Icma.az
close
up
RU
Problemi həll etmək əvəzinə, qaydaları dəyişərək məsələdən yayınırlar Ekspertdən Elm və Təhsil Nazirliyinə tənqid

Problemi həll etmək əvəzinə, qaydaları dəyişərək məsələdən yayınırlar Ekspertdən Elm və Təhsil Nazirliyinə tənqid

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müəllimlərin işə qəbulu (MİQ) üzrə vakansiya seçimində faktiki yaşayış ünvanının əsas meyar kimi nəzərə alınması təhsil siyasətində illərdir müzakirə olunan “ədalətli seçim prinsipi”nə yeni və çox mübahisəli bir yanaşma gətirir. İndiyə qədər MİQ sistemi rəqabət, topladığı bal əsasında işə qəbul və obyektivlik üzərində qurulmuşdu. Hazırda isə bu yenilik həm hüquqi, həm də sosial baxımdan suallar doğurur və təhsilin keyfiyyətinə, kadrların bölgüsünə birbaşa təsir edir. Elm və Təhsil Nazirliyinin bu qərarı qəbul etməsi, nə cəmiyyətlə, nə müəllimlərlə, nə də ekspertlərlə öncədən müzakirə aparmadan, riskləri dəyərləndirmədən tətbiq etməsi, təkcə idarəetmə boşluğunun deyil, həm də təhsil siyasətində proqnozlaşdırma və planlaşdırmanın yoxluğunun göstəricisidir.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində təhsil eksperti Kamran Əsədov bildirib.

''Statistik rəqəmlər aydın şəkildə göstərir ki, Bakı şəhərində işləmək üçün MİQ üzrə bal həddi son illərdə orta hesabla 52-60 bal civarında dəyişir, bəzi mərkəzi məktəblərdə isə 65-70 bala qədər yüksəlir. 2023-cü il MİQ nəticələrinə əsasən, Bakı üzrə vakant yerlərə müraciət edənlərin 28%-i bu bal həddinə görə işlə təmin olunmayıb, halbuki rayon yerlərində 10-15% vakansiya boş qalıb. Yeni qayda bu problemi həll etməyi və müəllimləri yaşadığı əraziyə yaxın yerləşdirməklə kadr dövriyyəsini azaltmağı hədəfləyir. Müsbət tərəf kimi göstərilir ki, müəllim öz yaşayış yerinə yaxın işləyərsə, nəqliyyat xərcləri azalacaq, yol yorğunluğu olmayacaq, sosial adaptasiya asanlaşacaq və nəticədə işə davamiyyət yüksələcək. Bu arqument sosial rifah baxımından müəyyən qədər əsaslıdır''.

Ekspertin sözlərinə görə, mənfi tərəflər üstünlük təşkil edir. Yeni qayda faktiki yaşayış ünvanını əsas meyar kimi götürməklə MİQ-in uzun illər ərzində formalaşdırdığı meritokratiya və rəqabət prinsipini zədələyir:

“Ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişmə Qaydaları”na (Nazirlər Kabinetinin 2014-cü il tarixli qərarı) görə, işə qəbul namizədlərin topladığı bal əsasında aparılmalı, yalnız bərabərlik halında əlavə meyarlar tətbiq edilməlidir. Bu hüquqi norma yeni mexanizmlə faktiki olaraq pozulur. Eyni zamanda, Əmək Məcəlləsinin 35-ci maddəsində “işə qəbulda bərabər imkanların yaradılması və ədalətli seçim hüququ” təsbit olunub, lakin faktiki ünvan meyarı az bal toplayan müəllimlərə üstünlük verərək, daha yüksək nəticə göstərənlərin hüququnu məhdudlaşdırır. Bu, həm də müəllimlərin motivasiyasına mənfi təsir edir, çünki topladığı balın seçim imkanına təsir etmədiyini görən namizədlər gələcəkdə sistemə etimadını itirə bilər.

Dünya təcrübəsi göstərir ki, müəllimlərin yerləşdirilməsi zamanı faktiki yaşayış yeri yalnız əlavə meyar kimi nəzərə alınır. Məsələn, Türkiyədə MEB tərəfindən keçirilən müəllim yerləşdirmə imtahanlarında əsas seçim bal üzrə aparılır, yalnız eyni bal olduqda faktiki ünvan, ailə vəziyyəti və sosial status kimi kriteriyalar tətbiq olunur. Polşada və Estoniyada da bənzər sistem işləyir: dövlət müəllimləri ucqar və az cəlbedici bölgələrə getməyə təşviq etmək üçün maaş əlavələri, kirayə subsidiyası və nəqliyyat xərclərinin ödənilməsini təmin edir, amma heç bir halda az bal toplayan namizəd yüksək nəticə göstərən birini sıradan çıxara bilmir. Azərbaycanda isə Elm və Təhsil Nazirliyi problemin kökünü – bölgələrdə müəllimlərin işləmək istəməməsini və vakansiyaların boş qalmasını – həll etmək əvəzinə, sadəcə seçim qaydasını dəyişməklə “statistik doluluq” yaratmaq istəyir. Bu isə idarəetmə baxımından ən ucuz, və ən qeyri-effektiv üsuldur.

Nəticədə, yeni qayda həm Bakı, həm də rayon müəllimləri üçün ədalətsiz situasiyalar yaradır. Bakı üzrə az bal toplayan müəllimlərin işlə təmin olunması üçün üstünlük verilsə də, bu, daha yüksək nəticə göstərən region müəllimlərinin paytaxtda işləmək imkanını məhdudlaşdırır. Eyni zamanda, Bakı müəllimlərinin rayonlara yönləndirilməsi də çətinləşir, çünki faktiki ünvan meyarı orada yaşayanlara üstünlük verir və az bal toplayan paytaxt müəllimi heç bir rayonda seçim edə bilmir. Beləliklə, aşağı nəticə göstərən namizədlər ümumiyyətlə işsiz qala bilər, nəticədə nə bölgələrdə kadr çatışmazlığı həll olunur, nə də paytaxt məktəblərinə ən yaxşı müəllimlərin yerləşdirilməsi təmin edilir".

K.Əsədov qeyd etdi ki, problemin həlli üçün faktiki ünvan yalnız əlavə meyar kimi nəzərdə tutulmalı, əsas seçim bal əsasında qalmalıdır. Əgər məqsəd müəllimlərin yaşadıqları ərazilərdə çalışmasını təmin etməkdirsə, bunun üçün hüquqi məcburiyyət yox, maliyyə və sosial stimullar tətbiq edilməlidir. Məsələn, ucqar kəndlərdə işləyən müəllimlər üçün maaş əlavələri, yol və kirayə xərclərinin ödənilməsi mexanizmi yaradılmalıdır. Türkiyə, Qazaxıstan və Rusiya kimi ölkələrdə bu model tətbiq olunur və nəticədə müəllimlər könüllü şəkildə bölgələrə gedir. Azərbaycanda isə Elm və Təhsil Nazirliyi belə uzunmüddətli strategiya hazırlamayıb, nə proqnozları var, nə də maarifləndirmə işi aparır. Bu qərar yenə də “tez və sadə həll görüntüsü” yaratmaq üçündür və müəllimlərin motivasiyasına, təhsilin keyfiyyətinə, işə qəbul prosesinin şəffaflığına ciddi zərbə vurur.

"Elm və Təhsil Nazirliyi illərdir bu problemi sistemli şəkildə həll etmək əvəzinə yalnız qaydaları dəyişməklə məsələdən yayınır. Nə real kadr siyasəti var, nə gələcək üçün planlaşdırma, nə də bölgələrdə müəllim cəlbediciliyini artıracaq konseptual yanaşma. Əgər bu yanaşma dəyişməsə, MİQ-in illərlə formalaşdırdığı rəqabət və ədalət prinsipi məhv olacaq, təhsil sistemi isə daha çox subyektiv qərarlarla idarə olunan bir sahəyə çevriləcək", - deyə o, vurğuladı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 01 Avqust 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see118

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri