Icma.az
close
up
RU
Priqojinin oğlu ilə bağlı ŞOK İDDİA yayıldı KONKRET

Priqojinin oğlu ilə bağlı ŞOK İDDİA yayıldı KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Vaqner” özəl hərbi şirkətinin keçmiş muzdluları Mərkəzi Afrika Respublikasında genişmiqyaslı narkotik şəbəkəsi yaradıblar.

KONKRET.az  xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, artıq nə Kremlə, nə də yerli hüquq-mühafizə orqanlarına tabe olan bu qruplaşmaya Yevgeni Priqojinin oğlu Pavel Priqojin rəhbərlik edir.

Bildirilir ki, onların əsas gəlir mənbəyi yüksək dozalı tramadol preparatının qanunsuz dövriyyəsidir. Tibbdə ağrıkəsici kimi istifadə olunan bu opioid preparatı yüksək dozada stimulant təsiri göstərdiyi üçün bölgədə “kasıbların kokaini” kimi tanınır.

Tibbi məqsədlər üçün adətən 50-100 mq dozada istifadə olunan tramadolun əvəzinə keçmiş “Vaqner” strukturları 200 mq və daha yüksək dozalı həblərin satışını təşkil edirlər.

Qonşu ölkələrə tramadol qaçaqmalçılığı qruplaşmaya qanunsuz ağac və qızıl ticarətini də genişləndirməyə imkan verib.

“Africa Center for Strategic Studies” analitik mərkəzinin araşdırmasına görə, Priqojinin keçmiş strukturları faktiki olaraq Mərkəzi Afrika Respublikasının təhlükəsizlik sisteminə nüfuz edib, ölkə ordusunda və yerli silahlı dəstələrdə ciddi təsir imkanları əldə ediblər.

WSJ-yə danışan və hazırda Avropada yaşayan keçmiş “Vaqner” muzdlusunun sözlərinə görə, rus muzdluları tramadolu hətta prezident qvardiyasının hərbçilərinə və paytaxt Banqidə müxalifət tərəfdarlarına qarşı zorakılıqlarda iştirak edən “Sharks” adlı gənclər dəstəsinə də çatdırırlar.

Qəzetin yazdığına görə, ekspertlər keçmiş “Vaqner” döyüşçülərinin təsir dairəsinin gələcəkdə qonşu Sudana da yayıla biləcəyindən narahatdırlar.\\musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 İyul 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri