Icma.az
close
up
RU
Gürcüstan KİV i Prezidentin bu açıqlamalarını işıqlandırdı

Gürcüstan KİV i Prezidentin bu açıqlamalarını işıqlandırdı

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstan mediası İlham Əliyevin Avropaya elektrik enerjisi ixracı və enerji dəhlizləri ilə bağlı açıqlamalarını geniş işıqlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Gürcüstanın aparıcı televiziya kanalları və xəbər resursları Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvanda verdiyi müsahibəyə geniş yer ayırıb.

Gürcüstanın İctimai Televiziyasının (1TV) və "İmedi" televiziyasının internet səhifələrində yayımlanan materiallarda Azərbaycan Prezidentinin Azərbaycanın Avropa bazarına elektrik enerjisi ixrac etmək niyyəti, bu istiqamətdə Gürcüstan və Türkiyənin əsas tranzit marşrut kimi rolu, eləcə də regionda yeni enerji və nəqliyyat bağlantılarının yaradılması ilə bağlı fikirləri ön plana çıxarılıb.

Nəşrlər İlham Əliyevdən sitatlar gətirib, onun fikirlərini şərhe diblər. "Azərbaycan artıq Avropa bazarına neft və qaz ixrac edir və elektrik enerjisinin də Avropa bazarına çatdırılması istiqamətində imkanları genişləndirmək niyyətindədir", - nəşrlər Prezidentin bu sözlərini dərc ediblər. Prezidentin sözlərinə görə, hazırda Azərbaycanın Avropa bazarına elektrik enerjisi ixrac etməsi üçün əsas marşrut Gürcüstan və Türkiyədən keçir.

"Regionumuzda Azərbaycan qədər enerji ilə hərtərəfli təchiz olunmuş başqa bir ölkə yoxdur, istər neft, istər qaz, istərsə də elektrik enerjisi olsun. İxrac imkanlarımızı qonşu ölkələrə genişləndirməklə Avropa bazarına da çıxış əldə edəcəyik. Biz artıq Avropanı neft və qazla təchiz etmişik, eyni zamanda Avropa bazarını elektrik enerjisi ilə də təmin etmək istəyirik", - deyə İlham Əliyevin fikirlərini nəşrlər tirajlayıblar.

Qeyd edilib ki, Azərbaycan Prezidenti bu imkanların genişləndirilməsinin vacibliyini vurğulayaraq, xüsusilə Qara dəniz enerji kabeli layihəsinə diqqət çəkib. O bildirib ki, layihənin texniki-iqtisadi əsaslandırması artıq hazırdır və ikinci elektrik ötürücü xəttinin yaradılması Azərbaycanın imkanlarını daha da gücləndirə bilər.

İlham Əliyev Azərbaycanın enerji sisteminin hazırda Rusiya, İran və Gürcüstanın enerji sistemləri ilə əlaqəli olduğunu, Gürcüstan üzərindən isə Türkiyəyə və daha sonra Avropa bazarına çıxışın təmin edildiyini qeyd edib.

Azərbaycan Prezidenti Ermənistan üzərindən Naxçıvana elektrik xətlərinin çəkilməsini nəzərdə tutan layihənin də hazır olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistandan Naxçıvana, oradan isə Türkiyəyə və Avropaya uzanacaq enerji dəhlizi gələcəkdə regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edə bilər.

İlham Əliyev Azərbaycanın son illərdə elektrik enerjisi infrastrukturunun inkişafı istiqamətində gördüyü işlərdən də danışıb.

"Son beş ildir ki, biz Kəlbəcər dağlarında, hətta qarlı havada belə, 3500 metr hündürlükdə elektrik ötürücü qüllələr ucaldırıq", - deyə Prezident bildirib.

Onun sözlərinə görə, Ermənistan üzərindən Naxçıvana elektrik xəttinin çəkilməsi layihəsinə başlanılacağı təqdirdə, bu işlərin həyata keçirilməsi uzun müddət tələb etməyə bilər.

İlham Əliyev bu layihənin gələcəkdə Zəngəzur dəhlizi və TRIPP layihəsinin ayrılmaz hissəsinə çevrilə biləcəyini də qeyd edib.

Prezidentin sözlərinə görə, həmin marşrut yalnız dəmir yolu və avtomobil yolundan ibarət olmayacaq. Buradan fiber-optik kabellərin, elektrik xətlərinin və gələcəkdə zərurət yaranarsa, neft və qaz kəmərlərinin də keçirilməsi mümkün ola bilər.

Azərbaycan Prezidenti müsahibəsində Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyətinə də toxunub. O bildirib ki, dəhliz vasitəsilə 15 milyon ton və ya daha çox yükün daşınması əlavə iqtisadi fəaliyyətin yaranmasına, yeni iş yerlərinin açılmasına və Naxçıvanın mühüm nəqliyyat mərkəzlərindən birinə çevrilməsinə imkan verəcək.

İlham Əliyev qeyd edib ki, Zəngəzur dəhlizi ideyası ilk dəfə irəli sürülərkən əsas diqqət nəqliyyat seqmentinə yönəlsə də, hazırda layihəyə daha geniş kontekstdə baxılır.

Gürcüstan mediasının Azərbaycan Prezidentinin açıqlamalarına geniş yer verməsi xüsusilə enerji, nəqliyyat və tranzit imkanları baxımından Bakı-Tbilisi əməkdaşlığının aktuallığını da ön plana çıxarıb.

Qeyd edək ki, Gürcüstan Azərbaycan enerji resurslarının Türkiyə və Avropa bazarlarına çıxarılmasında əsas tranzit ölkələrdən biridir. Azərbaycan və Gürcüstan arasında enerji və nəqliyyat sahəsində həyata keçirilən layihələr Cənubi Qafqazın regional bağlantısının və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Avqust 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri