Icma.az
close
up
RU
Prezidentin gənclər təqaüdçüsü

Prezidentin gənclər təqaüdçüsü

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, dövlətimizin başçısı 2 gün əvvəl 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. 

Ekspert komissiyasının təklifinə  əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 11 nəfər gənc qazanılan uğurlara görə həmin mükafata layiq görülüb.

Fərqlənən gənclərdən biri – Rüstəm Əzimovla həmsöhbət olduq. 1999-cu il mayın 26-da İmişli şəhərində dünyaya göz açıb. Bakıdakı E.Cəlilov adına 272 saylı tam orta məktəbi, sonra isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə həyata keçirdiyi “Biznesin idarə olunmasının   təkmilləşdirilməsi” tədris proqramının “Sistem mühəndisliyi” ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsini bitirib. O, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun elmi işçisidir. Özü barədə bunları söylədi:

– Mən 4 ildən çoxdur ki, burada elmi tədqiqatla məşğulam. Eyni zamanda, elmi tədqiqat nəticələrimdən istifadə edərək magistratura və doktorantura təhsilimi tamamlamışam. “Texnika üzrə fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün dissertasiya işimi müdafiə etmişəm. Hazırda dissertasiya işim Ali Attestasiya Komissiyasındadır. Bu illər ərzində həm şəkillər, həm də mətnlər üzərində tanıma, yəni süni intellekt məsələləri ilə məşğul olmuşam. Tələbəlik illərindən etibarən bu  sahə üzrə kurslara qatılmışam. Çox sayda onlayn kurslar bitirmişəm. Bunların sırasında Stenford Universitetinin, London İmperial Kollecinin kursları da olub. İnstitutda apardığım araşdırmaların nəticələri isə beynəlxalq jurnallarda çap olunub.

İrəli getməyimə zəmin yaradan İdarəetmə Sistemləri İnstitutuna borcluyam.  İnstitutdakılar uzun illərin təcrübəsini çox qısa müddətdə işçilərə aşılamağa çalışırlar. Mən də səy göstərmişəm ki, bu aşılananları mənimsəyim. Burada özümü ailənin bir üzvü kimi hiss edirəm. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini kimi çox şadam ki, gördüyüm işlər dəyərləndirilir. Gənclər üçün böyük stimul olan Prezident mükafatını qazanmaq sevindiricidir, bu mükafatda İdarəetmə Sistemləri İnstitutunun bütün əməkdaşlarının uğur payı var. Ötən 4–5 illik müddətdə onlar bütün elmi təcrübələrini, biliklərini mənə və digər gənclərə ötürüblər. Minnətdaram və cavabım daha məhsuldar çalışmaq olacaq.   

Əli NƏCƏFXANLI    
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Fevral 2025 01:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri