Icma.az
close
up
RU
Qardaş dövlətlər çiyin çiyinə...

Qardaş dövlətlər çiyin çiyinə...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycanın milli maraqlar üzərində qurulan və çoxvektorlu səciyyə daşıyan xarici siyasət kursunda Türkiyə və Pakistanla əlaqələrin dərinləşməsi ayrıca bir xətt kimi diqqət çəkir. Artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərə istinadən bu ölkələri üç qardaş kimi səciyyələndirə bilərik. Prezident İlham Əliyev Laçında  Azərbaycanın 28 May - Müstəqillik Gününə həsr olunmuş konsertdən əvvəl etdiyi çıxışında bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər.

Çətin günlərin dostları

Azərbaycan, Türkiyə və Pakistan münasibətləri tarixdən gələn ənənələrə, oxşar milli-mənəvi dəyərlərə əsaslandığı üçün keçici deyil, əbədiyaşardır.  Üç ölkənin müxtəlif məsələlərdə bir ailə prinsipindən çıxış etmələri son dərəcə sevindirici və qürurvericidir. “Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk”, - deyə Prezident İlham Əliyev bildirib.

Əsl dost dar gündə tanınar, deyiblər. Türkiyə və Pakistan da ən çətin məqamlarda, həssas dönəmlərdə ölkəmizin yanında olduqlarını birmənalı şəkildə nümayiş etdirirlər. İndiyədək Azərbaycan və Türkiyə onlara edilən xain hücumlara həmişə birlikdə cavab veriblər. Azərbaycan olmayanda Türkiyə, Türkiyə olmayanda Azərbaycan cəsarətlə qabağa duraraq haqqın, ədalətin, dost mənafeyinin müdafiəsinə qalxıblar. Qardaş ölkə, öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan respublikamıza 44 günlük Vətən müharibəsinin ilk saatlarından etibarən siyasi-mənəvi dəstək göstərib. Rəcəb Tayyib Ərdoğan bəhs olunan konsertdən əvvəl etdiyi çıxışında qardaş ölkənin gələcəkdə də Azərbaycanın yanında olacağının mesajını verib. “Bəli, obamız, yuvamız və göz bəbəyimiz Azərbaycan ilə aramızdakı məhəbbəti, inşallah, gücləndirərək davam etdirəcəyik. Bu xoş gündə olduğu kimi, Allah göstərməsin, çətin günlərində də Azərbaycan xalqının hər zaman yanında olacağıq”, - deyə Türkiyənin dövlət başçıı vurğulayıb.

Qardaş Pakistan da oxşar mövqedən çıxış edir. Bu ölkə də Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında yer alır. Pakistan da Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə davamlı dəstək verib. Dünyada bir neçə dövlət var ki, Ermənistanın işğalçılıq siyasətinə görə  bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. Pakistan da belə ölkələrdən biridir. Artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi illər ərzində müxtəlif vaxtlarda Pakistan Prezidenti, Baş naziri, parlament və digər dövlət qurumları, eləcə də ordu rəhbərliyi, ictimai və siyasi xadimlər Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyən, dövlətimiz və xalqımızla həmrəy olduğunu əks etdirən müvafiq qətnamələr qəbul edib, bəyanatlar yayıblar. Türkiyənin və Pakistanın belə davranışları əsl qardaşlıq mövqeyidir.

Azərbaycanın qardaş dəstəyi...

Öz növbəsində Azərbaycan da ən müxtəlif məsələlərdə qardaş ölkələrə öz dəstəyini göstərir. Azərbaycan dövləti və cəmiyyəti ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri əsassız ərazi və “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır. Praqada Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində keçirilən iclasda Azərbaycan Prezidentinin nümayiş etdirdiyi qətiyyətli mövqe - sammitə Türkiyə təmsilçisinin qatılmamasından istifadə edərək rəsmi Ankaranın ünvanına hədyanlar, qondarma “soyqırımı” sayıqlamalarını dilə gətirən Ermənistanın sabiq prezidenti Serjik Sarkisyana tutarlı cavab verməsi heç vaxt yaddaşlardan silinməyəcək.

Qardaş Türkiyə 2016-cı il iyulun 15-dən 16-na keçən gecə dəhşətli terror hadisəsi ilə silkələndi. Dövlət çevrilişinə cəhd hadisələri Azərbaycanın siyasi rəhbərliyi, şəxsən Prezident İlham Əliyev tərəfindən birmənalı şəkildə qınanıldı və Türkiyənin qanuni hakimiyyətinə həmrəylik nümayiş etdirildi.

Türkiyədə 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla  baş verən dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, ölkə böyük dağıntılara məruz qalıb. Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyəyə yardıma tələsib və bu yardımı indi də davam etdirir.

Ölkəmiz oxşar məzmunlu yanaşmanı qardaş Pakistana münasibətdə də sərgiləyir. Məlumdur ki, ərazi problemi ilə həmçinin  Pakistan da üzləşib. Azərbaycanın Cəmmu və Kəşmir məsələsi ilə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsipləri və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanır.

Bir qədər bundan əvvəl Hindistanla Pakistan arasında yaşanan gərginlik də ölkəmizdə böyük narahatlıqla izlənildi.  Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bir neçə bəyanat yayıb və ölkəmizin birmənalı mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırb. 

Azərbaycanın qardaşlıq dəstəyi təbii ki, Pakistan dövləti və cəmiyyəti tərəfindən yüksək dəyərləndirlir.  “”Bu, bizim tariximizin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi. Çətin zamanda bir araya gəldilər və biz bunu heç vaxt unutmayacağıq. Qardaşım Prezident Ərdoğanın və əlbəttə, əziz qardaşım Prezident İlham Əliyevin verdiyi dəstəyin heç vaxt əvəzini çıxa bilmərəm. Allah özü sizi mükafatlandıracaq. Bu qardaşlığa və səmimi dəstəyə görə təşəkkür edirəm”, - deyə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçında Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl etdiyi çıxışında bildirib.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 May 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see354

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see255

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see205

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see203

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see196

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see180

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see173

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see173

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see170

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see168

Lalə Məmmədova: “Öz dərdim bəsimdir”

14 Avqust 2026 14:44see167

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see166

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see165

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see164

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see163

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see163

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see161

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see157

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see155

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri