Icma.az
close
up
RU
Prezidentin töhmət verdiyi icra başçısına mesaj var Onu nə gözləyir?

Prezidentin töhmət verdiyi icra başçısına mesaj var Onu nə gözləyir?

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Prezidentin sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadəyə şiddətli töhmət verilməsi bir sıra məsələləri gündəmə gətirib. Bu addımın hüquqi baxımdan xəbərdarlıq xarakteri daşıdığı bildirilsə də, bəzi məqamlar qaranlıq qalır. Belə ki, şiddətli töhmətin məmur üçün nə ifadə etdiyi, sonrakı prosedurların nədən ibarət olduğu sual olunur. Məsələn, hakim futbolçuya qaydanı kobud şəkildə pozduqda sarı kart verir. Bəzən isə qaydapozma o qədər kobud və açıq olur ki, onu qırmızı vərəqə ilə cəzalandırır və meydandan qovur.

Bu kontekstdə Prezidentin Ağdaşın İH başçısına verdiyi şiddətli töhmət ona nə vəd edir? “Qırmızı kart” almaq həbs təhlükəsinə işarə ola bilərmi? Şiddətli töhmət alan məmur hansı halda ilk xətasında bağışlanmır?  

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, şiddətli töhmət əmək qanunvericiliyində nəzərdə tutulan intizam tənbehlərinin ən ağır formalarından biridir:

“İşəgötürənin işçiyə tətbiq etdiyi bu tədbir həm Əmək Məcəlləsində, həm də “Dövlət qulluğu haqqında” Qanunda öz əksini tapıb. Əmək Məcəlləsi əsasən özəl sektora, “Dövlət qulluğu haqqında” qanun isə dövlət qulluqçularına şamil olunur. İntizam tənbehləri şifahi xəbərdarlıqdan başlayaraq töhmət, şiddətli töhmət və ən sonda işdən azad etməyə qədər davam edir. Qanunvericiliyə görə, işəgötürən bu ardıcıllığa əməl etməyə məcbur deyil. Yəni işçi vəzifə öhdəliklərini kobud şəkildə pozarsa, ona dərhal şiddətli töhmət verilə və ya birbaşa işdən azad edilə bilər. Prezidentin icra başçısına verdiyi şiddətli töhmət də bu qəbildəndir. Onun törətdiyi əməl o qədər ciddi qiymətləndirilib ki, nə adi xəbərdarlıq, nə də sadə töhmət tətbiq olunub. Əgər hərəkətlərində cinayət tərkibi olsaydı, icra başçısına intizam tədbiri yox, birbaşa cinayət işi açılardı. Bu isə o deməkdir ki, Orxan Hüseynzadənin fəaliyyəti məhz xidməti nöqsanlarla bağlıdır”.

Əkrəm Həsənov

Hüquqşünas qeyd edib ki, şiddətli töhmət əslində məmura verilən son xəbərdarlıqdır:

“Bu, “Sənin fəaliyyətindən narazılıq var, nöqsanlar təkrarlandığı halda vəzifədən azad ediləcəksən” mesajıdır. Bir çox hallarda ölkə başçısı məmurdan narazı olduqda onu birbaşa vəzifədən azad edir. Bu baxımdan şiddətli töhmət həm də bir şansdır. Deməli, dövlət başçısı həmin məmurun fəaliyyətində müəyyən müsbət tərəfləri nəzərə alaraq ona düzəliş etmək imkanı verib. Lakin təkrar nöqsana yol verərsə, vəzifədən azad edilmə ehtimalı var”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri