Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Prezidentin təbriki həm də media siyasəti üçün strateji vizyon sənədidir Vüqar Zifəroğlu

Prezidentin təbriki həm də media siyasəti üçün strateji vizyon sənədidir Vüqar Zifəroğlu

Icma.az bildirir, 525.az portalına istinadən.

“Azərbaycan Prezidenti İlham Əliyevin Milli Mətbuatın 150 illiyi münasibətilə media nümayəndələrinə ünvanladığı təbrik müraciəti həm simvolik, həm də strateji cəhətdən çoxqatlı və əhəmiyyətlidir. Təbrik mətninin yalnız yubiley təbriki deyil, eyni zamanda dövlətin media siyasətinə, jurnalistikanın funksiyalarına və gələcək çağırışlara dair kompleks baxış təqdim edir”.

Bu barədə 525.az-a Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Azərbaycan Mətbuat Ṣurasının sədr müavini Vüqar Zifəroğlu deyib.

Onun sözlərinə görə, Prezidentin təbrikində "Əkinçi" qəzetinə xüsusi vurğu edilməsi klassik yanaşmanın davamı olmaqla yanaşı, maarifçilik hərəkatının ideya davamçısı kimi müasir medianın vəzifəsini də gündəmə gətirir. Burada Zərdabinin başladığı işin bugünkü jurnalistika üçün əhəmiyyətli bir ideya qaynağı olduğu fikri önə çəkilir.

V. Zifəroğlu söyləyib ki, təbrikdə ulu öndər Heydər Əliyevin medianın inkişafına töhfəsi xüsusi qeyd olunur: “Bu, təkcə siyasi rəhbərlik dövrünün xatırladılması deyil, həm də müasir medianın hüquqi və institusional əsaslarının necə formalaşdığını izah edir. Məhz həmin dövrdə senzuranın ləğvi, media azadlığına dair normativ çərçivənin qurulması kimi önəmli məqamlar dövlətin bu sahəyə sistemli yanaşmasının nümunəsidir. Prezident Əliyev təbrikdə müasir medianın rolunu "peşəkarlıq, obyektivlik, qərəzsizlik, milli şüur və vətənpərvərlik" çərçivəsində müəyyənləşdirir. Bu medianın həm ictimai məlumatlandırma, həm də milli ideologiyanın daşıyıcısı kimi ikili funksiyasına işarə edir.

Əsas çağırışlar isə konkret şəkildə sadalanır: media savadlılığı; rəqəmsallaşma və süni intellektin tətbiqi; dezinformasiya və "deepfake"lərə qarşı mübarizə; sosial media fəallığı.

Bu, ölkə rəhbərliyinin qlobal media mühitindəki transformasiyaları dərindən izlədiyini və Azərbaycan mediasının bu trendlərə uyğunlaşdırılmasına xüsusi önəm verdiyini göstərir”.

V. Zifəroğlu əlavə edib ki, təbrikdə informasiya təhlükəsizliyi kontekstində Vətən müharibəsində medianın rolu xüsusi qeyd olunur. Prezident medianın dezinformasiyaya qarşı mübarizədə, haqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında və cəbhə zonasındakı fəaliyyətində göstərdiyi fədakarlığı yüksək qiymətləndirir. Bu, medianın təkcə informativ deyil, həm də strateji resurs kimi dəyərləndirilməsinə nümunədir.

“Təbrikin sonlarına doğru Prezident jurnalistləri söz azadlığından sui-istifadənin qarşısını almağa, milli maraqları hər şeydən üstün tutmağa çağırır. Bu çağırış xüsusilə media müstəqilliyi ilə milli təhlükəsizlik arasındakı incə tarazlığın qorunması və jurnalistikanın əsasını təşkil edən sosial məsuliliyyət hissinin unudulmaması  baxımından mühümdür. Burada həm media azadlığına bağlılıq, həm də professional etik çərçivənin qorunması ideyası paralel şəkildə irəli sürülür ki, bu olduqca əhəmiyyətli və hər bir peșəkar jurnalistin əməl etməli olduğu məqamdır”, - MŞ-nın sədr müavini bildirib.

Əlavə edib ki, təbrikdə müharibə və postmüharibə dövründə həlak olan jurnalistlərin xatirəsinin anılması, medianın yalnız informasiya daşıyıcısı deyil, həm də vətəndaşlıq və vətənpərvərlik nümunəsi olduğunu göstərir. Bu medianın sosial nüfuzunu artırmaqla yanaşı, həm də onun cəmiyyət üçün təhlükəli və çətin məqamlarda oynadığı rolu vurğulamaqdır.

V. Zifəroğlu söyləyib ki, Prezident İlham Əliyevin bu təbriki yalnız təbrik nitqi deyil, həm də media siyasəti üçün strateji vizyon sənədidir: “Təbrikdə keçmişə hörmət və tarixi mirasın davamı, bu günün reallıqları ilə media institutlarının rolu, gələcək çağırışlara hazırlıq və texnoloji transformasiya, media-millət-dövlət üçbucağında məsuliyyət bölgüsü aydın şəkildə ifadə olunur. Bu baxımdan təbrik həm nəzəri, həm də praktiki baxımdan jurnalistika ictimaiyyətinə ünvanlanmış bir strateji yol xəritəsi kimi dəyərləndirilə bilər”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://525.az
archiveBu xəbər 23 İyul 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri