Icma.az
close
up
RU
Prime Cotton Beynəlxalq Uğurlarını Genişləndirir

Prime Cotton Beynəlxalq Uğurlarını Genişləndirir

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Azərbaycanın pambıq və tekstil sənayesinin aparıcı şirkətlərindən biri olan Prime Cotton, beynəlxalq keyfiyyət və məsuliyyət standartlarına uyğunluğunu bir daha təsdiqlədi. Şirkət məhsullarının OEKO-TEX® Standard 100 – Product Class I (Baby Articles) sertifikatı ilə təsdiqləndiyini elan edib.

Bu nüfuzlu sertifikat Prime Cotton-un istehsal etdiyi ipliklərin uşaqlar və allergiyaya həssas insanlar üçün belə tam təhlükəsiz olduğunu sübut etməklə yanaşı, məhsulların ən yüksək beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına cavab verdiyini təsdiqləyir. Şirkətin bu uğuru həm də Azərbaycanın pambıq sənayesinin qlobal arenada artan nüfuzunu göstərir.

Prime Cotton-un beynəlxalq təşkilatlardan əldə etdiyi uğurlar bununla bitmir. Şirkət artıq Sedex- in Supplier Plus üzvü kimi qlobal təchizat zəncirində sosial, etik və ekoloji məsuliyyət prinsiplərinə əməl etdiyini rəsmi şəkildə təsdiqləyib. Eyni zamanda, Beynəlxalq Pambıq Assosiasiyası (ICA) üzvlüyü şirkətə beynəlxalq pambıq ticarətində etibarlılıq və şəffaflıq prinsiplərinə sadiqliyini nümayiş etdirmək imkanı verib.

Bundan əlavə, Prime Cotton, Cascale tərəfindən həyata keçirilən Higg FEM Self-Assessment mərhələsini uğurla tamamlayaraq Higg Index sertifikatı əldə edib. Bu qiymətləndirmə, müəssisənin ekoloji və sosial dayanıqlılıq göstəricilərini beynəlxalq səviyyədə ölçdüyünü və inkişaf etdirdiyini təsdiqləyir.

Hazırda Prime Cotton, həmçinin Better Cotton Initiative (BCI) çərçivəsində sertifikatlaşdırma prosesinə də start verib. Bununla yanaşı, şirkət NOP, GOTS, ISO 9001, ISO 14001 və ISO 45001 kimi beynəlxalq sertifikatların alınması istiqamətində də fəal hazırlıq aparır. Bu addımlar Prime Cotton-un yalnız keyfiyyətli məhsul istehsalına deyil, həm də dayanıqlı inkişaf, ətraf mühitin qorunması və əmək təhlükəsizliyi prinsiplərinə sadiqliyini göstərir.

Prime Cotton-un Baş İcraçı direktoru Rövşən Mahmudov açıqlamasında bildirib:

“Bizim üçün keyfiyyət sadəcə bir vəd deyil – istehsalın hər mərhələsində yaşayan prinsipdir.
OEKO-TEX® sertifikatının əldə olunması, Sedex və ICA üzvlüyü, həmçinin BCI və digər beynəlxalq standartlara yönəlmiş fəaliyyətlərimiz, şirkətimizin qlobal bazarda etibarlılıq və məsuliyyət dəyərlərinə bağlılığını nümayiş etdirir.

Bununla yanaşı, biz beynəlxalq tərəfdaşımız Geodentify ilə birlikdə pambığın mənşəyinin və təchizat zəncirinin elmi əsaslarla izlənə biləcəyi sistemin yaradılması istiqamətində mühüm layihəyə başlamışıq. Bu sistem vasitəsilə hər bir fermer təsərrüfatının pambığında unikal izotop və element “imzası” müəyyən ediləcək, bu da məhsulun mənşəyinin elmi şəkildə təsdiqlənməsini təmin edəcək.
Geodentify-nin qabaqcıl SIRA və TEA analizlərinə əsaslanan bu proqram Prime Cotton-un “dirt-to-shirt” konsepsiyasını daha da möhkəmləndirərək şirkətə beynəlxalq bazarlarda şəffaflıq, etibarlılıq və rəqabət üstünlüyü qazandıracaq.”

Qeyd edək ki, "Prime Cotton" MMC — 30 illik təcrübəyə malik, pambıqçılıq sahəsində Azərbaycanın aparıcı şirkətidir. "GP Cotton Holdings"in tərkibinə daxil olan "Prime

Cotton", pambıq istehsalı ilə yanaşı mahlıc, iplik, pambıq yağı və pambıq jmıxı istehsalı ilə də məşğuldur. Şirkət müasir texnologiyalar, davamlı istehsal zənciri və keyfiyyətə əsaslanan yanaşması ilə yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı məhsullar təqdim edir.

[email protected] (+994 55) 515 01 01

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Oktyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri