Problemlərinizin həllində də “mən” prinsipinə yox, “biz” prinsipinə üstünlük verin
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müşahidələr göstərir ki, evliliklərdə əsas problem çox vaxt tərəflərdən birinin hər hansı bir problemdə özünü haqlı görməsi, qarşı tərəfi isə haqsız saymasıdır.
Əlbəttə ki, onların bu məsələdə birbaşa haqlılıq paylarının olmadığını iddia etmək olmaz. Ancaq bir məsələ var ki, onlar çox vaxt evliliklərini yalnız öz baxış bucaqlarına görə qiymətləndirməyə çalışır, qarşı tərəfin baxış bucaqlarına görə qiymətləndirməyi isə unurdurlar. Buna görə də, özlərinə kifayət qədər tənqidi yanaşmadıqları üçün problem həll etmə meyilli yox, problem istehsal etmə meyilli mövqe tuturlar.
Əlbəttə ki, evliliklərdə hər tərəfin qarşı tərəflə bəzi problemləri ola bilər. Ancaq belə vəziyyətlərdə görüləcək ilk iş problemi müəyyən etmək və qarşı tərəfə dəyişmək, ya da dəyişə bilmək (ən azı mövqe baxımından) imkanı verməkdir. Bu imkanı vermək üçün isə, ilk növbədə, problemlər birtərəfli qiymətləndirilməməlidir.
Belə hallarda, “Görəsən, həyat yoldaşım mənə qarşı niyə belə hərəkət edir?” və ya “Görəsən, mən həyat yoldaşıma qarşı niyə belə hərəkər edirəm?” kimi suallar köməyinizə çata və hər iki tərəf arasında meydana gələn mənfi rəyləri aradan qaldıra bilər.
Elə isə həyat yoldaşınızı tənqid etməzdən əvvəl öz tələblərinizi düşündüyünüz kimi, onun tələblərini də düşünün. Daha sonra isə yaşadığınız problemlərin bunlarla bağlı olub-olmadığını müəyyənləşdirin.
Bu yolla siz həm məsuliyyətinizi bölüşmüş, həm də probleminizin həllinə ilk addımı atmış olarsınız.
Aygün Vəliyeva
Bu mövzuda digər xəbərlər:Mərakeşli bombardirlərdən üstünlük İdman və Biz
02 Dekabr 2024 09:19
“ BİZ VARIQ, DEYƏ MƏN DƏ, VARAM”
04 Sentyabr 2025 18:26
“Yollarda sürətə yox, təhlükəsizliyə üstünlük verin”
15 Noyabr 2025 10:01
Müəllim bütün problemlərinizin günahkarı deyil Sona Əliyeva
24 Dekabr 2025 16:32
Kriştiano Ronaldodan böyük üstünlük İdman və Biz
20 Dekabr 2024 12:39
Baxış sayı:27
Bu xəbər 03 Yanvar 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















