Prezidentin müsahibəsindəki MÜHÜM FAKTORLAR: “Trampın qayıdışı ilə…”
Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Onun hakimiyyətə gəlişinin ilk günündən verdiyi qərarlar ölkəsinin milli maraqlarına uyğundur”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili Prezident İlham Əliyevin Çinin CGTN telekanalına verdiyi müsahibədə geosiyasi müstəvidə ehtiva olunan mesajlar və ABŞ ilə münasibətlər barədə səsləndirdiyi fikirlərə toxunub.
Onun sözlərinə görə, Prezident İlham Əliyev bu müsahibədə Azərbaycan-ABŞ münasibətlərinin gələcəyinə toxunaraq, Bayden hakimiyyəti dövründəki 4 ilin tarixə qovuşaşacağını bildirdi:
“Eyni zamanda, Tramp hakimiyyəti ilə münasibətlərin normal inkişaf edə biləcəyini qeyd etdi. Həqiqətən Donald Trampın əvvəlki hakimiyyəti dövründə də ABŞ-Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf edirdi. Həm də Tramp dünyada müharibələrə dəstək və təhlükəsizlik sisteminin pozulması ilə yadda qaldan Bayden hakimiyyətindən fərqli olaraq, münaqişələrə üstünlük vermir. Yəni beynəlxalq münasibətlərdə ədalətli mövqe sərgiləyir”.
Deputat əlavə edib ki, Bayden hakimiyyətə gələndən sonra ABŞ-nin Azərbaycana qarşı da münasibəti dəyişdi, ikili standartlarla yanaşmağa başladı:
“Ermənistanı isə birtərəfli şəkildə dəstəklədi. Bu da ölkələrarası münasibətlərdə müəyyən çatları yaratdı. Trampın hakimiyyətə qayıdışı ilə ABŞ-Azərbaycan münasibətlərində inkişaf və əməkdaşlığın yeni səhifəsinin açılacağını ümid edirəm. Onun hakimiyyətə gəlişinin ilk günündən verdiyi qərarlar ölkəsinin milli maraqlarına uyğundur. Azərbaycan Cənubi Qafqazın aparıcı iqtisadiyyatına sahib olan ölkəsi kimi ədalətli yanaşmanın tərəfdarıdır. Trampın iqtisadi əməkdaşlığa üstünlük verməsi qarşıdakı illərdə ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ yaradacaq”.
Nəsimi Ələsgərli
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 12 Fevral 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















