Icma.az
close
up
RU
DİM beynəlxalq əlaqələrini genişləndirir

DİM beynəlxalq əlaqələrini genişləndirir

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 11 avqust AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) İtaliyanın təlim və sertifikatlaşdırma sahəsində fəaliyyət göstərən SSML ICOTEA – HUB4Minds təşkilatının prezidenti professor Tommaso Barone ilə görüş keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, İdarə Heyətinin sədri Məleykə Abbaszadənin iştirakı ilə keçirilən görüşdə qiymətləndirmə və sertifikatlaşdırma sahəsində əməkdaşlıq imkanları, peşəkar və linqvistik bacarıqların qiymətləndirilməsi, müasir texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin öyrənilməsi məsələləri müzakirə edilib.

Görüşdə SSML ICOTEA – HUB4Minds təşkilatının peşəkar hazırlıq, təlim və sertifikatlaşdırma sahəsində fəaliyyəti barədə məlumat verilib. Qeyd olunub ki, təşkilat müxtəlif peşə istiqamətləri üzrə təlim proqramları təşkil edir, iştirakçıların bilik və bacarıqlarını imtahanlar vasitəsilə qiymətləndirir və beynəlxalq səviyyədə tanınan sertifikatlar təqdim edir. Həmin sertifikatlar İtaliya və Avropa İttifaqına üzv ölkələrdə tanınır və müvafiq peşə istiqamətləri üzrə fəaliyyət üçün istifadə olunur.

Tərəflər bu təcrübənin Azərbaycanda tətbiqi, müxtəlif peşə və bacarıqlar üzrə təlim–imtahan–sertifikatlaşdırma modelinin inkişaf etdirilməsi, eləcə də beynəlxalq standartlara uyğun qiymətləndirmə mexanizmlərinin yaradılması imkanları barədə fikir mübadiləsi aparıblar. Görüşdə qiymətləndirmə və sertifikatlaşdırma proseslərində müasir texnoloji həllərin tətbiqinin, bu sahədə şəffaflığın və səmərəliliyin artırılmasının, həmçinin peşəkar bacarıqların obyektiv qiymətləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində DİM ilə SSML ICOTEA – HUB4Minds arasında gələcək əməkdaşlığın əsas istiqamətləri də nəzərdən keçirilib. Müzakirələr bacarıqların qiymətləndirilməsi, beynəlxalq səviyyədə tanınan sertifikatlaşdırma mexanizmlərinin tətbiqi, qiymətləndirmə alətləri və texnoloji platformaların inteqrasiyası, habelə təcrübə və ekspert mübadiləsini əhatə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Avqust 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri