Icma.az
close
up
RU
Prezidentin Qazaxıstan səfəri: Yeni mərhələnin başlanğıcı

Prezidentin Qazaxıstan səfəri: Yeni mərhələnin başlanğıcı

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki qardaş ölkə arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən mühüm hadisədir. 

Bu səfər həm siyasi, həm də iqtisadi baxımdan ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcıdır.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan ortaq tarixi, mədəni və mənəvi dəyərlərə malik olan, türk dünyasının iki aparıcı dövlətidir:

“Hər iki ölkə xalqları arasında qardaşlıq münasibətləri dərin köklərə əsaslanır. Bu baxımdan, Azərbaycan və Qazaxıstan prezidentlərinin qarşılıqlı səfərləri sadəcə diplomatik və siyasi görüşlər deyil, eyni zamanda qardaşlıq və mənəvi yaxınlığın təntənəsi kimi dəyərləndirilir.

Bu səfərlər iki ölkə arasında tarixi dostluğun, sarsılmaz etimadın və qarşılıqlı dəstəyin bariz göstəricisidir. Dövlət başçılarının bir-birinə olan səmimi münasibəti, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfə, türk həmrəyliyinin daha da güclənməsinə şərait yaradır”.

S.Salmanova qeyd edib ki, Azərbaycan və Qazaxıstanın bu gün bütün sahələrdə əməkdaşlığı genişlənməkdədir:

“Siyasi, iqtisadi, mədəni, humanitar və təhsil sahələrində həyata keçirilən birgə layihələr xalqlarımızın rifahına xidmət edir. Eyni zamanda, hər iki ölkə türk dünyasının inteqrasiyasını və ortaq dəyərlərin qorunmasını prioritet hesab edir.  Bu baxımdan, Azərbaycan–Qazaxıstan münasibətləri sadəcə iki dövlət arasında diplomatik əlaqələr deyil, ortaq köklərə, mənəvi yaxınlığa və strateji maraqlara söykənən qardaşlıq münasibətləridir. Bu münasibətlər regionda sülhün, sabitliyin və inkişafın əsas dayaqlarından biridir”.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev mətbuata bəyanatlarında iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu xüsusi vurğulayıblar:

“Dövlətimizin başçısı İlham Əliyev qeyd etdi ki, torpaqlarımız işğal altında olduğu uzun illər ərzində Qazaxıstan ardıcıl olaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib. Onu da qeyd edim ki, ölkələrimiz təkcə ikitərəfli münasibətlərdə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini ardıcıl şəkildə dəstəkləyirlər. 

Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digər beynəlxalq platformalarda səmərəli əməkdaşlıq edir, qlobal miqyasda sülhün, əməkdaşlığın və ədalətin möhkəmlənməsi üçün səylərini birləşdirirlər. Təbii ki, bu qarşılıqlı dəstək həm siyasi etimadın, həm də ortaq maraqların təzahürüdür”.

Parlamentari onu da vurğulayıb ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatında ikitərəfli münasibətlərin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin töhfəsini xüsusi qeyd etdi:

“Bütün bunlar növbəti dəfə sübut edir ki, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionda və beynəlxalq aləmdə etibarlı tərəfdaş, iqtisadi cəhətdən güclü və siyasi baxımdan ən nüfuzlu dövlətlərdən biridir. 

Hazırda dölətimizin başçısının liderliyi sayəsində Azərbaycan-Qazaxıstan münasibətləri yeni səviyyəyə yüksəlib. Hesab edirəm ki, iki ölkə arasındakı əlaqələr təkcə ikitərəfli çərçivədə deyil, həm də strateji və qlobal miqyasda mühüm əhəmiyyət daşıyır”.

"Cebheinfo.az"
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri