Icma.az
close
up
RU
Prezidentin fərmanı yalnız maddi deyil, həm də mənəvi məna daşıyır ŞƏRH EDİLDİ

Prezidentin fərmanı yalnız maddi deyil, həm də mənəvi məna daşıyır ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı fərmanla bir daha ölkədə təqaüdlərin, mükafatların və sosial mühafizə tədbirlərinin artırılması istiqamətində mühüm bir addım atdı. Bu fərman, şübhəsiz ki, cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanı əhatə edir və onların rifah halının yaxşılaşdırılmasına yönəlmiş əhəmiyyətli bir təşəbbüsdür". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, bu addım Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin davamıdır və bu istiqamətdə verilən ilk qərar deyil. Son illər ərzində sosial sahədə aparılan islahatlar və həyata keçirilən ardıcıl tədbirlər ölkəmizdə sosial ədalətin təmin olunmasına, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir: "Xüsusilə qeyd olunmalıdır ki, bu fərmanın 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində imzalanması həm rəmzi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. 15 İyun Azərbaycan xalqının yaddaşına təkcə Qurtuluş Günü kimi deyil, eyni zamanda 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə də həkk olunub. Hər iki hadisə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dövlətçiliyin bərpası və güclənməsi baxımından tarixi əhəmiyyətə malikdir. Şuşa Bəyannaməsinin imzalandığı günün məhz Qurtuluş Gününə təsadüf etməsi də təsadüfi deyil. Bu günlər bir-biri ilə üzvi şəkildə bağlıdır və tarixi baxımdan bir məntiqi ardıcıllığın davamı kimi dəyərləndirilməlidir.

Bu günlərdə imzalanan Prezident fərmanı yalnız maddi deyil, həm də mənəvi məna daşıyır. Bu, həm dövlətin öz vətəndaşına verdiyi dəyərin göstəricisidir, həm də xalq-dövlət birliyinin bariz nümunəsidir. Artıq Azərbaycan öz gücü ilə inkişaf edən, dayanıqlı iqtisadiyyata malik olan, siyasi sabitliyini qoruyan və regional güc mərkəzinə çevrilmiş müasir bir dövlətdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan zəfərlər və ardıcıl islahatlar nəticəsində ölkəmiz təkcə hərbi sahədə deyil, sosial-iqtisadi və humanitar sahələrdə də ciddi irəliləyişlər əldə edib.

Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Azərbaycan vətəndaşı ən yüksək rifah səviyyəsinə, layiqli həyat şəraitinə malik olmalıdır. Bu istiqamətdə atılan hər bir addım – istər əməkhaqlarının artırılması, istər təqaüdlərin genişləndirilməsi, istərsə də sosial müavinətlərin əhatə dairəsinin genişləndirilməsi – insan kapitalına verilən önəmin göstəricisidir. Odur ki, bu fərmanı da ölkədə həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsi, vətəndaşa yönəlmiş diqqət və qayğının daha bir nümunəsi kimi qiymətləndirmək olar. Nəticə etibarilə, bu fərman təkcə sosial müdafiənin gücləndirilməsi baxımından deyil, həm də vətəndaş-məmur münasibətlərinin möhkəmlənməsi, dövlətə olan etimadın artırılması və ictimai sabitliyin qorunması baxımından da mühüm rol oynayır. Bu, Azərbaycan dövlətinin vətəndaşına verdiyi dəyərin və dövlət başçısının xalqa olan xidmət fəlsəfəsinin bariz təzahürüdür".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 İyun 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri