Icma.az
close
up
RU
“Prezidentlər arasında görüş iki ölkə münasibətlərini normallaşdıracaq” Elçin Mirzəbəyli

“Prezidentlər arasında görüş iki ölkə münasibətlərini normallaşdıracaq” Elçin Mirzəbəyli

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan prezidenti cənab İlham Əliyev və Vladimir Putin arasında dialoqun baş tutması önəmli hadisədir. Rusiya prezidentinin çıxışında Azərbaycanın gözlədiyi bir sıra məqamlar, xüsusilə təyyarənin vurulması ilə bağlı fikirlər səsləndirildi”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, burada bir neçə aspektə diqqət yetirmək lazımdır:

“Rusiyanın üzr istəməsi ictimaiyyət qarşısında faktiki olaraq üzr istənildiyini vurğulayır. Təyyarənin vurulması faktı mövcuddur, lakin yanaşma tərzində fərq var – birbaşa təyyarənin vurulmadığı bildirilir. Bununla belə, Azərbaycan daha əvvəl təyyarənin qəstdən vurulmadığını bəyan etmişdi”.

Deputat qeyd edib ki, hədəf seçimi fərqli olsa da, mülkü təyyarənin havada olduğu zaman xalça əməliyyatının tətbiqi və hava məkanının bağlanması yol verilməzdir.

“Bu baxımdan, Rusiya prezidenti günahkarların cəzalandırılacağını bildirib.

Digər tərəfdən, Azərbaycanın irəli sürdüyü haqlı tələb kompensasiyaların ödənilməsi məsələsi də diqqət mərkəzindədir. Üzr istənilməsi, günahkarların cəzalandırılması və kompensasiya ödənilməsi Azərbaycanın haqlı və prinsipial mövqeyinin qarşı tərəf tərəfindən nəzərə alındığını göstərir.

Nəticə olaraq, bu dialoq iki ölkə arasındakı münasibətlərin normallaşması və ənənəvi formada davam etdirilməsi üçün geniş imkanlar yaradacaq“-deyə o əlavə edib.

Şəbnəm 

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Oktyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri