Icma.az
close
up
RU
Problem yalnız Ermənistan tərəfindən yaradılır RƏY

Problem yalnız Ermənistan tərəfindən yaradılır RƏY

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

"Məsələ burasındadır ki, Ermənistanın ciddi şəkildə sülh sazişi imzalamaq niyyətinin olması şübhəlidir. Sülh imzalamaqda Ermənistan maraqlı olsa, qalan iki məsələ də tezliklə həll olar. Ermənistanın sülhə gəlmək fikri olsaydı, bu cür asan görünən məsələlər sülh yolunda maneə olmazdı. İki maddə sülh sazişinin imzalanmasına əngəl olan minimum iki səbəbdir".
Bu sözləri Demokrat.az-a açıqlasında politoloq Aydın Quliyev deyib.
"Sülh sazişində əks olunmayan başqa  amillər də var. Onlar içində ən əsası Ermənistanda konsititusiya islahatlarının aparılması və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Konsititusiyanın dəyişdirilməsi haqqında maddə olmasa da, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi və gələcəkdə bu iddiaların baş qaldırmamasına hüquqi təminatın verilməsi haqqında maddə var. Ermənistan konsititusiyasını dəyişmədən gələcəkdə ərazi iddialarının olmamasına heç cür təminat verə bilməz. Konsititusiyanın dəyişməsi də, birbaşa olmasa da, dolayı yolla sülhə əngəl olan məsələdir".
O bildirib ki, sərhədboyu üçüncü ölkələrin qoşunlarının yerləşdirilməsi və beynəlxalq məhkəmələrdəki mübahisələrlə bağlı maddələr formaca asan görünsə də, sazişin imzalanmasında ciddi əngəldir:
"Digər səbəb də ondan ibarətdir ki, Ermənistan müstəqil siyasət aparan ölkə deyil, müəyyən dövlətlərin regional proksi qüvvəsidir. Sərhədboyu üçüncü ölkələrin missiyasının yerləşdirilməsindən imtina məsələsi Ermənistan üçün ciddi problem sayılır. Onun Qərb ölkələri qarşısında qeyri-rəsmi öhdəlikləri olduğu üçün tələb olunan hər şeyi edir. Ermənistanın həmin təzyiqlər qarşısında müstəqil siyasət aparmaq iqtidarı yoxdur, buna gücü çatmır. Azərbaycan üçün hər iki maddəyə dərhal rəy vermək çətin deyil. Beləliklə, problem yalnız Ermənistan tərəfindən yaradılır".
Qeyd edək ki, Paşinyan sülhlə bağlı 2 maddənin həll olunmadığını qeyd edib. Bu iki maddədən biri sərhədboyu üçüncü ölkələrin qoşunlarının yerləşdirilməsi, digəri isə beynəlxalq məhkəmələrdəki mübahisələrlə bağlıdır.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Fevral 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see268

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see258

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see252

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see249

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see245

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see244

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see235

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see234

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see231

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see223

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see208

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see206

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see206

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see203

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see202

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see202

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see198

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see195

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see192

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri