Icma.az
close
up
RU
Menu

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

Qarpız zəhərlənməsi: “Bu il...”

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

Qarpızı hansı aylara qədər yemək məsləhətdir?

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

MEDİA nın qərarı söz azadlığına qarşı deyil, milli qanunvericiliyin tətbiqinin nümunəsidir

Rubrika: Tibbdə yenilik

Ronaldo kino dünyasında: Qeyri adi təklifi qəbul etdi...

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

Emin Əmrullayevlə bağlı ŞOK İDDİA KONKRET

Emin Əmrullayevlə bağlı ŞOK İDDİA KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təxminən bir il öncə nazirlik tərəfindən məktəb direktorlarının işə qəbulu ilə bağlı müsabiqə elan olunmuşdur. Nazirliyin açıqladığı qaydalara əsasən, müsabiqə üç mərhələdən ibarət idi:

Yazılı imtahan

Esse mərhələsi

Müsahibə

Mövcud qaydalara görə, müsabiqə prosesi maksimum 6 ay ərzində yekunlaşmalı idi. Lakin artıq 6 aydan uzun bir vaxt keçməsinə baxmayaraq, müsabiqənin yekun nəticələri hələ də açıqlanmayıb.

Müsabiqənin nəticəsi elan edilmədiyi halda, nazirlik tərəfindən 10 noyabr tarixinə qədər direktorların işə qəbulu üçün imtahansız müraciət pəncərəsi açıldığı barədə açıqlama verilib. Bu qərar imtahanın bütün mərhələlərini uğurla keçmiş yüzlərlə müəllim arasında ciddi narazılıq yaradıb. Digər yandan nazirliyin sanki özlərinə yaxın adamlar üçün imtahansız şərait yaratması barədə iddialar səslənir.

Direktorların işə qəbulu ilə bağlı bir il əvvəl elan edilən müsabiqənin nəticələri nə üçün hələ də açıqlanmayıb?

Müsabiqənin nəticələri açıqlanmamışkən, direktorların işə imtahansız qəbuluna dair yeni qərarın verilməsi hansı qanunvericilik bazasına əsaslanır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən məktəbşünas, təhsil qanunvericiliyi üzrə ekspert və direktorların və müavinlərin işə qəbulu üzrə hazırlığı həyata keçirən Elşən Qafarov suallarımızı cavablayıb:

“Bildiyiniz kimi, son 4-5 ildə biz Elm və Təhsil Nazirliyini “imtahan mərkəzi” kimi tanımaqdayıq. Təkcə elm sektorunda 190-a yaxın imtahan keçirilir. Direktorların işə qəbulu da onlardan biridir. İndiyə qədər belə idi ki, şagird sayı 150-qədər olan məktəblər üçün direktorun işə qəbulu bir keçirilirdi. Şagird sayı 150-dən 500-ə qədər olanlar üçün bir keçirilirdi. Şagird sayı 500-dən yuxarı olan məktəblər üçün bir keçirilirdi. Bunların hər biri fərqli formatda idi. Şagird sayı 150-qədər olan məktəblər üçün guya müsahibə yolu ilə keçirilirdi. 150-500 saya, görə test yolu və müsahibə mərhələsi ilə, 500-dən yuxarı olan məktəblər üçün isə test, esse, müsahibə mərhələsi baş tuturdu. Bu proses aylarla davam edirdi. Bəzən müsabiqənin keçirilməsi 1 ildən növbəti ilə keçirdi. 2024-cü ilin oktyabr ayından onlarla, yüzlərlə namizədin şəxsi mesaj qutusuna bildiriş belə gəlmişdi ki, “müsabiqədə uğur qazandınız, tezliklə təyinat alacaqsınız”. O cümlədən də 2025-ci ildə bu proses davam etdi. 2024-cü ilin dekabr ayında şagird sayı 500-dən yuxarı olan məktəblər üçün müsahibə, yanvarda esse müsabiqəsi keçirildi. Həmin esse müsabiqəsinin nəticələri səhv etmirəmsə, sentyabr ayında açıqlandı. Daha sonra isə müsahibə keçirildi. Bunun nəticələri elan olunmamış, imtahan qaydaları dəyişdirildi. Bu prosesin qeyri-şəffaf olmasının açıq göstəricisidir. İndi də yeni qaydalara görə, məktəb direktorlarının işə qəbulu 2 formadadır. Şagird sayı 500-dən az olan məktəblər üçün bir keçirilir. Şagird sayı 500-dən yuxarı olan məktəblər üçün isə bir keçirilir. Guya müsahibə formasındadır. Sənəd verən şəxslərin də böyük əksəriyyətinə imtina gəlib ki, “sənədləri sistemə düzgün yerləşdirməmisiniz”. Hansı ki, birinə deyirlər “əmək kitabçası düzgün yerləşdirilməyib”, digərinə deyirlər “diplomu düzgün yerləşdirmədin”. Bu, sadəcə olaraq gülüncdür. Elm və Təhsil Nazirliyi bilməlidir ki, elektron hökumət haqqında Azərbaycan Respublikasının qanununa görə, o sənədlər ki, elektron hökumət sistemlərindən əldə etmək mümkündür, bunu artıq şəxsən təqdim etməyə bərabər tutulur. Əmək Məcəlləsinin 48-ci maddəsinin 5-ci hissəsində açıq şəkildə göstərilir ki, bir işçini işə qəbul etmək istəyirsənsə, əgər, elektron hökumət sistemlərində o sənədlər varsa, onu əyani şəkildə tələb edə bilməzsən. Reallıq ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyinin başı imtahan oyunlarına qarışıb. Hər regionun, özünün tədris işləri üzrə direktor müavinlərinin də öz imtahanı var. Hər regionun, özünün 12 regional idarə var və NMR isə 13-cü və ayrı regionaldır. Bir də Bakı şəhər Təhsil İdarəsidir. 14 yerli təhsil idarəetmə orqanı var. Hər birində tədris üzrə müavinin imtahanı ayrı, təşkilatçı müavinin imtahanı ayrı, təsərrüfat üzrə müavinlərin imtahanı ayrı, psixoloqun imtahanı ayrı, kitabxanaçının imtahanı ayrı, laborantın imtahanı ayrıdır. Bunların da hər biri iki mərhələdən ibarətdir. Nəticə etibarilə görün nə qədər rəqəmlər alınır. O cümlədən də direktorların işə qəbulu… Həmçinin, lisey və gimnaziyalara uşaqların qəbulu, müasir metodistlərin işə qəbulu… Elm və Təhsil Nazirliyinin vəzifəsi ölkədə elm və təhsil siyasətini həyata keçirməkdir. İmtahanları həyata keçirmək üçün Dövlət İmtahan Mərkəzi var. Mən düşünürəm ki, ümumiyyətlə Elm və Təhsil Nazirini bu imtahan xəstəliyindən azad etmək üçün birmənalı şəkildə onun imtahan keçirməsi qadağan edilməlidir. Ali rəhbərlik səviyyəsində deyilməlidir ki, Elm və Təhsil Nazirliyinin əsasnaməsi var. Ölkə prezidenti 24 iyul 2023-cü ildə təsdiq edib. Açıq şəkildə orada göstərilir ki, Elm və Təhsil Nazirliyinin vəzifələri hansılardır. Onun imtahan keçirmək vəzifəsi yoxdur. Nazirə bildirmək lazımdır ki, qoy, imtahanlarla Dövlət İmtahan Mərkəzi məşğul olsun. Siz də gedin ölkənin Elm və Təhsil siyasəti ilə məşğul olun. Bu gün təhsil müəssisələrindəki problemlər göz qabağındadır. Çox təəssüf ki, təhsil müəssisələrində sistem dağılıb. Psixoloji iş yox səviyyəsindədir. Ölkənin təhsil büdcəsi yalnız təlimlərə, layihələrə xərclənir. Bu yaxınlarda Elm və Təhsil Nazirliyinin xətti ilə İsrail dövlətinə 50 müəllim, direktor və s. göndərilmişdi. 19 günə 500 min manat pul xərclənib onlara. 500 min manat dövlət büdcəsinin orta hesabla hər bir şəxsə 10 min manat pul xərclənib. Dövlət büdcəsini bu şəkildə boş və mənasız yerə xərcləmək düzgün deyil. Gəlin, onların qiymətləndirilməsini aparsınlar görək, təlim onlara nə verib. Ölkənin təhsil büdcəsi dağıdılır. İmtahanlara da büdcədən nə qədər pul xərclənir. Hər bir imtahan namizədinə150 manatdan, o cümlədən, sertifikasiya məsələlərinə görə 120 manatdan yuxarı pul xərclənir. İmtahanlar da bərbad şəkildədir. Elə bir imtahan yoxdur ki, orada bu və ya başqa formada problem olmasın. Artıq insanların bu imtahanlara inamı itib. Baxmayaraq ki, sənəd verənlərin sayı çoxdur. Bəlkə də fikirləşirlər ki, bu dəfə fərqli olar. Amma şəffaf olacağına artıq inam yoxdur. Bunlar heç bir qanunvericilik aktına sığmır”.

Dəniz Pənahova.
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Noyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see314

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see296

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see268

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see260

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see251

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see237

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see215

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

28 İyul 2026 09:05see208

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see206

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see197

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

28 İyul 2026 15:58see197

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

28 İyul 2026 20:09see174

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see171

Qarpızı hansı aylara qədər yemək məsləhətdir?

28 İyul 2026 02:02see167

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see161

MEDİA nın qərarı söz azadlığına qarşı deyil, milli qanunvericiliyin tətbiqinin nümunəsidir

28 İyul 2026 12:23see160

Rubrika: Tibbdə yenilik

28 İyul 2026 12:10see159

Ronaldo kino dünyasında: Qeyri adi təklifi qəbul etdi...

28 İyul 2026 01:38see157

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

29 İyul 2026 13:16see152

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

29 İyul 2026 05:59see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri