Prezidentin ehtiyat fondunun vəsaitinin artırılması təklif olunur
Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin ehtiyat fondunun vəsaiti artırılmalıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu deputat Novruzəli Aslanov Milli Məclisin bu gün keçirilən plenar iclasında - “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Mən hər il büdcə müzakirələrində dövlət başçısının ehtiyat fondunun vəsaitinin artırılması təşəbbüsü ilə çıxış edirəm. Fondun hesabına sosial-iqtisadi sahələrdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilir. Xüsusilə mümkün fövqəladə hallarda fəlakətlərin və qəzaların nəticələrinin aradan qaldırılması istiqamətində çevikliyin təmin edilməsi üçün artım çox vacib şərtdir”, - deyə o qeyd edib.
Xatırladaq ki, 2025-ci ildə Prezident İlham Əliyevin ehtiyat fondu 2024-cü illə müqayisədə eyni - 300 milyon manat olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 26 Noyabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















