Icma.az
close
up
RU
Kadırov o türkü öldürmək istəyir: Prezidentin kürəkəni və qızı...

Kadırov o türkü öldürmək istəyir: Prezidentin kürəkəni və qızı...

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Özbəkistan parlamentinin deputatları Çeçenistan Prezidenti Ramzan Kadırovu tənqid edib.

Globalinfo.az xəbər verir ki, parlamentdə çıxış edən deputat Odiljon Tojiyev Kadırovun ölkənin daxili işlərinə qarışaraq, özbək məmurları təhdid etdiyini bildirib:

“Mən Kadırovun bizim işlərimizə müdaxiləsini qınayıram. Belə addımlar qəbuledilməzdir, ona görə ki, bu, bizim Çeçenistanla münasibətlərimizə zərbə vura bilər”.

Özbək deputat Kadırovun fəaliyyətinə Rusiya hökumətinin hüquqi qiymət verməli olduğunu söyləyib.

Bundan öncə Özbəkistan rəsmiləri də Çeçenistana aviareyslərin dayandırılmasını tələb etmişdilər. Onlar həmçinin ölkəyə gələn hər çeçenin diqqətlə yoxlanmasını istəyirlər.

Qeyd edək ki,  bir müddət əvvəl Özbəkistan Prezident Administrasiyasının İnformasiya Siyasəti Departamentinin keçmiş rəhbəri Komil Allamjonova sui-qəsd olub. Hadisənin sonradan Ramzan Kadırovun sifarişi ilə gerçəkləşdirildiyi ortaya çıxıb. Çeçenistan lideri isə bu iddiaları təkzib edib.

Özbəkistan mətbuatı sonradan sui-qəsdlə bağlı daha geniş detalları üzə çıxarıb. Belə ki, Allamjonovun sui-qəsdinin elita daxilində savaşın nəticəsi olduğu bildirilib. Bu savaşda isə Kadırov və Rusiyanın trol dəstəsinin qruplardan birini müdafiə etdiyi vurğulanıb. Diqqət çəkən məqam bu sui-qəsddən az sonra Özbəkistan kəşfiyyatının rəhbərinin müavini, Kadırovla yaxşı əlaqələri olan Otobek Umarov səssiz formada istefaya göndərilməsidir. Umarov həm də Özbəkistan Prezidenti Şovkat Mirzyoyevin kürəkənidir. Sui-qəsdə məruz qalan isə Mirziyoyevin qızı Səidə Mirziyoyevanın yaxın adamı olub.

Əliyar Xəlil
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri