Prezidentin xüsusi nümayəndəsi: Xankəndidə 24 minə yaxın əhali yaşayır
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xankəndidə 24 minə yaxın əhali yaşayır.
APA xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.
Xüsusi nümayəndə bildirib ki, gələn il Xocalıda Qarabağ Universitetinin kənd təsərrüfatı fakültəsinin binası tikilməyə başlanılacaq və növbəti illərdən tələbə qəbulu həyata keçiriləcək.
Elçin Yusubov diqqətə çatdırıb ki, bu ərazilərin bərpasında əsas maneə minalar idi: “Xankəndidə 1456, Ağdərədə 10 359, Xocalıda isə 9874 hektar ərazi minalardan və partlamamış sursatlardan təmizlənib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 19 May 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















