Icma.az
close
up
RU
Prezidentin Kəlbəcərdəki tarixi çıxışı ciddi mesajlarla zəngin oldu Mehriban Vəliyeva

Prezidentin Kəlbəcərdəki tarixi çıxışı ciddi mesajlarla zəngin oldu Mehriban Vəliyeva

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Ağdərəyə səfərləri  post-münaqişə dövrünün inkişaf strategiyasının növbəti mühüm mərhələsi hesab etmək olar.  Yeni infrastruktur layihələrinin təməlinin qoyulması və açılışı ilə müşayiət olunan bu kimi səfərlər hər dəfə   Azərbaycanın suverenliyinin bərpa olunduğu ərazilərdə canlanma yaradır, yeni qaynar həyatın başlanğıcına stimul verir. Kəlbəcərin təbii sərvətləri və zəngin su ehtiyatları, Ağdərənin isə strateji mövqeyi  bölgənin iqtisadi və siyasi əhəmiyyətini artırır.  2020-ci il noyabrın 25-də bir güllə atılmadan Kəlbəcəri 27 illik işğaldan sonra Azərbaycana təhvil vermək məcburiyyətində qalan ermənilər buranı tərk edərkən öz barbar xislətlərini bir daha göstərdilər. Onlar ölkəmizin dilbər guşəsi olan bu rayonu işğal edəndə necə yandırıb xaraba günə qoymuşdularsa, tərk edəndə də vandal hərəkətlərini təkrarladılar. Son 5 ildə Azərbaycan dövləti Kəlbəcərdə irimiqyaslı quruculuq işləri həyata keçirməklə bütün dünyaya göstərdi ki, Qafqazda hansı millət qurucudur, hansı dağıdıcı”. 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. 

Onun sözlərinə görə,  Azərbaycan həm işğaldan azad olunmuş ərazilərin dirçəldilməsində, həm də siyasi-diplomatik müstəvidə - sülh quruculuğu sahəsində xarüqələr, möcüzələr yaradır: “1992-ci ildə AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində işğal olunan rayonlarımız igidlərimizin qanı-canı bahasına azad olundu.   Son 80 ildə dünyada heç bir dövlət  Azərbaycan kimi  tam və mütləq qələbə qazana bilməyib. Qələbədən  dərhal sonra yeni kəndlər, şəhərlər salmaq eyni zamanda düşməni sülhə məcbur etmək böyük güc, bacarıq, iradə tələb edir.  Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün bunları bacardı. Azad olunandan sonra Kəlbəcərə 7 dəfə səfər etmiş ölkə başçısının hər dəfə bu rayonda olması mühüm hadisələrlə müşayiət olunub. 2021-ci il avqustun 16-da Kəlbəcərə ilk səfərini edən Prezident cənab İlham Əliyev  Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq tunelin təməlini qoydu, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri ilə tanış oldu,  arıçılarla görüşdü, Dövlət bayrağını ucaltdı. Ölkə başçısı 2022-ci il iyunun 26-da Kəlbəcərə ikinci səfərində  elektrik stansiyasının, hərbi hissənin açılışını etdi, Kəlbəcər şəhərinin Baş planı ilə tanış oldu,  Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin və Kəlbəcərdə “İstisu” mineral su zavodunun təməlqoyma mərasimində iştirak etdi.  2023-cü il mayın 27-də və avqustun 25-də Kəlbəcərə səfərləri zamanı ölkəmizin başçısı Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin, həmçinin Yanşaq, Zallar, Zar kəndlərinin təməlini qoydu, Vəngli kəndinə baxış keçirdi, yeni elektrik stansiyaların, hospitalın açılışını etdi. Ötən ilin sentyabrında Kələbəcər səfərində isə cənab Prezident yeni elektrik stansiyalarının, “İstisu” mineral su zavodunun açılışlarını etdi, Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış oldu, həmçinin ikinci yaşayış kompleksinin təməlini qoydu, Xudavəng monastır kompleksinə, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoluna baxış keçirdi. Bütün bunlar Kəlbəcərdə görülən işlərin müəyyən bir hissəsidir.  Prezidentin sonuncu Kəlbəcər səfəri də kifayət qədər zəngin və məzmunlu oldu. Kəlbəcərin Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının, “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışlarının edilməsi,  şəhər sakinləri ilə görüş və mənzillərin açarlarının onlara təqdim olunması, 3-cü və 4-cü yaşayış komplekslərinin, şəhər parkının təməlini qoyulması görülən işlərin miqyasından xəbər verir. Prezidentin Ağdərə rayonuna səfəri isə bölgənin inzibati-hüquqi statusunun strateji əhəmiyyətindən xəbər verir.  Bu səfərlər  Azərbaycanın post-müharibə dövründə həyata keçirdiyi yenidənqurma və reinteqrasiya strategiyasının konkret nəticələrini ortaya qoydu. Yalnız infrastruktur və iqtisadi inkişafla bağlı deyil,  həm də milli qürurun, dövlətçilik ideyasının və suverenliyin təsdiqi kimi bu səfərlər böyük əhəmiyyət kəsb edir”.

Millət vəkili bildirdi ki, Prezident cənab İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə səfəri zamanı etdiyi çıxış da ciddi mesajlarla zəngin oldu: “Ermənistanın işğal dövründə törətdiyi əməlləri bir daha xatırladan dövlət başçısı Azərbaycanla Ermənistan arasında sülh istiqamətində konkret addımların atılmasına da diqqəti çəkdi. Bildirdi ki, Azərbaycan xalqı 30 il ərzində ərazilərimizdə həyata keçirilmiş soyqırımı, etnik təmizləmə və barbarlıq faktlarını unutmur, unutmayacaqdır.  Azərbaycan bu gün bölgədə sülh və əməkdaşlığın əsas təşəbbüskarıdır. Prezident cənab İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan hər zaman sülh tərəfdarı olsa da istənilən təhdidə və təxribata qarşı özünün gücünü nümayiş etdirməyə qadirdir. Prezident çıxışında Azərbaycana qarşı hansısa çirkin planlar quran qüvvələrə də xəbərdalıq etdi. Bildirdi ki, biz sülh istəyirik, ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq.  Ölkə başçısının da qeyd etdiyi kimi, Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin  təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini görürük və görəcəyik. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizdəki xüsusi təyinatlı qüvvələrimizinsay tərkibinin artırılması təsadüfi deyil. Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. “Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz sabah nə olacaq” – deyən cənab Prezident həm xalqımızı mümkün təhlükələr barədə xəbərdar etdi, həm də çirkin planlar quran qüvvələrə üzləşəcəkləri sarsıdıcı zərbələrə dair mesajlar verdi. Düşmənin zaman-zaman Azərbaycan xalqının başına gətirdiyi faciələri xatırladan dövlət başçısı “Biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Biz bir daha xalqımızın böyüklüyünü göstərdik. Onların bizə etdiklərini biz onlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan silinməyəcək. O cümlədən kəlbəcərlilərə qarşı edilən hərbi cinayətlər, soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdən olan vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşilik heç vaxt yaddaşımızdan silinməyəcək və silinməməlidir” söyləməklə tarixi yaddaşımızın gücləndirilməsinin vacibliyini ortaya qoydu.   Müzəffər Ali Baş Komandan onu da bildirdi ki, Azərbaycan müharibə istəmir: " Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Avqust 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see304

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see248

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see237

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see166

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see153

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see142

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see140

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see139

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see135

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see133

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see133

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see133

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see132

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see131

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see127

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see127

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see127

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see126

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see126

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri