Icma.az
close
up
RU
Prezidentin səfərini bir neçə istiqamətdən dəyərləndirmək olar POLİTOLOQ ŞƏRH ETDİ

Prezidentin səfərini bir neçə istiqamətdən dəyərləndirmək olar POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri, xüsusilə sonuncu səfər çərçivəsində Ağdamda bir sıra obyektlərin açılışında, təməlqoyma mərasimlərində iştirak etməsi çox mühüm bir hadisədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, xüsusilə də hər kəs gözləyirdi ki, cənab Prezident 9 Mayla bağlı Moskvaya səfər edəcək və Qələbə paradında iştirak edəcək. Amma bunun əksi olaraq Prezidentin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etməsini bir neçə istiqamətdən dəyərləndirmək olar. Birincisi ölkə başçısı göstərdi ki, Onun üçün proritet olan, önəmli olan birinci məsələ vətəndaşların, xüsusən də işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək işlər və Böyük Qayıdış proqramının icra edilməsidir.İkinci məsələ isə işğaldan azad olunan ərazilərdə görülən işlərlə yerindəcə tanış olmaq və işin gedişatına şəxsən yerində cənab Prezidentin nəzarət etməsi və son vəziyyəti öyrənməkdir.Üçüncü bir tərəf isə ondan ibarətdir ki, cənab Prezident beynəlxalq birliyə bir mesaj verdi ki, yəni hər kəs üçün ən dəyərli olan məsələ əlbəttə ki, öz dövlətinin məsələsi və maraqlarının qorunmasıdır. Bu üç anlayışı və amili daha qabarıq hiss etmək olar. Əlbəttə orada açılışı olunan obyektlər, müəssisələr olsun bunların açılışının olunması bizim üçün nə anlam kəsb edir. Bilirik ki, Böyük Qayıdış proqramı mərhələli şəkildə icra olunur və mərhələli şəkildə məcburi köçkün olunmuş vətəndaşlarımız öz doğma torpaqlarına qayıdırlar. Bu xüsusi bir əhəmiyyət daşıya biləcək bir məsələdir. Orada infrastrukturun sıfırdan qurulması və yeni binaların inşa olunması üçün milyardla manat vəsait ayrılıb. Amma bu xərclənən vəsaitin dövlətin birinci şəxsi cənab Prezident İlham Əliyevin yerində nəzarət etməsi bu məsuliyyəti ikiqat və hətta deyərdim üçqat artırır. Yəni biri var ki, vəsait ayrılır, lakin görülən işlər ləng və zəif gedir, bir də var ki, həm vəsait ayrılır, həm də dövlət başçısı birbaşa görülən işlərə nəzarət edir. Bu çox əhəmiyyət daşıyan bir faktordur. Əlbəttə orada sakinlərlə görüş zamanı da cənab Prezidentin çıxışlarına biz baxsaq görəcəyik ki, orada əsas diqqət yetirilən amillər nə idi. Birinci Azərbaycan xalqının birliyi, ikinci ordumuzun birliyi, üçüncü dövlətimizin birliyi, yəni üçünün birgə fəaliyyətinin nəticəsi olaraq biz şanlı zəfər qazandıq və ərazilərimizi işğaldan azat etdik. Dövlət başçısı hər çıxışında olduğu kimi Azərbaycan şəhidlərinin, Azərbaycan xalqının, Azərbaycan dövlətinin danılmaz əməyini yenədə vurğuladı. Düşünürəm ki, bunlar hamısı bizim üçün, yetişən gənc nəsil və Azərbaycanın hər bir fərdi üçün də çox böyük önəm daşıyır".

Müəllif: Ziya Hikmətoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 May 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri