Icma.az
close
up
RU
Prezidentlə çiyin çiyinə

Prezidentlə çiyin çiyinə

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Bəşəri dəyərlərin, humanist idealların və nəcib amalların daşıyıcıları öz şərəfli ömür yolları ilə mənsub olduqları xalqa daim başucalığı gətirir, cəmiyyətin sonsuz rəğbətini qazanırlar. Zəngin fəaliyyəti, bənzərsiz siyasi-ictimai missiyası və yüksək insani keyfiyyətləri ilə nəinki ölkəmizdə, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məhz bu cür şəxsiyyətlərdəndir.
Azərbaycan qadınının ən ali xüsusiyyətlərini öz simasında birləşdirən, humanizm missiyasını ləyaqətlə icra edən Mehriban xanımın dövlətin ictimai-siyasi və mədəni intibahındakı xidmətləri əvəzsizdir. Onun çoxşaxəli fəaliyyəti cəmiyyət həyatının bütün sferalarını dərindən əhatə edir. Mehriban xanımın fəaliyyətinin strateji ana xəttini dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasi kursun tam dəstəklənməsi, milli hədəflərin reallaşdırılması və Azərbaycanın hər bir sahədə qazandığı nailiyyətlərin möhkəmləndirilməsi təşkil edir.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin ən məsuliyyətli və strateji mərhələlərindən birini 2017-ci il fevralın 21-dən etibarən icra etməyə başladığı Birinci vitse-prezidentlik missiyası təşkil edir. Bu ali dövlət vəzifəsi ölkənin idarəetmə sistemində yeni bir inkişaf dinamikasının əsasını qoydu. Azərbaycanın dövlət idarəçiliyində müasir və peşəkar bir idarəetmə modelinin formalaşmasını şərtləndirdi. Məhz bu yüksək təyinatdan sonra həyata keçirilən layihələr cəmiyyətin həyatında həlledici rol oynamağa başladı.
Birinci vitse-prezidentin ictimai-siyasi fəaliyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi strateji xəttin ən güclü dəstəkçisidir. Müzəffər Ali Baş Komandanla çiyin-çiyinə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, Şuşanın tarixi simasının dirçəldilməsi Mehriban xanımın milli quruculuq prosesindəki müstəsna xidmətidir. Mehriban xanım dövlət başçısının ən yaxın məsləkdaşı olaraq, Azərbaycanın müasirləşməsi, xalqımızın və milli birliyinin daha da möhkəmlənməsi yolunda tükənməz enerji ilə çalışmaqdadır.
Mehriban xanımın fəaliyyəti xalqımızın rifahına və ölkəmizin tərəqqisinə xidmət edir. Onun fəaliyyət fəlsəfəsinin mərkəzində mərhəmət və insan amili dayanır, nəcib təşəbbüsləri cəmiyyətin ən müxtəlif zümrələrində dərin ehtiramla qarşılanır. Şəhid ailələrinə və qazilərə göstərilən xüsusi diqqət, yaralı hərbçilərimizin yüksəktexnologiyalı reabilitasiya vasitələri ilə təmini Birinci vitse-prezidentin vətənpərvərlik ruhunun bariz təzahürüdür. Heydər Əliyev Fondunun xətti ilə aztəminatlı ailələrin və həssas qrupların problemlərinin həlli bu insanların sosial müdafiəsinin etibarlı təminatına çevrilib. 44 günlük müharibədən sonra şəhid ailələrinin sosial-məişət qayğıları, uşaqlarının təhsili və reabilitasiya prosesləri birbaşa Heydər Əliyev Fondunun və dövlət proqramlarının koordinasiyası ilə idarə olunur.
Mehriban xanımın Birinci vitse-prezident kimi ilk rəsmi müşavirəsini məhz keçmiş qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etməsi bu sahəyə verdiyi önəmin bariz göstəricisi idi. Mehriban xanım üçün həssas təbəqələrə diqqət və qayğı, sadəcə, dövlət vəzifəsi deyil, mənəvi bir missiya, səmimiyyət və sevgidən irəli gələn davranışdır.
30 illik işğala son qoyan tarixi zəfərimizdən sonra Mehriban xanım Əliyevanın fəaliyyətində yeni, əzəmətli bir dövr başlandı. Müzəffər Ali Baş Komandanla çiyin-çiyinə azad edilmiş ərazilərə edilən səfərlər, dağıdılmış şəhərlərin sürətli bərpası və Şuşanın mədəniyyət paytaxtı statusunun dirçəldilməsi onun fədakar əməyinin nəticəsidir. Bu gün Qarabağda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri təkcə fiziki bərpa deyil, həm də milli ruhun o torpaqlara qayıdışıdır. Qarabağın tarixi və dini abidələrinin, Şuşanın mədəni irsinin bərpası, Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən quruculuğun həm də mənəvi təcəssümüdür.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə səhiyyədə "ölüm hökmü" kimi görünən bir çox diaqnoz artıq Azərbaycan üçün keçmişdə qalıb. Regionda analoqu olmayan Talassemiya Mərkəzi yüzlərlə uşağın həyata tutunmasına vəsilə olub. Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası və müalicəsi üçün yaradılan mərkəzlər birbaşa Birinci vitse-prezidentin himayəsindədir. COVID-19 ilə mübarizədə modul tipli xəstəxanaların qısa müddətdə qurulması və vaksinasiya prosesinin təşkilində də Mehriban xanımın idarəçilik qabiliyyəti həlledici rol oynadı.
Mehriban Əliyeva həm də Azərbaycanın zəngin mədəni irsini bəşəriyyətin ehtiram göstərdiyi dəyər səviyyəsinə yüksəldən mədəniyyət elçisidir. Parisdən Moskvaya, Vatikandan Berlinə qədər uzanan mədəniyyət günləri Azərbaycanın "yumşaq güc" strategiyasının möhtəşəm uğurudur. Milli musiqi irsimizin qorunması, beynəlxalq festivallar və Muğam Mərkəzinin fəaliyyəti tariximizin gələcək nəsillərə ötürülməsində misilsiz rol oynayır. "Mədəniyyət xalqları birləşdirən, ən çətin anlarda körpü salan yeganə qüvvədir" fəlsəfəsi Mehriban xanımın bütün beynəlxalq fəaliyyətinin qayəsini təşkil edir.
Azərbaycanın Birinci vitse-prezidentinin ictimai-siyasi və sosial-mədəni fəaliyyət arealı o qədər zəngin və miqyaslıdır ki, bu missiyanı bir neçə istiqamətlə məhdudlaşdırmaq qeyri-mümkündür. Beynəlxalq birlik və Azərbaycan cəmiyyəti Mehriban Əliyevanı həm də ali humanizm dəyərlərinin daşıyıcısı və xeyirxahlıq mücəssiməsi kimi qəbul edir. Çünki xalqa layiqli xidmət prinsipi Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas qayəsidir. Onun diqqət mərkəzində hər zaman cəmiyyətin ən ehtiyaclı təbəqələri, valideyn himayəsindən məhrum körpələr və ahıllar dayanır. Ölkənin hər bir guşəsində ucalan müasir təhsil və səhiyyə ocaqları, tarixi-dini abidələrin restavrasiyası onun milli genofondun qorunmasına yönəlmiş strateji vətəndaşlıq missiyasının əyani sübutudur.
Ötən illərin reallığı göstərir ki, Mehriban xanımın hər bir addımı Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun uğuruna və müstəqil Azərbaycanın parlaq gələcəyinə xidmət edir. O, Ümummilli Lider Heydər Əliyevin ideyalarını yaşadan və Azərbaycanın zəfər dolu salnaməsinə öz imzasını atan nəciblik simvoludur. Mehriban xanım Əliyeva həm bir dövlət xadimi, həm də bir xeyriyyəçi kimi müasir Azərbaycan qadınının ən parlaq örnəyidir. Onun fəaliyyəti vətənə sevgi və insana hörmətin mükəmməl vəhdətidir. Birinci vitse-prezidentin nümayiş etdirdiyi yüksək peşəkarlıq və qətiyyət ölkəmizin dinamik yüksəlişinə fundamental töhfələr verməklə yanaşı, bu təyinatın nə qədər uğurlu olmasını və Mehriban xanım Əliyevanın mükəmməl idarəçilik fəaliyyətinin əzəmətini də sübuta yetirir. Mehriban xanım Əliyevanın fəaliyyətinin ən ali qiyməti isə insanların ona olan səmimi inamı və dərin rəğbətidir.
Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Fevral 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri