Icma.az
close
up
RU
Prezidentlə görüş idmançıların motivasiyasını və məsuliyyət hissini artırır

Prezidentlə görüş idmançıların motivasiyasını və məsuliyyət hissini artırır

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


30 ildir Prezidenti İlham Əliyevin ilin sonunda idman ictimaiyyəti ilə görüşü, uğur qazanan idmançıların mükafatlandırılması yalnız idman hadisəsi deyil, dövlət siyasətinin mühüm tərkib hissəsidir. Belə ki, bu, ilk növbədə dövlətin idmana verdiyi siyasi və mənəvi dəstəyin nümayişidir. Ali rəhbərlik səviyyəsində idmançılarla birbaşa görüş idmanın dövlət üçün prioritet sahə olduğunu təsdiqləyir. Gənclərə dövlətin zəhməti və uğuru qiymətləndirdiyi mesajını verir, bu, idmançıların motivasiyasını və məsuliyyət hissini artırır. Belə görüşlər eyni zamanda uzunmüddətli strategiyaların reallaşmasını sürətləndirir. Cənab Prezident budəfəki görüşdə də vacib mesajlar verdi.
Təsadüfi deyil ki, bu il də Azərbaycan idmanı üçün uğurlu il kimi yadda qaldı. Belə ki, bu il də qalib ölkənin təmsilçiləri kimi idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Dövlət başçımızın da söylədiyi kimi, idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır. Ölkəmiz eyni zamanda beynəlxalq idman yarışlarına ev sahibliyini də uğurla davam etdirib. Belə ki, bu il MDB ölkələrinin üçüncü Oyunları, eyni zamanda ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir məhz Azərbaycanda keçirildi. Həmçinin yarım milyard auditoriyası olan Formula 1 yarışları da Bakının təqdimatında böyük maraqla qarşılanıb. Təsadüfi deyil ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artıb.
Azərbaycan həm də Xizək üzrə Dünya Kubokuna ev sahibliyinə hazırlaşır. Beləliklə, ölkəmiz beynəlxalq xizək idmanının cədvəlinə düşür.
Bütün bunlar ölkəmizin imici, idman potensialının bütün dünyaya nümayişi baxımından faydalıdır.
Təkmil, beynəlxalq standartlara cavab verən infrastrukturun qurulması da idmanın inkişafına töhfə verir. Bu il Gəncədə və Yevlaxda Olimpiya İdman komplekslərinin tikintisi başa çatıb və beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb. İdmanın inkişafı həm də sağlam gənc nəslin formalaşması deməkdir. Dövlət başçımızın da söylədiyi kimi, sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır.
İlin ən vacib idman hadisələrindən biri də Bakının “Dünyanın İdman Paytaxtı” seçilməsidir. Ümumiyyətlə, şəhərlərin “idman paytaxtı” seçilməsi təkcə idman sahəsinə aid simvolik qərar deyil, iqtisadi, sosial, mədəni və strateji əhəmiyyətə malik hadisədir. Bu status şəhərin və ölkənin inkişafına çoxşaxəli təsir göstərir. Eyni zamanda, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir.
Bütün bu uğurların kökündə dövlət dəstəyi, eyni zamanda idmanı vətənə xidmət forması kimi təqdim etmək dayanır. Bu, xüsusilə gənclər arasında vətənpərvərlik ruhunun möhkəmlənməsinə xidmət edir.
Ruhiyyə Mehdiyeva
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 Dekabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri