Icma.az
close
up
RU
Prezidentin təməlini qoyduğu İES in tikintisi başa çatmaq üzrədir

Prezidentin təməlini qoyduğu İES in tikintisi başa çatmaq üzrədir

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyevin iştirakı ilə 13 fevral 2023-ci il tarixdə Mingəçevir şəhərində təməli qoyulmuş 1880 MVt gücündə yeni İstilik Elektrik Stansiyasında tikintisi əsasən yekunlaşıb. 

Gununsesi.info xəbər verir ki, bunu “Azərenerji” ASC-nin Texniki İstehsalat İdarəsinin rəis müavini Muxtar Mahmudov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.

O bildirib ki, hazırda 1 saylı, 2 saylı qaz turbini və 7 saylı buxar turbini test rejimində işə salınaraq, enerjisistemə qoşulub. Elektrik stansiya yüksək texniki-iqtisadi göstəricilərlə işləyərək, 790 MVt gücə nail olunub.

Azərbaycan İES-də 11 ayda  şərti yanacağın xüsusi sərfi faktiki 335,34 qr./kVts təşkil edirsə, yeni stansiyada bu göstərici faktiki 118,07 qram azalaraq, 217,27 qram təşkil edir.

Ümumən elektrik stansiyası 2025-ci ilin 1-ci yarısına istismara hazır vəziyyətə gətiriləcək.

Stansiyasının istismara verilməsi ilə illik 1 mlrd kub metr təbii qaza qənaət ediləcək, 2 milyon ton CO2 emissiyası önlənəcək.

M.Mahmudov enerjisistemin iqlim dəyişikliklərinə adaptasiyası tədbirlərindən də söz açıb.

Qeyd edib ki, Cənub ES-in dayanıqlı iş rejimlərinin təmin edilməsi üçün Kür çayında su səviyyəsinin kəskin şəkildə azalması səbəbindən soyuducu su ilə dayanıqlı təminatı üçün sualtı suaşıran qurğu tikilib.

Xəzər dənizində suyun səviyyəsinin düşməsi ilə əlaqədar yaranmış kritik vəziyyətin “Sumqayıt”ES-in fəaliyyətinə təsirinin aradan qaldırılması layihəsi ilə əlaqədar, stansiyanın dayanıqlı və etibarlı iş rejiminə nail olmaq üçün, dənizin içərisinə doğru 5 metr dərinlikdən soyuq suyun götürülməsinə imkan verən 750 metr məsafədə estekada və yeni su nasos stansiyası tikilib.

Xəzər dənizində suyun səviyyəsinin düşməsi ilə əlaqədar yaranmış kritik vəziyyətin “Şimal” ES-in fəaliyyətinə təsirinin aradan qaldırılması layihəsi ilə əlaqədar, stansiyanın dayanıqlı və etibarlı iş rejiminə nail olmaq üçün, dənizin içərisinə doğru 8 metr dərinlikdən soyuq suyun götürülməsinə imkan verən 540 metr məsafədə estekada və yeni su nasos stansiyası tikilib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Mart 2025 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri