Prezidentin mətbuat katibini öldürmək istəyənlər beynəlxalq axtarışa verildi
Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.
Özbəkistan Baş Prokurorluğu ölkə prezidentinin keçmiş mətbuat katibi Komil Allamjonova qarşı sui-qəsd cəhdi ilə bağlı iki Rusiya vətəndaşını beynəlxalq axtarışa verib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğu idarənin "Telegram" kanalında məlumat yayıb.
İdarənin açıqlamasında bildirilir ki, söhbət respublika ərazisinə qanunsuz daxil olan Bislan Rasayev və Şamil Temirxanovdan gedir. Onlar sui-qəsd cəhdi ilə yanaşı, odlu silah satışı ilə də ittiham olunurlar.
Qeyd edək ki, oktyabrın 26-da Allamjonov və sürücüsünün olduğu “Range Rover” markalı avtomobilə silahlı basqın edilib. İstintaq müəyyən edib ki, hücumun təşkilində çeçen əsilli ruslar iştirak ediblər. Hər iki şəxs əvvəllər Özbəkistana qanunsuz daxil olub, lakin onların ilkin planı baş tutmayıb və onlar ölkəni tərk ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 28 Dekabr 2024 01:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















