Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xankəndi şəhərində artıq 28 min insan yaşayır.
APA-nın Qarabağa ezam olunmuş müxbiri xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib.
Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzini ziyarət edən diplomatik korpusu məlumatlandıran Elçin Yusubovun sözlərinə görə, Xankəndidən məcburi köçkün düşmüş əhalinin qayıdışı prosesi davam edir.
“Hazırda Xankəndidə 3 000-dən çox tələbə məskunlaşıb və təhsil alır. Bu göstərici ümumi əhalinin 10 faizindən çoxunu təşkil edir”, - Elçin Yusubov qeyd edib.
O diqqətə çatdırıb ki, şəhərdə yeni yaşayış binaları və parklar inşa olunur, müasir tələblərə cavab verən yollar salınır: “Eyni zamanda, şəhərin simasına və müasir şəhərsalma standartlarına uyğun gəlməyən, yöndəmsiz tikililərin sökülməsi prosesi intensivləşdirilib. Bununla yanaşı, yeni tələblərə cavab verən müasir tikililərin inşası ilə bağlı layihələndirmə işlərinə başlanılıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 11 Sentyabr 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















