Professor: “ABŞ da prezidentlərə sui qəsdləri və impiçment məsələsini unutmaq olmaz”
Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Mən əvvəllər də Donald Trampı tənqid etmişəm. Xüsusilə, onun davranışını, publik sözlərini, dünya və beynəlxalq münasibətlər haqqında fikirlərini. 78 yaşlı insan sadə məsələlər haqqında elə danışır ki, məndə onun dünyanın bir nömrəli ölkəsini necə idarə edəcəyinə şübhələr yaranır”.
Bu sözləri Reyting.az-a ABŞ-da baş verənlərdən danışan professor Qabil Hüseynli deyib.
Q. Hüseynli şübhələrini əsassız saymır və bildirir ki, bunu D. Trampın son addımı və qərarları da göstərir.
Professor əlavə edib ki, prezident D. Tramp verdiyi vədlərin bir çoxunu yerinə yetirməyib:
“Məsələn, deyirdi ki, Rusiya-UKrayna müharibəsini 24 saata bitirəcək. Amma bir aydır ki, prezidentdir, ortada heç nə yoxdur. Yalnız dünən Tramp ilə Putin arasında telefon danışığı olub və onun da nəticəsini açıqlamayıblar.
Bundan başqa, Trampın Qrenlandiya, Kanada, Panama, Meksika körfəzi haqqında bəyanatları beynəlxalq münasibətlər üçün ciddi təhdid sayıla bilər. İndi ABŞ-da Trampa qarşı fikirlər, bəzən aksiyaların olduğu haqda məlumatlar eşidirik. Onun miqrantlar və s. məsələlərə dair addımlarını yerli məhkəmələr blok edir. Yəni o, vədlərinin çox cüzi hissəsini yerinə yetirə bilir. Bu adam Rusiya-Ukrayna savaşını bitirmək istəyir, Putinə tərif yağdırır, amma Zelenski haqqında bir söz demir. Düşünürəm ki, gələcəkdə Ukrayna və Avropa Birliyi birgə hərəkət edəcək, yəni Trampsız. Ehtimal ki, onun Moskva və Kiyev arasında vasitəçilik missiyası da dalana dirənəcək”.
Q. Hüseynli əmindir ki, gələcəkdə D. Tramp daha çox təəccüb doğuracaq addımlar atacaq: “O, müxtəlif qərar və addımları ilə bizi daha çox təəccübləndirəcək. Ümumən Trampın prezidentliyini tam başa vurmayacağını, impiçment məsələsinin meydana gələcəyi ehtimallarını da heçə saymazdım. ABŞ həm də elə bir ölkədir ki, orada prezidentlərə sui-qəsdlər də edilir. Trampa da seçki kampaniyası zamanı sui-qəsd olmuşdu. Amerikada heç nəyi istisna etmək olmaz”.
Bütün bunlara baxmayaraq, Q. Hüseynli ümid edir ki, dünya daha sakit və stabil şəraitə daxil olacaq, gərginliklər nisbətən səngiyəcək.
Y. QACAR
Bu mövzuda digər xəbərlər:Azərbaycanlı professor ABŞ da vəfat etdi
01 İyul 2025 10:44
Professor: ABŞ İranı talan edəcək
25 Fevral 2026 19:50
Qızı ABŞ da professor, özü praqmatik, “nüvə tərəfdarı”
01 Mart 2026 13:10
Professor: Azərbaycan ABŞ münasibətləri strateji səviyyədədir
07 Yanvar 2026 14:29
Axios : ABŞ də demokratlar Trampa impiçment məsələsini müzakirə edir
08 Aprel 2026 07:38
Baxış sayı:185
Bu xəbər 10 Fevral 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















