Icma.az
close
up
RU
Prezidentin fəaliyyətini belə qiymətləndiriblər STATİSTİKA

Prezidentin fəaliyyətini belə qiymətləndiriblər STATİSTİKA

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Respublikasının Prezidentinin fəaliyyətinə ictimai münasibətin öyrənilməsi məqsədilə ölkə vətəndaşları arasında rəy sorğusu həyata keçirib.

Sfera.az xəbər verir ki, sorğu çərçivəsində 2025-ci ilin ilk altı ayı ərzində Prezidentin genişmiqyaslı fəaliyyət xronikasında ön plana çıxan və xüsusi aktuallıq kəsb edən bir sıra istiqamətlər seçilərək ictimai rəy sorğusu əsasında dəyərləndirilib.

Sorğunun nəticələri Prezidentin fəaliyyətinin ümumilikdə yüksək qiymətləndirildiyini göstərib. Xüsusilə Böyük qayıdış və bərpa-quruculuq, xarici siyasət, hərbi quruculuq və milli təhlükəsizlik sahəsində fəaliyyətə geniş ictimai dəstək ifadə olunub.

Prezidentin Böyük qayıdış və bərpa-quruculuq sahəsində fəaliyyətini respondentlərin 69.6%-i çox yaxşı, 24.6%-i əsasən yaxşı olaraq qiymətləndirib. Sorğu iştirakçılarının 2.0%-i bu sahədə fəaliyyətin əsasən pis olduğunu, 1.5%-i çox pis olduğunu bildirib. 2.3%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.
Tədqiqatın nəticələri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən infrastruktur layihələrinin, bərpa və yenidənqurma tədbirlərinin, qayıdış prosesi və yenidən məskunlaşma fəaliyyətinin ictimai rəyin formalaşmasında mühüm rol oynadığını göstərib.

Prezidentin hərbi quruculuq sahəsində fəaliyyətini respondentlərin 69.4%-i çox yaxşı, 22.7%-i isə əsasən yaxşı olaraq qiymətləndirib. Onların 1.6%-i bu sahədə fəaliyyətin əsasən pis olduğunu, 0.7%-i çox pis olduğunu bildirib. 5.6%-i bu barədə rəy bildirməkdə çətinlik yaşayıb.

Prezidentin milli təhlükəsizlik sahəsində fəaliyyətini respondentlərin 58.7%-i çox yaxşı, 29.5%-i əsasən yaxşı olaraq dəyərləndirib. Sorğu iştirakçılarının 1.3%-i bu sahədə fəaliyyətin əsasən pis olduğunu, 1.3%-i çox pis olduğunu bildirib. 9.2%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Ümumi nəticələr dünyada və regionda baş verən hərbi münaqişələr fonunda təhlükəsizlik məsələsinin ictimaiyyət üçün prioritet olduğunu, ordunun modernləşdirilməsi və müdafiə sənayesi sahəsində fəaliyyətin yüksək qiymətləndirildiyini deməyə əsas verib.

Firuzə Əliyeva
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 İyul 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri