Icma.az
close
up
RU
Prezidentin Gürcüstan səfəri Qərb ilə münasibətlər kontekstində də mühüm siqnallar verir

Prezidentin Gürcüstan səfəri Qərb ilə münasibətlər kontekstində də mühüm siqnallar verir

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


"Prezident İlham Əliyevin Gürcüstana səfəri təkcə ikitərəfli diplomatik təmas kimi deyil, həm də Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar fonunda strateji məna daşıyan hadisə kimi qiymətləndirilməlidir".
Bunu Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, hazırkı mərhələdə region qlobal güclərin rəqabət meydanına çevrilməkdədir və enerji, nəqliyyat, təhlükəsizlik kimi sahələrdə yeni balansların formalaşması prosesi gedir:
"Belə bir şəraitdə Azərbaycan və Gürcüstan arasında münasibətlərin yüksək səviyyədə saxlanılması və daha da dərinləşdirilməsi hər iki ölkə üçün həyati əhəmiyyət kəsb edir.
Azərbaycan və Gürcüstan uzun illərdir ki, enerji və nəqliyyat sahəsində strateji tərəfdaş kimi çıxış edir. Xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi iri layihələr regionun geoiqtisadi xəritəsini dəyişdirərək Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan səfər çərçivəsində bu layihələrin davamlılığı, genişləndirilməsi və yeni təşəbbüslərin müzakirəsi olduqca vacib idi".
Politoloq qeyd edib ki, xüsusilə Avropanın alternativ enerji mənbələrinə marağının artdığı bir dövrdə Azərbaycanın enerji resurslarının Gürcüstan üzərindən dünya bazarlarına çıxışı daha da ön plandadır:
"Digər mühüm aspekt nəqliyyat və logistika sahəsidir. Orta Dəhliz kimi tanınan Transxəzər beynəlxalq nəqliyyat marşrutu son illərdə Çin-Avropa ticarətində alternativ yol kimi diqqət çəkir. Bu marşrutun effektiv fəaliyyəti üçün Azərbaycan və Gürcüstan arasında koordinasiya həlledici rol oynayır. Bu kontekstdə səfər çərçivəsində dəmir yolu, liman infrastrukturu və gömrük prosedurlarının sadələşdirilməsi kimi məsələlər olduqca vacibdir. Bu, regionun tranzit potensialını artırmaqla yanaşı, hər iki ölkəyə əlavə iqtisadi dividendlər vəd edir.
Siyasi və təhlükəsizlik baxımından da səfər xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazda münaqişədən sonrakı dövrdə yeni reallıqlar formalaşır, eyni şəkildə Yaxın Şərqdə baş verənlər də göz önündədir və bu reallıqlar regional əməkdaşlıq formatlarının yenidən nəzərdən keçirilməsini tələb edir. Azərbaycan və Gürcüstan bu prosesdə sabitlik və əməkdaşlıq tərəfdarı kimi çıxış edərək, regionda qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verən ölkələrdir".
Yusif Bağırzadə, "Eyni zamanda, bu səfər Qərb ilə münasibətlər kontekstində də mühüm siqnallar verir. Həm Azərbaycan, həm də Gürcüstan Avropa ilə iqtisadi və siyasi əlaqələri genişləndirməyə çalışır. Bu baxımdan onların koordinasiyalı şəkildə çıxış etməsi regional layihələrin beynəlxalq dəstək qazanmasına şərait yaradır. Xüsusilə enerji və nəqliyyat layihələrinin Avropa İttifaqı tərəfindən prioritet kimi qiymətləndirilməsi bu əməkdaşlığı daha da aktuallaşdırır.
Odur ki, səfər həm ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həm də daha geniş regional əməkdaşlıq platformasının inkişafı baxımından mühüm perspektivlər açır. Mövcud geosiyasi şəraitdə belə təmaslar yalnız diplomatik jest deyil, həm də strateji koordinasiyanın gücləndirilməsi üçün zəruri mexanizm kimi çıxış edir. Bu isə Cənubi Qafqazda sabitlik, iqtisadi inkişaf və inteqrasiyanın dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir",-deyə vurğulayıb.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Aprel 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri