Icma.az
close
up
RU
Prezidentin regionlara etdiyi səfərlər bölgələrə göstərdiyi diqqət və qayğının aydın təzahürüdür AQC sədri

Prezidentin regionlara etdiyi səfərlər bölgələrə göstərdiyi diqqət və qayğının aydın təzahürüdür AQC sədri

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Prezidentin regionlara etdiyi analoji səfərlər dövlətin bölgələrə göstərdiyi diqqət və qayğının aydın təzahürüdür. Bu səfərlər ölkədə bərabər sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində atılan mühüm addımlardandır. Məlumdur ki, paytaxt Bakı sürətlə inkişaf edir, lakin bu inkişafın bölgələrdə də paralel şəkildə həyata keçirilməsi dövlət siyasətinin əsas hədəflərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, son 20 ildə Prezidentin təqribən 50 rayona səfəri həyata keçirilmiş, bu müddət ərzində mindən çox sosial, iqtisadi və infrastruktur obyekt istismara verilmişdir: "Həmçinin yüzlərlə məktəb və xəstəxana, minlərlə kilometr uzunluğunda yol sahələri istifadəyə verilmişdir ki, bu da regionların inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezidentin səfərləri yalnız infrastrukturun inkişafı ilə məhdudlaşmır, eyni zamanda maliyyə şəffaflığının və inzibati hesabatlılığın təmin olunması baxımından da vacibdir. Mövcud vəziyyətlə bağlı yalnız yazılı hesabatlara əsaslanmaq əvəzinə, dövlət başçısının şəxsən bölgələrə gedərək real vəziyyətlə yerində tanış olması, görülən işləri qiymətləndirməsi icra orqanlarında məsuliyyətin artırılmasına və fəaliyyətə daha ciddi yanaşılmasına səbəb olur. Bütün bunlar, eyni zamanda, bölgə əhalisinə dövlət başçısının və rəhbərlik etdiyi hökumətin diqqət və qayğısını birbaşa göstərən mühüm amillərdəndir".

Sədr həmçinin qeyd edib ki, Mingəçevirə həyata keçirilmiş konkret səfərlər zamanı Cənab Prezidentin birbaşa iştirakı ilə “8 Noyabr” Su Elektrik Stansiyasının istifadəyə verilməsi, şəhərin kanalizasiya və içməli su sisteminin yenilənməsi, eləcə də Mingəçevir–Bəhrəmtəpə yolunun 26 kilometrlik hissəsinin yenidən qurulması kimi mühüm infrastruktur layihələri həyata keçirilmişdir. Bundan əlavə, “DOST” Mərkəzinin və “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi də əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş əhəmiyyətli addımlardandır: "Bu kimi layihələr Mingəçevir şəhərinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir və infrastrukturun modernləşdirilməsinə yönəlmiş sistemli tədbirlərin bir hissəsini təşkil edir. Şəhərdə baş verən bu yeniliklər faktiki olaraq onun sosial-iqtisadi infrastrukturunun əsaslı şəkildə yenidən qurulması istiqamətində atılan strateji addımlardır. Nəticə etibarilə, görülən işlər Mingəçevirin əhalisi üçün daha əlverişli və müasir yaşayış şəraitinin formalaşmasına, şəhərin funksional və dayanıqlı urban mühitə çevrilməsinə xidmət edir.

Təbii ki, bu proses digər rayon və regionlarda da davam etdiriləcək. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı çərçivəsində nəzərdə tutulmuş çoxşaxəli tədbirlər yalnız yerli səviyyədə deyil, bütövlükdə ölkənin iqtisadi və sosial inkişafına mühüm töhfə verəcəkdir. Bu, sadəcə bir infrastruktur layihəsi deyil, eyni zamanda sistemli və məqsədyönlü islahatdır. Sözün əsl mənasında, Prezidentin regionların inkişafı istiqamətində atdığı addımlar genişmiqyaslı islahatların tərkib hissəsidir.

Bundan əlavə, bu proses idarəetmədə şəffaflıq və intizamın təmin olunmasına da əhəmiyyətli dərəcədə təsir göstərir. Rayonlarda və bölgələrdə həyata keçirilən layihələrə birbaşa məsul olan şəxslər dövlət başçısının nəzarətini və diqqətini hiss etdikdə, bu, onların fəaliyyətində daha yüksək məsuliyyət hissi formalaşdırır. Təkcə statistik göstəricilərə əsaslanan hesabatlar deyil, real vəziyyətin yerində öyrənilməsi və görülən işlərin nəticələrinin birbaşa araşdırılması rəhbərlik tərəfindən tələb olunur. Bu isə idarəetmədə effektivliyin, hesabatlılığın və vətəndaşa yönəlik xidmət keyfiyyətinin artırılmasında mühüm rol oynayan elementlərdəndir"- deyə o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyun 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see293

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see189

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see156

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see155

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see153

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see148

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see141

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see139

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see138

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see137

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see134

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see134

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see132

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see130

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri