mərasimində iştirakı Azərbaycanın beynəlxalq idman, innovasiya və gənclər siyasətinə verdiyi önəmin bariz ifadəsidir. 

Fiziki və rəqəmsal idman elementlərini birləşdirən bu turnir müasir dünyanın çağırışlarına uyğun yeni idman konsepsiyasını təşviq etməklə yanaşı, o cümlədən ölkələr arasında humanitar və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir”.

Günay Ağamalı vurğulayıb ki, Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri Azərbaycan–BƏƏ münasibətlərinin yeni mərhələyə yüksəlməsinə səbəb olacaq:

“Bu səfər eyni zamanda, strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə və qarşılıqlı əməkdaşlığın yeni layihələrlə zənginləşməsinə mühüm töhfə verəcək.

Möhtərəm cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq müstəvidə etibarlı, nüfuzlu və təşəbbüskar tərəfdaş kimi mövqeyini daha da gücləndirir”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Prezident İlham Əliyev Əbu-Dabi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri