Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

14 milyon tona yaxın yük daşınıb

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

Prezidentin verdiyi O MESAJ!

Prezidentin verdiyi O MESAJ!

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ordumuzda türk ordu modelinə keçid davam edir; hərbi və siyasi analitiklər yeni gözləntilərini açıqladılar.
“Biz beynəlxalq hüquq əsasında öz ləyaqətimiz üçün mübarizə apardıq. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı. Əgər biz öz torpaqlarımızı güc vasitəsilə azad etməsəydik, növbəti 27 il də belə qalacaqdı”.
“Yeni Müsavat” xatırladır ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. Dövlət başçısı vurğulayıb ki, bəzən sülhə nail olmaq, ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz. “Biz görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Biz görürük ki, bəzi ölkələr öz resurslarını hərbi potensialının, infrastrukturunun gücləndirilməsi üçün sərf edir. Biz bunu ən azı 20 ildir edirik - 2005-ci ildən etibarən. Həmin vaxtdan etibarən güclü ordu yaratdıq. O ordu əraziləri azad etdi, separatçılığa son qoydu və beləliklə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. Bu, nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən bu, beynəlxalq ədaləti nümayiş etdirir”, - deyə Prezident əlavə edib.
Məlumdur ki, Azərbaycan 5-ci nəsil modern ordu quruculuğunda NATO üzvü olan qardaş Türkiyənin təcrübəsindən geniş istifadə və edir. Bəs hazırda vəziyyət nə yerdədir? Azərbaycan Türkiyə tipli orduya keçidi tamamlayıbmı?
 

Rövşən Məhərrəmov

Hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda Türkiyə modelinə uyğunlaşdırılması məqsədilə uğurlu islahatlar aparılıb. Onun sözlərinə görə, bu istiqamətdə icra edilən tədbirlər davam etdirilir. Ekspert vurğuladı ki, Ordumuzun strateji düşüncəyə malik, bacarıqlı kadrlarla komplektləşdirilməsi, təşkilati-ştat strukturunun təkmilləşdirilməsi üzrə icra edilən tədbirlər, əldə edilən nailiyyətlər effektini verib: “Azərbaycan davamlı olaraq hərbi qüvvələrini modernləşdirir. Xüsusən 44 günlük müharibədən sonra bu modernləşmə ən müxtəlif istiqamətlərdə gedir. Xüsusən də ordunun şəxsi heyətinin peşəkarlığının yüksəldilməsi və hərbi texniki təchizat istiqamətlərini qeyd etmək lazımdır. Müqavilə əsasında ordunun təşkili məsələsi qanunda əksini tapır. Azərbaycan Silahlı Qüvvələri yüksək peşəkarlığa malik bir ordudur. Təsadüfi deyil ki, ordumuz Türkiyə ordu sisteminə keçməyə başladıqdan sonra dünyanın ən aparıcı 50 ordusu sırasında yer alıb. Hazırda ordu 70 faizədək peşəkar hərbçilərdən ibarətdir. 44 günlük müharibə dövründə də sübuta yetirildi ki, bu sahədə peşəkar hərbçilərin olması daha böyük əhəmiyyət daşıyır. Buna görə də düşünürəm ki, Azərbaycan Ordusu bu yöndə quruculuğu davam etdirəcək. Ordumuz NATO ordu sisteminə uyğun türk modelinə keçmək üçün Ali Baş Komandan İlham Əliyevin qarşısına qoyduğu tapşırığı yerinə yetirməkdədir. Həmin tapşırıq əsasında gələcək dövrlərdə hərbi sahədə peşəkarların üstünlük təşkil etməsi nəzərdə tutulur”.
Ekspert qeyd etdi ki, xüsusi qoşun növlərinə müddətdən artıq xidmət edən hərbi qulluqçular cəlb olunur: “Xüsusi qoşun növləri xüsusi təyinatlılar, rabitə qoşunları, hava hücumundan müdafiə sistemlərinin idarə edilməsi, tank bölmələri əsasən müddətdən artıq xidmət edən hərbi qulluqçulardan ibarətdir. Sürücülərin əksəriyyəti müddətdən artıq xidmət edən hərbi qulluqçulardır. Ordumuzda komando briqadalarının sayı get-gedə artırılır. Bütün bunlar döyüş qabiliyyətinin daim yüksək olmasına bir stimuldur və peşəkar ordu sisteminə keçid prosesi də hesab edilə bilər. Biz artıq uzun müddətdir Türkiyə ordu modelinə keçirik və proses davam edir. Türk ordusu modelinə keçid 2025-ci ilin sonuna qədər tam şəkildə yekunlaşdırılacaq. Artıq uzun müddətdir mərkəzi idarəetmə sisteminə malik müasir ordu yaratmışıq, müasir silahlarla təchiz olunan ordumuz mövcuddur. Müddətdən artıq xidmət edən hərbi qulluqçular müxtəlif qoşun növləri və xidmətlər üzrə ixtisaslaşdırılır”.
 

Aydın Quliyev 

Siyasi şərhçi Aydın Quliyev isə Prezidentin “BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı. Əgər biz öz torpaqlarımızı güc vasitəsilə azad etməsəydik, növbəti 27 il də belə qalacaqdı” fikirlərinin tamamilə düzgün ifadə edilmiş fikirlər olduğuna diqqəti cəlb etdi: “Keçmiş Dağlıq Qarabağ münaqişəsi indiyədək həll olunmamış qalsaydı, bilirsiniz nələr olardı?! Dünyadakı indiki beynəlxalq münasibətlər, mövcud münaqişələrə ayrı-ayrı ölkələrin yanaşmaları Dağlıq Qarabağ münaqişəsinin həll olunduğu 2020- ci ildəki vəziyyəti bir daha yada salmağı və müqayisələr aparmağı diktə edir. Adına  böyük deyilən dövlətlər  Azərbaycanın haqqına ədalətli yanaşmasalar da, ləng mövqe tutsalar da, problemin həllindən çox onun dondurulmasına və ya yarımçıq həllinə çalışsalar da, Azərbaycan beynəlxalq hüquq normalarına söykənərək həmin böyük adlandırılan dövlətlərin cəsarətlə gözünə soxurdu ki, biz haqlıyıq, ərazilərimiz qaytarılmalıdır, 1991- ci il Almatı bəyannaməsi əsasında BMT-nin tanıdığı ərazilərə və sərhədlərə qayıtmalıyıq. Heç bir dövlətin o zaman cəsarəti və gücü çatmadı ki, Azərbaycana açıq şəkildə ”işğal olunmuş əraziləri unudun" desin və təzyiq göstərsin. Heç bir dövlətin gücü çatmadı ki, bizə  “1991-ci ilin sərhədlərinə qayıtmaq mümkünsüzdür” desin. O zamanlardan cəmi 4 il keçdi. Bütün dünya gördü ki, özünə böyük deyən dövlətlər  həmin absurd mövqeyi və haqsız iddianı açıq şəkildə deyə bildilər. 4 il əvvəl  Azərbaycana deyə bilmədiklərini indi  Ukraynaya həyasızcasına dedilər. Dedilər ki, 2014-cü ildəki sərhədlərə qayıtmağınız  mümkün deyil və işğal edilmiş ərazilərin  qayıtması fikrini unudun. Nümayiş etdirilən bu cür siyasətlə beynəlxalq hüquq normalarının və BMT-nin nüfuzunun zibilxanaya atıldığı başqa söhbətin mövzusudur. Bizim üçün, Azərbaycan üçün önəmli olan odur ki, 4 il əvvəl - 2020-ci ildə dünya bizə deyə bilmədiklərini bu gün Ukraynaya dedi. Bu dövlətin, bu xalqın beynəlxalq hüquqla müəyyənləşmiş haqqına açıq sayqısızlıq edərək dedilər, deyirlər və buna uyğun hərəkət edirlər. Dağlıq Qarabağ münaqişəsi bu günlərə kimi həll edilməmiş saxlansaydı, heç kimin şübhəsi qalmasın ki, həmin ədalətsiz iddia və tələblər Azərbaycanın da qarşısında qoyulardı. O başqa məsələdir ki, biz bunlarla heç bir halda razılaşmazdıq. Ancaq onlar edərdi və “Ermənistanın işğal etdiyi ərazilərin hamısının geri qaytarılması artıq mümkün deyil” deyərdilər. Trampın bu gün Ukraynaya dediyi kimi".
A.Quliyevin sözlərinə görə, ümumiyyətlə, bundan sonra dünyadakı bütün mövcud ərazi münaqişələrinin Dağlıq Qarabağ modelində, yəni bütün işğal olunmuş ərazilərin geri qaytarılması prinsipi ilə həll olunması az qala qeyri-mümkün kimi görünür: “Ukrayna müharibəsinə tətbiq edilməkdə olan modelin bundan sonra bütün münaqişələrdə əsas götürüləcəyinə şübhə yoxdur, yəni işğal olunmuş ərazilərin ya heç  qaytarılmaması, ya da ən yaxşı halda qismən qaytarılması prinsipi əsas tutulacaq. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin və Ukrayna müharibəsinin həlli modelləri dünyanın indiki böyük keçid dövrü üçün iki ən xarakterik model kimi beynəlxalq münasibətlər tarixində qalacaq. Beynəlxalq siyasi və hüquqi münasibətlərin bir mərhələdən başqa mərhələyə keçməyə başladığını indi hamı etiraf edir. Beynəlxalq hüquqi və siyasi münasibətlərin keçmiş və yeni dövrləri  barədə artıq cəsarətlə danışa bilərik. Dağlıq Qarabağ münaqişəsinin həll modeli beynəlxalq siyasi və hüquqi münasibətlərin köhnə dövrünün ən xarakterik son  modeli kimi tarixdə qalacaq. Bundan sonra dünyada hansısa münaqişənin Dağlıq Qarabağ kimi işğal faktının tam aradan qaldırılması şərtilə həll olunacağı mümkünsüzdür. Beynəlxalq hüquqi və siyasi münasibətlərin köhnə  dövrdən  yeniyə keçidi  arasında cəmi 4 illik aralıqda Dağlıq Qarabağ münaqişəsini həll etmək Azərbaycan xalqının və dövlətimizin tarixində ən xoşbəxt hadisə kimi qalacaq. Təsəvvür etmək çətin deyil ki, Dağlıq Qarabağ münaqişəsi bu günlərədək həll olunmamış qalsaydı, biz necə olardıq?! Ukraynaya ”Krımdan, Donbasdan və s. əl çəkin" deyənlər bizə “Dağlıq Qarabağın işğalı ilə barışın” deməzdilər? Deyərdilər, üstəlik təkid edərdilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Mart 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see771

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see736

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see731

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see527

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see386

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see337

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see286

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see277

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see261

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

07 Oktyabr 2026 17:20see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri