Icma.az
close
up
RU
“Prezidentin tapşırığına əməl edilməyib” Neft Emalı Zavodunda nə baş verir?

“Prezidentin tapşırığına əməl edilməyib” Neft Emalı Zavodunda nə baş verir?

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Neft Emalı Zavodu - sənaye obyektləri içərisində ətraf mühitə təsir dərəcəsinə görə ən yüksək risk dərəcəsinə malikdir. Məsələ heç də neftin emalı zamanı məşəl yanması nəticəsində əmələ gələn və digər qazların ətraf mühitə təsiri ilə məhdudlaşmır. Rusiya-Ukrayna müharibəsi bütün çılpaqlığı ilə NEZ üçün hansı risklərin  olduğunu nümayiş etdirdi - yəni belə obyekt bomba effektli bir fəlakət  mənbəyidir.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert İlham Şaban bildirib.

“2015-ci ildə Azərbaycan hökuməti 1953-cü ildən istismarda olan bir zavodun Qaradağ rayonu ərazisinə köçürülərək tam yenidən tikintisini "modernizasiya və təmir" işləri ilə əvəzləmişdi. Və bu qərarı verərkən nəyi əsas gətirdiyi də ictimailəşdirilmədi. Halbuki 2008-ci ilin mayında Azərbaycan Respublikasının Prezidenti Nazirlər Kabinetinə tapşırıq vermişdi ki, Bakı şəhərində istismar edilən 2 neft emalı zavodunun şəhərdən kənar ərazidə müasir standartlara cavab verməklə tikintisini həyata keçirsin. Və hazırda 2025-ci ildir, amma Prezidentin tapşırığına əməl edilməyib. Nəinki əməl edilməyib, heç modernizasiya işləri tam başa da çatdırılmayıb. Nazirlər Kabineti və şəxsən Baş nazir hər ilin mart ayında, Novruz tətillərindən öncə Milli Məclisdə ötən ilin yekunları ilə bağlı hesabat verir. Mən bircə dəfə də eşitməmişəm ki, hökumət bəyan etsin ki, "neft emalı zavodunun modernizasiyasına nə qədər vəsait xərclənib, ötən il bu istiqamətdə nə işlər görülüb, modernizasiya işləri neçə faiz tamamlanıb və sonda bu iş nə qədər kapital qoyuluşu hesabına yekunlaşmalıdır"... Azərbaycan Dövlət Ststistika Komitəsinin "2024-cü ildə səbaye hesabatı" bülletenində göstərilib ki, ötən il Azərbaycanda Avro-5 keyfiyyət parametrində Ai-95 markalı benzin istehsal edilməyib. Edilməyibsə, onda məntiqi sual yaranır: modernizasiya dayanıb ya? Martın 3-də isə Milli Məclisdə müzakirələr zamanı Nazirlər Kabinetinin nümayəndəsi  təəccüb doğuran bir fikir söyləyib: NEZ-in Bakıdan köçürülməsi məsələsinə baxılır. 10 il modernizasiya edəndən sonramı bu məsələyə baxılır?” – ekspert qeyd edib.

Qeyd: Zavodu SOCAR-ın “Downstream Management” şirkəti modernizasiya edir. Şirkətin baş direktoru Emil Alxaslı Aydın oğludur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Mart 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see181

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see145

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see122

Azadlıq yox, ideoloji silah: Aİ “Azadlıq Radiosu”nu informasiya silahına çevirir

06 İyun 2025 11:09see120

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see119

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see119

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see118

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see117

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see117

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see117

Handeylə Barışın qırmızı xalı tərzi

06 İyun 2025 16:28see116

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see116

Allahşükür Paşazadə: Yeni Roma papası ilə görüşümüz nəzərdə tutulub

06 İyun 2025 09:37see116

Tovuzda ailə davası: 1 nəfər baltalandı… KONKRET

06 İyun 2025 16:14see115

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see114

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see114

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see113

Putin Rusiyadakı müsəlmanlara jest etdi

06 İyun 2025 11:10see113

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see112

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri