Prezidentin səfərini bir neçə istiqamətdən dəyərləndirmək olar POLİTOLOQ ŞƏRH ETDİ
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri, xüsusilə sonuncu səfər çərçivəsində Ağdamda bir sıra obyektlərin açılışında, təməlqoyma mərasimlərində iştirak etməsi çox mühüm bir hadisədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, xüsusilə də hər kəs gözləyirdi ki, cənab Prezident 9 Mayla bağlı Moskvaya səfər edəcək və Qələbə paradında iştirak edəcək. Amma bunun əksi olaraq Prezidentin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etməsini bir neçə istiqamətdən dəyərləndirmək olar. Birincisi ölkə başçısı göstərdi ki, Onun üçün proritet olan, önəmli olan birinci məsələ vətəndaşların, xüsusən də işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək işlər və Böyük Qayıdış proqramının icra edilməsidir.
İkinci məsələ isə işğaldan azad olunan ərazilərdə görülən işlərlə yerindəcə tanış olmaq və işin gedişatına şəxsən yerində cənab Prezidentin nəzarət etməsi və son vəziyyəti öyrənməkdir.
Üçüncü bir tərəf isə ondan ibarətdir ki, cənab Prezident beynəlxalq birliyə bir mesaj verdi ki, yəni hər kəs üçün ən dəyərli olan məsələ əlbəttə ki, öz dövlətinin məsələsi və maraqlarının qorunmasıdır. Bu üç anlayışı və amili daha qabarıq hiss etmək olar. Əlbəttə orada açılışı olunan obyektlər, müəssisələr olsun bunların açılışının olunması bizim üçün nə anlam kəsb edir. Bilirik ki, Böyük Qayıdış proqramı mərhələli şəkildə icra olunur və mərhələli şəkildə məcburi köçkün olunmuş vətəndaşlarımız öz doğma torpaqlarına qayıdırlar. Bu xüsusi bir əhəmiyyət daşıya biləcək bir məsələdir. Orada infrastrukturun sıfırdan qurulması və yeni binaların inşa olunması üçün milyardla manat vəsait ayrılıb. Amma bu xərclənən vəsaitin dövlətin birinci şəxsi cənab Prezident İlham Əliyevin yerində nəzarət etməsi bu məsuliyyəti ikiqat və hətta deyərdim üçqat artırır. Yəni biri var ki, vəsait ayrılır, lakin görülən işlər ləng və zəif gedir, bir də var ki, həm vəsait ayrılır, həm də dövlət başçısı birbaşa görülən işlərə nəzarət edir. Bu çox əhəmiyyət daşıyan bir faktordur. Əlbəttə orada sakinlərlə görüş zamanı da cənab Prezidentin çıxışlarına biz baxsaq görəcəyik ki, orada əsas diqqət yetirilən amillər nə idi. Birinci Azərbaycan xalqının birliyi, ikinci ordumuzun birliyi, üçüncü dövlətimizin birliyi, yəni üçünün birgə fəaliyyətinin nəticəsi olaraq biz şanlı zəfər qazandıq və ərazilərimizi işğaldan azat etdik. Dövlət başçısı hər çıxışında olduğu kimi Azərbaycan şəhidlərinin, Azərbaycan xalqının, Azərbaycan dövlətinin danılmaz əməyini yenədə vurğuladı. Düşünürəm ki, bunlar hamısı bizim üçün, yetişən gənc nəsil və Azərbaycanın hər bir fərdi üçün də çox böyük önəm daşıyır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 13 May 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















