Icma.az
close
up
RU
Prezidentin köməkçisi Hikmət Hacıyev CNN TÜRK KONKRET

Prezidentin köməkçisi Hikmət Hacıyev CNN TÜRK KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu ilin sonuna qədər barış anlaşmasının imzalanıb-imzalanmayacağı, yaxud prosesin 2026-cı ilə qədər uzanacağı əsasən Ermenistanın konstitusiyasının dəyişdirilməsindən və ya yeni bir konstitusiyanın qəbulundan asılı olacaq. Bu dəyişikliklər baş verdikdən sonra düşünürük ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ciddi bir maneə qalmayacaq.”

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha Forumu sonrası “CNN Türk” televiziyasına verdiyi açıqlamada bildirib.

Hikmət Hacıyev qeyd edib ki, hazırda reallıq ondan ibarətdir ki, faktiki olaraq Azərbaycan və Ermənistan arasında sülh mövcuddur. Bəzən belə olur ki, dövlətlər arasında kağız üzərində sülh müqaviləsi olur, lakin real vəziyyətdə sülh təmin edilmir. Amma bu gün biz sözün əsl mənasında iki ölkə arasında sülhün mövcud olduğunu görürük və bu prosesin daha da möhkəmləndirilməsi istiqamətində addımlar atmağa davam edirik.

Prezidentin köməkçisinin sözlərinə görə, hazırkı gündəmdə duran ən mühüm məsələlərdən biri Zəngəzur dəhlizidir: “Fikrimiz budur ki, xüsusilə qardaş Türkiyə və Azərbaycanın dövlət başçılarının liderliyi ilə Zəngəzur dəhlizini mümkün qədər tez bir zamanda işə salaq. Bu istiqamətdə — yəni Bakıdan Zəngilana qədər uzanan həm dəmir yolu, həm də avtomobil yolu xətlərinin tikintisi artıq son mərhələdədir. Bu işlərdə Türkiyə şirkətləri də aktiv şəkildə iştirak edir. İnşallah, 2026-cı ilin ortalarına qədər layihənin Azərbaycan hissəsi tam başa çatdırılacaq.”

Hikmət Hacıyev qeyd edib ki, layihənin ikinci hissəsi — adətən “Ermənistan seqmenti” və ya “Mərkəzi dəhliz hissəsi” adlandırılan bölüm Ermənistan ərazisindən keçir. Hazırda bu istiqamətdə ABŞ ilə Ermənistan birgə işləyirlər və biz onların qərarlarını gözləyirik: “Ümid edirik ki, orada da yaxın müddətdə praktiki işlərə başlanacaq. Üçüncü seqment Naxçıvan hissəsidir. Naxçıvan ərazisində ümumilikdə 188 kilometr uzunluğunda dəmir yolu və avtomobil yolu mövcuddur. Lakin bu xətlərin bərpası, yenidən qurulması və daha modern şəkildə inkişaf etdirilməsi üçün müəyyən ehtiyaclar var”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Dekabr 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri