Icma.az
close
up
RU
Prezidentin müsahibəsindəki vacib məqamlar

Prezidentin müsahibəsindəki vacib məqamlar

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına geniş müsahibə verib. Dövlət başçısının bir sıra aktual mövzularla bağlı fikirləri beynəlxalq auditoriya tərəfindən də maraqla qarşılanıb və aparıcı dünya KİV-də dərc olunub.

Azərbaycan lideri müsahibə zamanı ABŞ-la münasibətləri qiymətləndirib, ötən ili iki ölkənin əlaqələri kontekstində tarixi dönüş ili adlandırıb. Məlumdur ki, Birləşmiş Ştatların keçmiş administrasiyanın Azərbaycana qərəzli yanaşması səbəbindən münasibətlərdə böhran yaranmışdı. Tramp administrasiyası isə Azərbaycana münasibətdə fərqli mövqe sərgiləyir, ölkəmizin əhəmiyyətini qiymətləndirir. Dövlət başçısının dediyi kimi, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir.

Azərbaycan liderinin 8 avqust 2025-ci ildə ABŞ-a səfəri şübhəsiz ki, ötən ilin əsas hadisələrindən biri oldu. Ağ Evdə prezidentlərin görüşü zamanı ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupun yaradılmasına dair Memorandum imzalandı. Sənəd enerji, ticarət, tranzit, rəqəmsal sahə, sərmayələr, müdafiə və təhlükəsizliyi əhatə edir. Həmçinin Prezident Tramp 907-ci düzəlişin tətbiqini dayandıran sərəncam imzalayıb. ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan-Ermənistan Birgə Bəyannaməsi imzalanıb, sülh sazişi layihəsi paraflanıb və ATƏT-in Minsk qrupu ləğv edilib.

Vaşinqton Sammitinin mühüm nəticələrindən biri Azərbaycan-Naxçıvan arasında maneəsiz bağlantını nəzərdə tutan TRIPP marşrutudur. Strateji Tərəfdaşlıq Xartiyası üzrə işlər artıq yekun mərhələdədir və imzalanması gözlənilir.

İndi Bakının gözləntisi 907-ci düzəlişin Konqres tərəfindən rəsmən aradan qaldırmasıdır. Bu düzəliş tarixi ədalətsizlikdir, bu gün qalması tamamilə mənasızdır, yeni ABŞ-Azərbaycan reallıqları fonunda birdəfəlik ləğv olunmalıdır.

2025-ci il ümumilikdə Azərbaycanın xarici siyasətdə mühüm uğurlarla yadda qaldı. Azərbaycan fəal, təşəbbüskar və çoxistiqamətli xarici siyasətini davam etdirərək ABŞ, Çin, Türkiyə və Avrasiya məkanında mövqelərini gücləndirdi.

Prezident müsahibəsində böyük əhəmiyyət daşıyan hadisələrdən biri kimi Çinlə olan strateji tərəfdaşlığı vurğulayıb. 2024-2025-ci illərdə Azərbaycan-Çin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, 21 sənəd imzalanıb və yüksək səviyyəli səfərlər intensivləşib.

Ölkəmiz Türk Dövlətləri Təşkilatında aparıcı rol oynamağa davam edib, D-8-ə, Mərkəzi Asiya platformasına tamhüquqlu üzv olub, İƏT-in Xankəndidə Zirvə görüşü, TDT-nın isə Qəbələdə sammiti keçirilib. Bir sözlə, Azərbaycan beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb və əsas regional-qlobal əməkdaşlıq mərkəzlərindən birinə çevrilib.

Ötən il iqtisadi və regional inkişaf, sosial siyasət, Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı, müdafiə sənayesinin inkişafı və hərbi təyinatlı məhsulların istehsalında da nailiyyətlərəldə olunub. Ermənistanla paraflanmış sülh sazişi Azərbaycanın regional sabitlik və investisiya cəlbediciliyini gücləndirərək, xüsusilə ABŞ və Qərb investisiyaları üçün yeni imkanlar açır. Aşağı xarici borc, yüksək valyuta və qızıl ehtiyatları, kredit reytinqlərinin yüksəlməsi, nəqliyyat-bağlılıq layihələri və Qarabağın bərpası Azərbaycanın Cənubi Qafqazda əsas iqtisadi lider mövqeyini möhkəmləndirir.

Dövlət başçısının toxunduğu mühüm məsələlərdən biri də Yaxın Şərqdəki vəziyyət və Qəzza məsələsi oldu. Azərbaycanın Qəzzada sülhməramlı əməliyyatlarda iştirakı ilə bağlı bir müddətdir ki, müxtəlif fikirlər, ehtimallar, səsləndirilir, hətta Bakının adından yalan məlumatlar tirajlanır. Prezident ölkəmizin bu məsələdə mövqeyini aydın şəkildə ifadə etdi.

"Təbii, bununla bağlı qərar qəbul etməzdən əvvəl biz aydın şəkildə başa düşməliyik ki, əməliyyatların mandatı necə olacaq və hansı növ əməliyyatlar ola bilər. Bizim İraqda, buna qədər isə həm Kosovoda, həm də özlüyündə Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etmək təcrübəmiz var, ona görə də fəaliyyətin strukturunu çox gözəl bilirik.

Qəzza sektorunda vəziyyətə gəldikdə, zənnimizcə, kimin mandat verəcəyi və onun necə olacağı indiyədək aydın deyil. Bu, sülhməramlı əməliyyatlar, yaxud sülhün bərqərar olması - ingiliscə deyildiyi kimi, "peacekeeping" və ya "peace enforcement" olacaq. Bunlar iki ayrı-ayrı məfhumlardır. Təbii ki, biz ikinciyə hazır deyilik və hətta heç vaxt öz iştirakımızı nəzərdə tutmamışıq... Biz heç vaxt döyüş əməliyyatlarında iştirak etmədik və Azərbaycanın hüdudlarından kənarda döyüşlərdə iştirak etmək mənim tərəfimdən, ümumiyyətlə, nəzərdə tutulmur", - Prezident deyib.

Prezidentin vurğuladığı digər vacib məqam dövlətin vətəndaşlarının həyatına və sağlamlığına münasibətidir. İlham Əliyev xatırladıb ki, Qarabağ müharibələrində qurbanlar verən ölkə kimi Azərbaycanın hər bir vətəndaşı bizim üçün qiymətlidir. Kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik.

Dövlət başçısı deyib ki, çətin günlərdə heç kim Azərbaycanı müdafiə etmirdi: "Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən.  Axı, Fələstin də bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq Təşkilatının hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün ölkələrə minnətdarıq, eynilə Azərbaycan da həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir, həm də Azərbaycanın maliyyə yardımı sayəsində. Ona görə də mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir. İndiyədək dərindən inanıram ki, qeyri-ərəb müsəlman ölkələr parovozun önündə qaçmamalıdır. Bu, heç bir yaxşı nəticə verməz".

Azərbaycan Prezidenti, həmçinin bəzi amerikalı diplomatların Bakının Qəzzada sabitləşdirmə missiyasında iştirak etməyə artıq razılıq verdiyi barədə iddialarını sərt şəkildə tənqid edib, bu cür yalan bəyanatları qəbuledilməz adlandırıb.

Politoloq Zaur Məmmədov "525"ə deyib ki, Azərbaycanın öz hərbçilərini Qəzzaya göndərməməsinin səbəbi bölgənin gələcəyi ilə bağlı natamam layihələrlə və Qəzzaya dair konkret yol xəritəsinin olmaması ilə əlaqədardır. Hələ də heç kimə məlum deyil ki, bölgənin gələcəyi necə olacaq.

Onun sözlərinə görə, hazırda hansısa hərbi qüvvələrdən söhbət gedir, lakin həmin hərbi qüvvələrin funksiya və vəzifələri hələ də bəlli deyil.

Politoloq təəssüflə qeyd edib ki, Yaxın Şərq və Azərbaycan mövzusu ilə bağlı qonşu müsəlman dövlətlərindəki bəzi qüvvələr ölkəmizin mövqeyi ilə bağlı səhv informasiya təbliğatı aparmaqla məşğuldurlar. Lakin bu bir həqiqətdir ki, Azərbaycan daim İslam həmrəyliyindən çıxış edib və Fələstinin müstəqil dövlət olmasını bütün beynəlxalq təşkilatlarda bəyan edib, dəstəkləyib: "Bundan başqa, Azərbaycan Qəzza ilə bağlı bu yaxınlarda Şarm əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirak edib, Fələstinə dəstəyini nümayiş etdirib. Bu gün regionda məhz Bakı şəhərində Fələstinin səfirliyi fəaliyyət göstərir, hansını ki, Azərbaycan dövləti özü maliyyələşdirir. Fələstinlilərə Azərbaycan tərəfindən humanitar yardımlar davam edir. Göründüyü kimi, Azərbaycan fələstinlilər üçün əlindən gələni edir. Lakin kimlərsə qonşu ölkələrdə din altında ictimaiyyəti çaşdırmaqla məşğuldurlar.

Amma baxaq görək, Fələstinin siyasi elitası nə edib? Məsələn, Fələstinin siyasi hakimiyyəti qondarma "erməni soyqırımı"nın ildönümündə marka buraxıb. Əgər həqiqəti desək, Yaxın Şərqdə bir çoxlarının Türkiyəyə münasibəti hər kəsə bəllidir. Əlavə olaraq, Fələstinin lideri sayılan keçmiş başçı Yasir Ərafat o zaman azərbaycanlılara qarşı soyqırım törədiləndə, torpaqlarımız işğal altında olanda Ermənistan rəhbərliyi ilə qucaqlaşırdı. Onillərdir ki, erməni terrrorçu qruplarının bir qismi məhz Yaxın Şərqdə fəaliyyət göstərərək hərbi təlimlər keçirdilər, həm 1990-cı illərdə, həm də 2020-ci ilin Qarabağ müharibəsində həmin terrorçular Azərbaycan dövlətinə qarşı döyüşürdülər. Qısacası, Yaxın Şərqdə daim erməniləri dəstəkləyən aktorlar hər kəsə məlumdur. Fələstinin indiki XİN rəhbəri də ermənidir", - politoloq vurğulayıb.

O əlavə edib ki, bu gün İslam dünyası, ilk növbədə ərəb dünyası Qəzza çağırışı ilə üz-üzədir, lakin biz görürürük ki ərəb həmrəyliyi əməldə hələ ki, yoxdur: "Yaxşı olardı ki, Qəzza və ətrafında baş verənlərlə bağlı Ərəb Liqası tərəfindən əməli addımlar atılsın. Azərbaycan iki dövlət prinsipindən çıxış edərək Qəzzadakı humanitar məsələlərdə yaxından iştirak edəcək".

Milli Məclisin deputatı Arzuxan Əlizadə "525"ə deyib ki, dövlət başçısı müsahibə zamanı bir sıra sahələrlə yanaşı, müdafiə sənayesi ilə bağlı da danışdı və konkret rəqəmlər açıqladı: "Məlum oldu ki, ötən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik. Onun böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinə verilib, bir hissəsi isə ixrac edilib. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir. Hədəf qısa müddət ərzində ixracı bir milyard dollara çatdırmaqdır. Dövlət başçısı üç-dörd il ərzində bu rəqəmə çatmağın mümkünlüyünü də qeyd etdi, xarici şirkətlərdən çox böyük maraq olduğunu vurğuladı.

Eyni zamanda, Prezident regional durumla bağlı olaraq Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılması məsələsini gündəmə gətirdi. Azərbaycan təbii ki, müharibə istəmir, amma sülhün təminatı üçün hər zaman güclü olmalıdır. Ötən beş il ərzində müdafiə qabiliyyətimiz, ordumuzun təchizatı bir neçə dəfə artıb, ölkəmiz şəksiz olaraq regionun lider dövlətidir və bu, təkcə siyasi, iqtisadi cəhətdən deyil, eyni zamanda, hərbi cəhətdən də Azərbaycan Ordusu regionun ən güclü ordusudur".

Deputat söyləyib ki, ötən il avqustun 8-də çox mühüm bir uğur əldə olundu, Azərbaycan-ABŞ münasibətləri yeni bir mərhələyə qədəm qoydu. Həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində də vacib addım atıldı: "Dövlət başçısının qeyd etdiyi kimi, 5 aydır biz faktiki sülh şəraitində yaşayırıq. Yekun sülh sənədinin imzalanması üçün təbii ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Ötən il ölkəmizin əldə etdiyi mühüm uğurlardan bir də Azərbaycanın D-8 təşkilatına üzvlüyü oldu. Bu təşkilat 30 ilə yaxındır ki, yaradılıb, amma ötən müddət ərzində yeni üzv qəbul etməyib. Azərbaycan təşkilatda yeganə yeni üzv oldu. Daha vacib bir məqam Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir. Azərbaycanın tamhüquqlu üzv seçilməsi ilə C5 artıq C6-ya çevrilib. Bu gün Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Ərazimizdən keçən yüklərin sayı artır. İlk dəfə olaraq artıq 100 min konteyner Azərbaycan ərazisindən keçib".

Deputat Hikmət Babaoğlu isə Azərbaycan-Çin münasibətlərinə diqqət çəkib: "Prezident İlham Əliyev 2025-ci ilin yekunları ilə bağlı yerli mediaya verdiyi müsahibəsində ölkəmizin xarici siyasət uğurlarına toxunarkən Çin- Azərbaycan əlaqələrinin yeni mərhələyə daxil olmasından danışdı və bunu ötən ildə diplomatiyamızın əldə etdiyi nailiyyətlərdən biri kimi qiymətləndirdi. Həqiqətən də Çin bu gün dünya iqtisadiyyatının mərkəzində duran ölkələrdən biridir. Çin dünyanın istehsal mərkəzi olmaqla bərabər, həm də dünyada yeni innovativ hərbi sənayenin yaradıcılarından biridir. Bir sıra parametrlərlə bərabər, Çin hazırda Qlobal Cənub adlandırılan yeni güc mərkəzlərindən biri hesab ediləcək yeni dünyanın da liderlərindən biri kimi çıxış etməkdədir. Bütün bunlar Çini beynəlxalq münasibətlər sistemində olduqca cazibədar bir tərəfdaşa çevirir. Azərbaycan Prezidenti qeyd etdi ki, 2025-ci ildə Çinlə Azərbaycan arasında iki mühüm sənəd imzalanıb. Bunlardan biri strateji tərəfdaşlıq haqqında bəyanat, digəri strateji əlaqələrin daha da dərinləşməsinə dair əldə edilən razılaşmadır. Əgər bütün bunların üzərinə Azərbaycanın yeni yaratdığı reallıqlar kontekstində, Çin yüklərinin Azərbaycan üzərindən Avropaya daşınması məsələlərini də nəzərə alsaq, o zaman həm də logistika və kommunikasiya sahəsində Çinin əhəmiyyətli bir aktor olduğunu görürük. Bütün bunlar heç şübhəsiz ki, Çin-Azərbaycan münasibətlərinin tamamilə yeni strateji səhifəsini təyin edir ki, ötən il bu sahədə əldə edilmiş razılaşmalar gələcəkdə bu münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Yanvar 2026 08:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see126

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri