Icma.az
close
up
RU
Prezidentin Əbu Dabiyə səfəri bir çox aspektdən xüsusi əhəmiyyət daşıyır Millət vəkili

Prezidentin Əbu Dabiyə səfəri bir çox aspektdən xüsusi əhəmiyyət daşıyır Millət vəkili

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən günlərdə Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdə olub.

Tərəflər arasında söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.

Qeyd edək ki, Azərbaycan-BƏƏ münasibətləri yüksək templə inkişaf etməkdədir. Hətta Azərbaycan və Ermənistanın birbaşa danışıqları da ilk olaraq Əbu-Dabidə keçirilmişdi.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, prezidentin bu səfəri bir çox aspektdən xüsusi önəm və əhəmiyyət daşıyır:

"Cənab prezident ilk dəfə deyil ki, bu səfəri edir. Bu gün Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri arasında çox sıx münasibər, əlaqələr var və bu əlaqələr həm də ölkə rəhbərləri arasında münasibətlərdən qaynaqlanır. Bu gün Azərbaycan həm ərəb ölkələri ilə, həm Afrika ölkələri ilə, həm də Avropa ölkələri ilə sıx, mütəşəkkil əlaqələr qurur və bu əlaqələr dostluğun, qardaşlığın bir göstəricisidir. BƏƏ-nin Azərbaycanda bir çox şirkətləri fəaliyyət göstərir. Onlar alternativ enerji məsələsində, bərpa olunan enerji məsələsində Azərbaycana sərmayələr yatırırlar. Bizim mədəni, humanitar və digər istiqamətlərdə çox yaxşı əlaqələrimiz var. Azərbaycan-Ermənistan birbaşa danışıqları Əbu-Dabidə keçirilmişdi və bu da onu göstərir ki, ölkələr arasında münasibətlər yüksəkdir. Yəni bu qədər ölkə arasında BƏƏ-nin Əbu-Dabi şəhərinin seçilməsi bu fikri, faktı bir daha təsdiq edir".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Dekabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri