Icma.az
close
up
RU
Xankəndi şəhərində tarixi zirvə görüşü

Xankəndi şəhərində tarixi zirvə görüşü

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşünün qədim Azərbaycan torpağı Qarabağda, Xankəndidə keçirilməsi mühüm siyasi, iqtisadi və geosiyasi əhəmiyyət daşıyır. 2025-ci il iyul ayının əvvəlində Azərbaycan regionun və Türk-İslam dünyasının ən əhəmiyyətli təşkilatlarından biri olan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə ev sahibliyi etdi. Bu dəfəki zirvə görüşünün keçirildiyi yer isə dünya ictimaiyyətinin xüsusi diqqətini çəkdi – qədim Azərbaycan torpağı olan Qarabağ, daha dəqiq desək, Xankəndi şəhəri. Bu hadisə həm Azərbaycanın suverenliyinin təsdiqi, həm də bölgədə yeni geosiyasi və iqtisadi reallıqların rəsmi şəkildə qəbul olunması baxımından tarixi əhəmiyyət kəsb edir.

İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılmış, sonradan Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstanın da üzv olduğu iqtisadi təşkilatdır. Məqsəd üzv ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət, nəqliyyat, enerji və turizm sahələrində inteqrasiyanın dərinləşdirilməsidir. Zirvə görüşləri bu əməkdaşlıq formatının ən yüksək səviyyəli tədbiridir və üzv ölkələrin liderlərinin bir araya gəlib ortaq qərarlar verdiyi mühüm siyasi platformadır.

2020-ci il Vətən Müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində Xankəndi də daxil olmaqla bütün Qarabağ ərazisində suverenlik tam bərpa olundu. Bu zirvənin məhz Xankəndidə keçirilməsi, beynəlxalq təşkilatların və üzv ölkələrin bu reallığı qəbul etdiyini nümayiş etdirir. Qarabağın dirçəldilməsi, iqtisadiyyatının yenidən qurulması üçün beynəlxalq əməkdaşlıq vacibdir. ECO ölkələrinin Qarabağa sərmayə yatırımı, nəqliyyat dəhlizləri üzərindən inteqrasiya və ticarət əlaqələrinin qurulması bölgənin inkişafına təkan verə bilər. Bu tədbir həm də ECO-nun öz gündəliyini genişləndirdiyini göstərir. Qarabağda reallaşan iqtisadi və sosial layihələr təşkilatın regionun sabitliyində və davamlı inkişafında aktiv rol oynamaq istədiyini sübut edir. Görüşün sonunda qəbul edilən Xankəndi Bəyannaməsi, həm təşkilatın gələcək inkişaf strategiyasını, həm də üzv dövlətlərin Azərbaycanla həmrəyliyini əks etdirir.

Bu tədbir təkcə regional deyil, həm də qlobal səviyyədə ciddi rezonans doğurdu. Dünya ictimaiyyəti, xüsusən də Avropa və ABŞ mətbuatı, Azərbaycanın Qarabağda sabitlik və inkişafın bərqərar edilməsi yolunda atdığı bu addımı yüksək qiymətləndirdi. Eyni zamanda, bu cür beynəlxalq tədbirlərin Qarabağda keçirilməsi Azərbaycanın milli maraqlarının beynəlxalq hüquq çərçivəsində təmin edilməsinin bariz nümunəsidir.

ECO-nun 17-ci Zirvə görüşünün Qarabağda – Xankəndidə keçirilməsi Azərbaycanın diplomatik uğurudur. Bu, təkcə siyasi və iqtisadi əməkdaşlığın göstəricisi deyil, həm də bölgədə sülhün, inkişafın və sabitliyin dayanıqlı şəkildə qurulmasına yönəlik mühüm bir addımdır. Qarabağ artıq münaqişə zonası yox, inkişaf və əməkdaşlıq mərkəzi kimi tanınmağa başlayır. Azərbaycanın təşəbbüsü ilə reallaşan bu zirvə görüşü regionun gələcəyinə verilən strateji mesajdır – Qarabağ Azərbaycandır və Qarabağ gələcəyin iqtisadi və siyasi mərkəzinə çevrilir.

Varis Rüstəmov,

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 İyul 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri