Icma.az
close
up
RU
Professor: Abbas Abbasovun ekstradisiyası üçün ciddi faktlar təqdim ediləcək

Professor: Abbas Abbasovun ekstradisiyası üçün ciddi faktlar təqdim ediləcək

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Respublikasının Baş nazirinin sabiq birinci müavini Abbas Abbasov barəsində axtarış elan edib. Yerli KİV-lərin məlumatına görə, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ittiham olunduğu cinayət işi üzrə istintaqa cəlb edilən Abbas Abbasov bir neçə gün əvvəl Türkiyədən Rusiyaya gedib. Buna səbəb kimi Türkiyə hökumətinin onu Azərbaycana təhvil verə biləcəyi ehtimalından ehtiyat etməsi göstərilir.

Professor Cümşüd Nuriyev “Reytinq” qəzetinə açıqlamasında bildirib ki, Abbas Abbasovla yanaşı, digər şəxslər də Ramiz Mehdiyevin cinayət işi ilə əlaqəlidir:

“Rusiyada olan bir çox şəxslərin bu işlərdə əli var. Eyni zamanda Türkiyə və Avropada yaşayan bəzi şəxslər də bu proseslə bağlıdır. Əgər Abbas Abbasov axtarışa verilibsə, deməli, onunla bağlı çox ciddi faktlar mövcuddur. Çünki bir şəxsin geri tələb edilməsi üçün əsaslı sübutlar ortaya qoyulmalıdır. Bunlar sadə məsələlər deyil. Azərbaycan və Rusiya arasında qarşılıqlı hüquqi yardım və ekstradisiya haqqında razılaşma var və məsələ proses bu çərçivədə həll oluna bilər”.

C. Nuriyev əlavə edib ki, A. Abbasovu axtarışa verən qurum bu işin nə qədər ciddi olduğunu çox yaxşı bilir.

Professor hesab edir ki, Azərbaycan tərəfi A. Abbasovun ekstradisiyası üçün ciddi faktlar və materiallar təqdim edəcək:

“Lakin Rusiya Abbas Abbasovu təhvil verməyə də bilər. Hər halda Azərbaycan tərəfi kifayət qədər əsaslandırılmış sübutlar ortaya qoyacaq”.

C. Nuriyevin iddiasına görə, R. Mehdiyevin komanda üzvlərinin sayı kifayət qədər çoxdur və gələcəkdə başqa şəxslərin də həbs edilməsi qaçılmazdır:

“Mehdiyevin komandasında müxalifətin heç vaxt tənqid etmədiyi nazir və ya nazir müavinlərinin də olması mümkündür. Hətta ehtimal edirəm ki, bu komanda üzvləri arasında qadınlar da var. Qeyri-Hökumət Təşkilatları sektorunda, siyasi partiyalarda, prokurorluq orqanlarında və icra hakimiyyəti sistemində də Mehdiyevin komanda üzvləri mövcuddur. Onlar bir növ “dövlət içində dövlət” funksiyasını yerinə yetiriblər”.

Professorun sözlərinə görə, Mehdiyevin bir sıra qurumlardakı komanda üzvləri gizli tapşırıqlar alıblar və əsas məqsədləri insanlarda hakimiyyətə və dövlətə qarşı narazılıq yaratmaq olub. O, bu sırada Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin adlarını çəkib, hətta bir komitənin də cəmiyyətdə narazılıq formalaşdırmağa cəhdlər etdiyini bildirib:

“Bəzi ali təhsil müəssisələri də bu proseslərin içərisindədir. Özbaşınalıq yaradır, tələbələri narazı salırlar. Mən bunu bir vətəndaş kimi müşahidə edirəm”.

Müxalif düşərgənin cəmiyyətdə ciddi narazılıq yaratmaq potensialına malik olmadığını deyən C. Nuriyevin sözlərinə görə, təqaüdçülər, qazilər və Vətən müharibəsi iştirakçıları daha həssas qruplardır və sanki müəyyən qüvvələr bu təbəqələr arasında narazılıq yaratmağa çalışırlar:

“Şəhid ailələri arasında da narazılıq yaratmaq istəsələr də, buna nail ola bilmirlər. Sosial şəbəkələrdə də bu cəhdlər müşahidə olunur, lakin nəticə vermir. Dövlətimiz güclüdür və bu cür halların qarşısını almaq imkanına malikdir”.

C. Nuriyev sonda bildirib ki, R. Mehdiyev uzun illər ərzində dövlət strukturları daxilində geniş şəbəkə formalaşdırıb və bu şəbəkəyə deputatlar, icra başçıları, digər məmurlar və bəzi rektorlar da daxil olub.

Onu da xatırladaq ki, hazırda axtarışda olan A. Abbasov 1992-ci ildən Baş nazirin birinci müavini vəzifəsində çalışıb. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiyaya köçüb.

N. ORUCOV

Reytinga.z


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Dekabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri