Icma.az
close
up
RU
Prezidentin Kəlbəcər səfəri Azərbaycanın Zəfər yolunda irəlilədiyini göstərən tarixi hadisədir ŞƏRH

Prezidentin Kəlbəcər səfəri Azərbaycanın Zəfər yolunda irəlilədiyini göstərən tarixi hadisədir ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 25 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Kəlbəcər şəhərinə səfəri ölkəmizin müasir tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Bu səfər yalnız dövlət başçısının bölgəyə ziyarəti deyildi, həm də Böyük Qayıdışın real nəticələrinin, xalqın haqq və ədalət uğrunda apardığı mübarizənin parlaq təcəssümü idi. Prezidentin kəlbəcərlilərlə görüşdə söylədiyi “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” sözləri, sadəcə, salamlaşma deyildi. Bu ifadə doğma yurda qayıdan insanların qəlbində ümid işığı yandırdı, uzun illərin həsrətini sonlandırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə söyləyib.

Onun sözlərinə görə, 32 ildən sonra öz şəhərinə dönən kəlbəcərlilər üçün bu gün milli yaddaşın ən şərəfli səhifəsinə yazıldı. Dövlətimizin başçısı çıxışında Azərbaycanın haqq mübarizəsini ətraflı izah edərək bildirdi ki, Kəlbəcərin işğalı vaxtilə ölkəmiz üçün böyük strateji təhlükələr doğurmuşdur. Ermənistan və havadarlarının məqsədi Azərbaycanın parçalanmasını təmin etmək, xalqımızı ata-baba torpaqlarından birdəfəlik didərgin salmaq idi. Lakin Azərbaycan xalqının iradəsi, dövlətin qətiyyəti və ordu quruculuğu sahəsində görülən sistemli işlər nəticəsində bu niyyətlər puça çıxdı. 44 günlük Vətən müharibəsi, ardınca 2023-cü ilin sentyabr antiterror əməliyyatı Azərbaycanı qalib dövlətə çevirdi. Bu Qələbə nəticəsində Kəlbəcər bir güllə atılmadan azad edildi. Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, bu, həm düzgün siyasi qərarların, həm də xalqın birliyinin nəticəsi idi.

“Səfər çərçivəsində açılışı və təməli qoyulan obyektlər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsasında Kəlbəcərin sürətli inkişafını nümayiş etdirir. Kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi, yeni yaşayış komplekslərinin təməli, şəhər parkı və arıçılıq mərkəzinin açılışı bölgənin sosial-iqtisadi həyatına yeni nəfəs gətirdi. Bu gün Kəlbəcər artıq işğaldan əvvəlki vəziyyətə qayıtmır, tamamilə yeni və müasir şəhərə çevrilir. Dövlətin diqqəti, Prezidentin şəxsi nəzarəti ilə görülən işlər kəlbəcərlilərə rahat və təhlükəsiz həyat təmin edir. Prezident İlham Əliyevin Kəlbəcərdəki çıxışı həm də xalqımızın gələcəyə inam manifestidir. O, açıq şəkildə bəyan etdi ki, Azərbaycan sülhün tərəfdarıdır, lakin lazım gəldikdə “dəmir yumruq” hər zaman öz gücünü göstərəcək. Bu sözlər Azərbaycanın regional güc kimi mövqeyini möhkəmləndirir və yeni dövrdə təhlükəsizliyin qarantının məhz Azərbaycan dövləti olduğunu təsdiqləyir. Beləliklə, avqustun 21-də baş tutan səfər təkcə Kəlbəcərin deyil, bütün Azərbaycanın Zəfər yolunda irəlilədiyini göstərən tarixi hadisədir”, - deyə Ş.Seyidzadə vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see295

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see234

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see195

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see189

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see178

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see149

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see147

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see144

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see141

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see134

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see132

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see131

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see129

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see128

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see127

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see126

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see126

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see126

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see126

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri