Icma.az
close
up
RU
Prezidentliyə başlayan Esprielyaya 1 milyard dollar veriləcək

Prezidentliyə başlayan Esprielyaya 1 milyard dollar veriləcək

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

ABŞ Kolumbiyanın yeni Prezidenti Abelardo de la Esprielyanın administrasiyasını dəstəkləmək məqsədilə 1 milyard dollar vəsait ayıracaq.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqreslə əməkdaşlıq çərçivəsində Kolumbiyanın yeni rəhbərliyinə təhlükəsizlik sahəsində yardım paketi olaraq 1 milyard dollar ayrıldığını elan etmək niyyətindədir. Məlumata görə, bu vəsait Qərb yarımkürəsində mütəşəkkil cinayətkarlıq və narkotik ticarətinə qarşı ABŞ ilə birgə mübarizəyə yönəldiləcək. Bununla yanaşı, pulun bir hissəsinin iqtisadi layihələrin inkişafına, ticarətə və kritik mineralların hasilatına sərf edilməsi nəzərdə tutulur.

Bundan başqa, Kolumbiyanın yeni dövlət başçısı Abelardo de la Esprielya ABŞ-nin təşəbbüsü ilə yaradılan "Amerika Qalxanı" alyansına qatılacaqlarını açıqlayıb.

"Mənim ilk hökumət aktlarımdan biri qüvvələri birləşdirməyə, strateji məlumatları mübadilə etməyə və milli, eləcə də regional təhlükəsizliyə təsir edən təhdidlər qarşısında azad ölkələrin birgə fəaliyyətini gücləndirməyə imkan verəcək "Amerika Qalxanı" təşəbbüsünə [qoşulma aktını] imzalamaq olacaq", - deyə avqustun 7-də keçirilən andiçmə mərasimindən sonra dövlət başçısı kimi ilk çıxışında deyib.

Prezident bu qərarını Kolumbiyanın da digər dövlətlər kimi qlobal səviyyədə fəaliyyət göstərən cinayətkar strukturlara qarşı təkbaşına qalib gələ bilməməsi ilə izah edib.

De la Esprielya, həmçinin vurğulayıb ki, onun rəhbərlik etdiyi hökumət qarşılıqlı hörmət əsasında dünyanın bütün ölkələri ilə əlaqələri inkişaf etdirəcək.

"Biz mövcud azad ticarət müqavilələrini daha da gücləndirəcək və yeni sazişlərin bağlanmasını təşviq edəcəyik", - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Avqust 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri