Icma.az
close
up
RU
Prezidentlərin görüşü qardaşımın azad olunacağına ümidləri artırıb

Prezidentlərin görüşü qardaşımın azad olunacağına ümidləri artırıb

Icma.az, Modern.az saytına istinadən bildirir.

“Bu il iyunun 27-də Yekaterinburqda yerli güc strukturlarının əsassız və zorakı bir şəkildə evindən aparıb həbs etdikləri qardaşım Səfərov Bakir Mehdi oğlu hələ də qanunsuz olaraq təcridxanada saxlanılır. Doğma qardaşları Hüseyn və Ziyəddin Səfərovların Rusiya güc strukturları tərəfindən işgəncə verilərək qətlə yetirilməsi, özünün də aylardan bəri davam edən böyük haqsızlıq, ciddi qanunsuzluqla üzləşməsi Bakir müəllimin mənəvi-psixoloji durumuna ağır zərbələr vurub. Eyni zamanda bütün bunlar 62 yaşlı Bakir müəllimin fiziki sağlamlığını da sarsıdıb”.
Bu fikirləri Modern.az-a tanınmış ədəbiyyatşünas və publisist, “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli (Səfərov) bildirib. O deyib ki, qardaşı Bakir Səfərov səhhətindəki problemlərlə əlaqədar indiyədək yalnız təcridxana şəraitinə xas dərəcədə yetərsiz, simptomatik tibbi dəstək ala bilib:
“Halbuki yüksək qan təzyiqi, onurğa ağrıları və saxlandığı çətin şəraitdən də qaynaqlanan digər sağlamlıq problemləri ilə əlaqədar onun geniş ixtisaslı müayinə və müntəzəm müalicə alması həyati zərurətdir”.  

S.Hüseynli qeyd edib ki, bu müddətdə qardaşı ilə yalnız vəkili vasitəsilə, bəzən qısa məktublarla əlaqə saxlamaq mümkün olub. Ailə üzvləri ilə görüşünə, doğmaları ilə ünsiyyətinə icazə verilməyib:
“İstintaqın gedişi, əldə olan təhqiqat materialları barədə vəkilindən aldığımız çox məhdud məlumat da göstərir ki, qardaşım Bakir Səfərovun tutulması bütünlüklə əsassızdır və bir neçə cəhətdən qərəzli münasibətin nəticəsidir. Onun indiyədək təcridxanada saxlanılması tamamən qanunsuz və ədalətsiz haldır. Bildiyimiz qədərilə, istintaq zamanı zərərçəkmiş və şahid kimi qəbul edilənlər də öz ifadələrində Bakir Səfərovun araşdırılan işlərlə, ələlxüsus kriminallıqla heç bir bağlılığı olmadığını, onu əsl ziyalı, yüksək əxlaqa, dürüst və təmkinli mövqeyə malik, örnək sayılacaq insan kimi tanıdıqlarını vurğulayıblar.

Bakir müəllimin nümunəvi həyat yoluna, yüksək şəxsi keyfiyyətlərinə, ali təhsilli rus dili və ədəbiyyatı müəllimi olaraq çoxillik səmərəli pedaqoji fəaliyyətinə dair sənədlər, həmçinin yaxından tanıyan insanların, yerli qurumların onun haqqında zəmanət xarakterli müraciətləri də müvafiq qaydada istintaq orqanlarına təqdim edilib”.

S.Hüseynlinin bildirdiyinə görə, qardaşı Bakir Səfərovun, eləcə də iyunun 27-də Yekaterinburqda tutulan digər soydaşlarımızdan ibarət qrupun yaxın günlərdə növbəti məhkəmə prosesinin keçiriləcəyi gözlənilir:
“Rusiya güc strukturlarının qəddarlıqla, çox ciddi hüquqpozmalarla törətdikləri bu hadisənin Azərbaycan dövlətinə və xalqına qarşı qatı qəsd-qərəzin amansız göstəricisi olaraq siyasi-milli motiv daşıdığı aydındır. Azərbaycan dövlətinin ali rəhbərliyi, hər zaman olduğu kimi, bu hadisə ilə də bağlı elə ilk saatlardan son dərəcə qətiyyətli, prinsipial mövqe tutdu. Orada zülmə məruz qalan soydaşlarımızın həyatının və hüquqlarının müdafiəsi üçün operativ, məqsədyönlü və effektiv addımlar atıldı. Qətlə yetirilmiş qardaşlarım Hüseyn və Ziyəddin Səfərovların cənazəsinin oradakı qurumlardan alınaraq vətənə gətirilməsi, cənazələrin qarşılanması və dəfni həm dövlətimizin adına, həm də xalqımızın adət-ənənəsinə uyğun şəkildə təşkil edildi. Onların ailə üzvləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük diqqət və qayğısı ilə əhatə olundu. Eləcə də digər dövlət qurumlarının təmsilçiləri, media və ictimaiyyət nümayəndələri, xalqımızın təəssübkeş övladları bu ailələrə münasibətdə həssaslıq, qayğıkeşlik göstərdilər”.
S.Hüseynli vurğulayıb ki, Azərbaycan rəhbərinin vətəndaşlarımızın və soydaşlarımızın hüquqlarını qorumaq naminə ardıcıl siyasəti son günlər yenə də öz müsbət nəticələrini verməkdədir. Rusiya tərəfindən münasibətləri normallaşdırmaq üçün göstərilən israrlı cəhdlər, rəsmi Moskvanın Azərbaycanla əlaqələri normallaşdırmaq yolunda israrlı təşəbbüs və addımları bunun aşkar təzahürləridir. İki dövlət başçısının oktyabrın 9-da Düşənbədə keçirilən görüşü, qurulan konstruktiv təmas və aparılan faydalı müzakirələr Rusiyada zülm və haqsılığa məruz qalan azərbaycanlıların taleyi, hüquqlarını təmini baxımından da yüksək əhəmiyyətə malik siyasi təmasdır.

S.Hüseynlinin fikrincə, cənab İlham Əliyevlə görüşdə Putinin təyyarəmizin qəzaya uğradılmasına görə ətraflı hesabat verərək bir daha üzr istəməsi əslində son zamanlar Rusiyada azərbaycanlılara qarşı törədilmiş digər amansız, qanunsuz əməllərlə də bağlı etiraf və üzrxahlıq cəhdi hesab edilə bilər:
“Səfərovlar ailəsi olaraq qəlbən inanırıq ki, Azərbaycan dövlətinin ali rəhbərliyi qardaşım Bakir Səfərovun ən tez zamanda ədalətli məhkəmə yolu ilə azadlığa buraxılması naminə öz prinsipial mövqeyini bir dPreaha nümayiş etdirəcək. Bunun hüquqi-qanuni zəmində gerçəkləşdirilərək haqq-ədalətin bərpası üçün Rusiya tərəfinin yubanmadan gərəkli addımları atmasına nail olacaq. Dövlətimizin diqqəti və ardıcıl tədbirləri sayəsində Rusiyanın müvafiq qurumları tərəfindən Hüseyn və Ziyəddin Səfərovların qətlinin obyektiv araşdırılaraq səbəbkarların cəzalandırılacağına, onların ailələrinə üzrxahlıq bildirilərək maddi-mənəvi təzminat ödənilməsinin təmin olunacağına da ümidlərimiz böyükdür. Həmçinin orada tutulan digər soydaşlarımızın da məsələsinə ədalətlə baxılmasının, hüquqlarının bərpasının Azərbaycan dövlətinin davamlı diqqətində qalmasını təmənna edirik və belə də olacağına ümidvarıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Oktyabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see247

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see206

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see200

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see155

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see149

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see148

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see146

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see140

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see136

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see133

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see133

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24 Noyabr 2025 21:12see129

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see128

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see127

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see127

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see123

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see123

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri