Icma.az
close
up
RU
Prezidentlərin görüşü Türk dünyasının həmrəyliyini artırır ŞƏRH EDİLDİ

Prezidentlərin görüşü Türk dünyasının həmrəyliyini artırır ŞƏRH EDİLDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qazaxıstana dövlət səfəri müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, bu səfər iki qardaş ölkə arasında Strateji Tərəfdaşlıq və Müttəfiqlik münasibətləri haqqında müqavilənin 20-ci ildönümündə baş tutdu və bu da rəmzi xarakter daşıyırdı. Hərçənd diplomatik münasibətlər 1992-ci ildən qurulub, Azərbaycan və Qazaxıstan xalqları arasında əsrlər boyu davam edən qardaşlıq və dostluq əlaqələri mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ məsələsində ədalətli mövqeyinə ilk dəstək verən ölkələrdən biri də məhz Qazaxıstan olub. Bu ölkə müxtəlif vaxtlarda danışıqlarda vasitəçi kimi çıxış edib, bəzən mərkəzçi mövqe nümayiş etdirib. Qazax ziyalısı Oljas Süleymanovun 1990-cı ildə SSRİ Ali Sovetində Azərbaycanın haqq səsini müdafiə etməsi hələ də xalqımızın yaddaşındadır. Müstəqillik illərində münasibətlərimizin möhkəmlənməsində həm keçmiş, həm də hazırkı liderlərin mühüm rolu olub. Səfər zamanı Prezident İlham Əliyevin Astana hava limanında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən şəxsən qarşılanması və yola salınması iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirdi.

Qazaxıstan və Azərbaycanı birləşdirən Xəzər dənizi həm coğrafi, həm də iqtisadi baxımdan körpü rolunu oynayır. Bu körpülərin möhkəmləndirilməsi istiqamətində atılan addımlar regional və qlobal əhəmiyyət daşıyır. Səfər zamanı Orta Dəhlizin inkişafı ilə bağlı layihə təqdim olundu. Prezident İlham Əliyev bəyan etdi ki, Zəngəzur dəhlizinin Azərbaycan hissəsi 2026-cı ilin ortalarına qədər tamamlanacaq. Bu dəhliz təkcə Azərbaycan və Qazaxıstan üçün deyil, bütövlükdə Türk dünyası və beynəlxalq logistika şəbəkəsi üçün strateji əhəmiyyət daşıyır. Eyni zamanda, Çinlə ticarət dövriyyəsinin üç dəfə artırılması və 2030-cu ilə qədər bu həcmin 10 milyon tona çatdırılması planlaşdırılır. Bu məqsədə çatmaq üçün trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin səmərəli fəaliyyəti vacib amildir.

Qazaxıstanın azad olunmuş ərazilərdə, xüsusilə Füzuli şəhərində öz vəsaiti hesabına uşaq yaradıcılıq mərkəzi inşa etməsi qardaşlığın real təzahürüdür. Prezident İlham Əliyev bu nəcib təşəbbüsə görə minnətdarlığını bildirib. Səfər çərçivəsində imzalanan sənədlər – əməkdaşlıq sazişləri, anlaşma memorandumları və süni intellekt, dövlət qurumları arasında təcrübə mübadiləsi kimi sahələri əhatə edən razılaşmalar yeni əməkdaşlıq imkanlarını açır.

Azərbaycan və Qazaxıstan həm də Türk Dövlətləri Təşkilatında üzv ölkələr kimi birgə fəaliyyət göstərir. Qazaxıstanın geosiyasi mövqeyi, enerji resursları və insan potensialı bu birliyin gələcəyinə mühüm töhfə verir. Sülh, rifah və təhlükəsizlik istiqamətində birgə güc nümayiş etdirmək üçün bu əlaqələrdən maksimum istifadə olunmalıdır. Prezidentlərin səfər zamanı verdiyi mesajlar və imzalanan sənədlər regionda sabitliyin və inkişafın təminatçısı ola bilər. Bu səfər sadəcə dövlət başçısının rəsmi səfəri deyil, həm də Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində atılmış mühüm addım kimi tarixə düşür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Oktyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri