Icma.az
close
up
RU
Prezidentin fərmanı yerinə yetirilmir İcra nümayəndəsi saytın adını eşidib telefonu söndürdü ARAŞDIRMA

Prezidentin fərmanı yerinə yetirilmir İcra nümayəndəsi saytın adını eşidib telefonu söndürdü ARAŞDIRMA

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Ölkə başçısı İlham Əliyevin 22 iyun 2022-ci ildə verdiyi fərmana əsasən, Buzovnada çimərlik ərazilərinin hasarlanmasının qarşısı alındı. Lakin Prezidentin fərmanının digər hissəsi ilə bağlı tələblər yerinə yetirilmir.

Avtosfer.az xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən və “təbiət abidəsi” olaraq bilinən Buzovna qayalığıı 20 ilə yaxın müddətdir ki, məmurlar və sahibkarlar tərəfindən zəbt edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qayalığa təbiət abidəsi statusu 2 may tarixli sərəncamla ilə verilib. Həmçinin qayalıq ərazi dövlət təbiət abidələrinin siyahısına daxil edilib.

Bundan sonrakı işlərin (abidənin mühafizəsi, bərpası və istifadəsi üzrə nəzarət və s.) icrası üçün nazirliyin Bakı şəhəri üzrə regional idarəsi ilə Xəzər Rayon İcra Hakimiyyəti arasında müqavilə imzalanmalıdır. Amma rayon icra hakimiyyəti müqavilənin imzalanmasını yubadır, bundan imtina edir.

Bir neçə gün əvvəl Buzovna Qayalığı Dövlət Təbiət Abidəsi ərazisində məlumat lövhəsi və davranış qaydalarına dair nişanlar yerləşdirilib.

Məlumat lövhəsində qayalığın iki hissədən ibarət olduğu göstərilib. 1-ci hissədə qayaların ləpədöyəndə, 2-ci hissədə isə quru sahəsində yerləşdiyi qeyd edilib. Ləpədöyən hissənin uzunluğu 1305 metr, quru sahəsi isə 4,7 hektardır.

Buzovna sakinləri deyir ki, lövhələri Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırlayıb, sakinlər və yerli icra nümayəndəliyinin işçiləri quraşdırıblar. Ərazidə cəmi 15 lövhə yerləşdirilib.

Buzovna qayalığının üzərindəki restoranların təbiət abidəsinə vurduğu ziyana gəlincə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən başqa heç bir qurum məsələnin həlli istiqamətində addım atmır.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da saytımızın adını eşidən icra nümayəndəsi Gülbala Qurbanov telefon zəngini üzümüzə bağladı, daha sonra isə heç bir halda zənglərimizə cavab vermədi.

Məsələnin öz həllini tapması üçün mövzunu aktual saxlayacaq, qurumalrdan mövqe aldığımız təqdirdə məlumatları yeniləcəyik.

Səfər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Yanvar 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri