Icma.az
close
up
RU
Professor: ABŞ Qrelandiyanı, Rusiya Baltikayanı ölkələri götürəcək

Professor: ABŞ Qrelandiyanı, Rusiya Baltikayanı ölkələri götürəcək

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


“Prezident Donald Trampın arxasında ABŞ-nın dərin dövləti dayanır. Tramp da dərin dövlətin yaxın dövr üçün cızdığı siyasəti həyata keçirir. Məsələn, Avropanın təhlükəsizliyindən imtina edir, əvəzində Rusiyanı Avropaya “xortdan” kimi göstərir və qorxudur. Eyni zamanda Rusiyanı Çin və İranın yanından kənarlaşdırmağa çalışır. Ən əsası odur ki, dərin dövlətin də maraqları Ukraynanı qurban verir”.

Bunu Reyting.az-a professor Cümşüd Nuriyev deyib.
C. Nuriyev əlavə edib ki, hazırda qlobal siyasət meydanında Tramp-Putin oyunu müşahidə olunur: “Onlar eyni oyunu oynayırlar. Bu oyunun mahiyyəti nədir? Çoxqütblü dünyaya - ABŞ, Rusiya, Çin, Avropa Birliyinə imkan verməmək. Rusiya və ABŞ vasitəsilə dünyanı ikiqütblü sistemə keçirmək istəyirlər. Məqsəd həm də Çini zəiflətmək, bir neçə onillik geri salmaqdır. Ancaq ortada güclü iqtisadiyyatı olub, imperiyası olmayan Almaniya da var. Hazırda Avropa məkanında Almaniyanın nüfuzu sürətlə qalxır”.
Professorun qənaətincə, Rusiya Ukrayna ilə sülh sazişi imzalasa və müharibəni dayandırsa belə, yenə məsələ bitməyəcək: “Bundan bir neçə ay sonra Rusiya Baltikayanı ölkələrə hücum edəcək. Daha dəqiqi, Latviya və Litvaya. Estoniya ola bilsin ki, bu prosesdən kənarda saxlanılsın. Hazırda Rusiyanın təbliğat maşını bunu hazırlayır. Məsələn, qeyd edirlər ki, bu ölkələrin əhalisinin 25 faizi ruslardır və s. Eyni zamanda Kalininqrad məsələsi də var. Mən gözləyirəm ki, Ukrayna məsələsindən az sonra Rusiya Baltikayanı ölkələrə hücum etsin. Bunun üçün əsas da var. Əgər Tramp Kanadanı və Qrelandiyanı tələb edirsə, Rusiya nədən Baltikayanı ölkələri tələb etməsin? Hesab edirəm ki, Vaşinqton ilə Moskva bu məsələlərdə də anlaşa bilərlər”.

Y. QACAR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://reyting.az
archiveBu xəbər 10 Mart 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri