Icma.az
close
up
RU
“Prezidentlə görüş həm motivasiya, həm də yeni məsuliyyət demək idi” Müsahibə

“Prezidentlə görüş həm motivasiya, həm də yeni məsuliyyət demək idi” Müsahibə

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sərxan Bayramlı “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunudur. O, hazırda bp şirkətinin İndoneziyadakı 7 milyard dollarlıq “Tangguh UCC” layihəsində quru tikililər üzrə tikinti rəhbəri kimi fəaliyyət göstərir. Layihə İndoneziya hökuməti tərəfindən milli strateji əhəmiyyətli layihə kimi tanınıb və S. Bayramlı burada iştirak edən yeganə azərbaycanlı mütəxəssisdir. Onun fəaliyyəti Azərbaycanın yüksək ixtisaslı kadr potensialının beynəlxalq səviyyədə uğurla təmsil olunmasının parlaq nümunəsidir.

“Qafqazinfo” azərbaycanlı mütəxəssislə müsahibəni təqdim edir:

– Sərxan bəy, bu gün qlobal enerji sənayesində tanınan bir gənc azərbaycanlı mütəxəssis kimi çıxış edirsiniz. Bu yolun təməli harada və necə qoyuldu?

– Mən Bakıda həkim ailəsində böyümüşəm. 2011-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil oldum, amma bir ildən sonra təhsilimi xaricdə davam etdirməyə qərar verdim. “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Nyukasl Universitetinə qəbul olundum və orada Dəniz texnologiyaları və mühəndisliyi üzrə ixtisaslaşdım. Bu təhsil mənim gələcək karyeram üçün çox mühüm başlanğıc nöqtəsi oldu - düşüncə tərzimi dəyişdirdi, mənə beynəlxalq baxış qazandırdı.

– Təhsildən sonra sizi mühəndis kimi ilk hansı layihə qarşılayıb?

– Universiteti bitirdikdən sonra bp şirkətində “Şahdəniz-2” layihəsində quru obyektlər üzrə mühəndis kimi çalışdım. Qısa müddət sonra “Azəri–Mərkəzi–Şərqi (ACE)” layihəsində polad konstruksiyaların istehsalı və montajına rəhbərlik etdim. Bu mərhələdə mən texniki təfərrüatlarla yanaşı, layihə idarəçiliyi və komanda liderliyi üzrə də ciddi təcrübə qazandım.

– Gənc yaşda böyük məsuliyyət daşımaq çətin olmurdu?

– Əlbəttə, amma məsuliyyət həm də ən yaxşı müəllimdir insan üçün. 2018-ci ildə mən bp tərəfindən Çinin Şanxay şəhərinə ezam edildim. “Greater Tortue Ahmeyim (GTA)” layihəsində üzən hasilat, saxlama və boşaltma qurğusunun (Floating Production Storage and Offloading) texnoloji modullarının tikinti prosesinə rəhbərlik etdim. Həmin vaxt 27 yaşım vardı. İşin həcmi və mürəkkəbliyi mənim həm texniki, həm də şəxsi baxımdan inkişafımda böyük rol oynadı. Modulların uğurla tamamlanması mənə daha böyük layihələrə rəhbərlik imkanı qazandırdı.

Layihələrdə çox vaxt məndən yaşca iki qat böyük mütəxəssislərlə işləyirəm. Onlara zarafatla deyirəm: “Sizin təcrübəniz + mənim enerjim - ideal balansdır”. 

– Çox ölkədə işləmək imkanınız olub. Bu təcrübələr sizə nə qazandırdı?

– GTA layihəsindən sonra bir il Londonda işlədim, daha sonra qısamüddətli ezamiyyətlərlə Avstraliyanın Melburn şəhərində və İndoneziyanın Batam adasında oldum. Orada sualtı konstruksiyaların tikintisinə nəzarət edirdim. Hər mədəniyyət fərqli iş üslubu və yanaşma gətirir. Mənə elə gəlir ki, beynəlxalq layihələrdə uğur qazanmaq üçün çevik düşünmək, müxtəlif insanlarla effektiv ünsiyyət qurmaq və mədəni fərqləri anlayaraq idarə etmək əsas şərtlərdəndir.

– Hazırda rəhbərlik etdiyiniz “Tangguh UCC” layihəsi haqqında ətraflı danışardınız.

– 2023-cü ildə bp-də keçirilmiş şəffaf seçim prosesindən sonra mən İndoneziyanın Qərbi Papua bölgəsində yerləşən Ubadari Karbon Tutulması və Saxlanılması layihəsinə (Ubadari Carbon Capture and Storage (UCC)) layihəsinin quru terminalına tikinti rəhbəri təyin edildim. Layihənin dəyəri 7 milyard dollardır və İndoneziya hökuməti tərəfindən milli strateji layihə statusu alıb.

Bu terminal modul əsaslı (modular) layihə kimi inşa olunur və burada həm modulların istehsalına, həm də Qərbi Papuada bütün tikinti və inteqrasiya proseslərinə mən rəhbərlik edirəm. Yəni, modulun dizaynından başlayaraq, onun istehsalı, sahəyə daşınması, meydançada bütün sistemlərin quraşdırılması və tam inteqrasiyası daxil olmaqla bütün mərhələlər birbaşa mənim məsuliyyətim altındadır.

Bu, karbonun tutulması, istifadəsi və saxlanması texnologiyalarını özündə birləşdirən və İndoneziya hökuməti tərəfindən milli strateji layihə kimi tanınan unikal layihədir. 

Bu layihədə mən yeganə azərbaycanlı mütəxəssisəm və bu həm böyük qürurdur, həm də üzərimdə daha çox məsuliyyət yaradır.

– Beynəlxalq mühitdə çalışmaq sizi hansı istiqamətlərdə formalaşdırdı?

– bp-də keçirdiyim on il ərzində müxtəlif ölkələrdən olan mütəxəssislərlə işləmək mənim üçün böyük təcrübə oldu. Şirkət əməkdaşlarının inkişafına həmişə böyük diqqət yetirir və bu, mənim peşəkar potensialımı tam reallaşdırmağıma imkan yaradıb. Bu illər ərzində ən vacib dərsim o oldu ki, məsuliyyət tam da yaşdan asılı deyil. Əgər işinə inanırsansa və əzmkarsansa, istənilən miqyasda nəticə əldə etmək mümkündür.

– Peşə fəaliyyətinizdə yadda qalan hadisələrdən biri varmı?

– Ən yaddaqalan anlardan biri 2018-ci ildə Xəzər Neft və Qaz sərgisində bp stendinə baxış zamanı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşüm oldu. Bu görüş mənim üçün həm motivasiya, həm də yeni məsuliyyət demək idi. Həmin andan etibarən özümə söz verdim ki, harada işləməyimdən asılı olmayaraq, Azərbaycanın adını layiqincə təmsil edəcəyəm.

– Gənc azərbaycanlı mütəxəssislərə nə məsləhət verərdiniz?

– İstedad sizi qapıya qədər aparır, amma nizam-intizam, öz üzərinizdə daimi işləmək bu qapını açır. Gənclik illərində özünüzü formalaşdırdığınız hər saat gələcək uğurların bünövrəsidir. Buna görə də, daim öyrənməkdən çəkinməsinlər. Texnologiya dəyişir, amma peşəkar dəyərlər - məsuliyyət, səmimiyyət və əməksevərlik - dəyişmir. Əgər məqsədiniz aydındırsa və öz gücünüzə inanırsınızsa, azərbaycanlı mütəxəssis dünyanın istənilən nöqtəsində lider ola bilər.









Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri