Icma.az
close
up
RU
Professor: Adi vitamindən belə ölüm riski yarana bilər

Professor: Adi vitamindən belə ölüm riski yarana bilər

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəstəxana şəraitində də xəstənin iynəyə, dərmanlara reaksiyası yoxlanmalıdır

 Sumqayıtda klinikada qadın ona vurulan iynənin təsirindən ölüb. Noyabrın 25-i saat 11 radələrində 45-ci məhəllənin ərazisində yerləşən 3 saylı ailə sağlamlıq klinikasında Sumqayıt şəhər sakini 1953-cü il təvəllüdlü Nigar Ağabəy qızı Babaxanova ona vurulan iynənin təsirindən vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Professor Adil Qeybulla Sherg.az-a açıqlamasında deyib ki, Sumqayıtda inyeksiya sonrası baş verən ölüm faktı çox ciddi tibbi araşdırma tələb edən hadisədir. Onun sözlərinə görə, hadisənin real səbəbini yalnız məhkəmə-tibbi ekspertiza müəyyən edə bilər:

“Ölüm faktı ilə bağlı bir neçə ehtimal nəzərdən keçirilməlidir. Araşdırma tamamlanmadan konkret nəticə demək doğru deyil, lakin fakt göstərir ki, parenteral müdaxilələrdə risk hər zaman mövcuddur və tibbi personal yüksək hazırlıq səviyyəsində olmalıdır. Eyni zamanda ev şəraitində, ambulator şəraitdə müxtəlif müxtəlif inyeksiyaların, xüsusən antibiotiklərin, allergik potensialı olan dərmanların xəstəyə vurulması qadağan edilməlidir. Xəstəxanalarda müalicə alan xəstələrin ambulator şəkildə müalicəsinin davam etdirilməsi zərurəti yarananda iynə mütləq stasionar şəraitdə həyata keçirilməlidir. Çox təəssüflər olsun ki, bizdə bu kimi qaydalara əməl edilmədiyi üçün bədbəxt hadisələrlə tez-tez rastlaşırıq. Ev şəraitində anafilaktik şoka düşən xəstəni xilas etmək imkanı çox məhduddur”.

A.Qeybullanın sözlərinə görə, xəstəxana şəraitində belə olsa, xəstəyə iynə vurulmadan öncə ciddi şəkildə müayinə olunmalı, onun vəziyyəti dərindən araşdırılmalıdır:

“Xəstənin allergiyası, hər hansı irsi xəstəliyi varmı, yanaşı xəstəlikləri, dərmanlara reaksiyası ciddi şəkildə yoxlanmalıdır. Xəstə dərmanların keyfiyyətsizliyindən də şoka girib ölə bilər, həkim məsuliyyətsizliyindən də ölə bilər. Ölümlə nəticələnən hallar adətən preparatın özündən deyil, doza, tətbiq qaydası və bədənin reaksiyasından asılı olur. İnsanın hər hansı dərmana, hətta adi vitaminə belə ağır allergiyası varsa, inyeksiyadan saniyələr və ya dəqiqələr sonra ölüm riski yarana bilər. Bu vəziyyət çox sürətlə inkişaf edir. Güclü təsirə malik bəzi ağrıkəsicilər, anesteziklər, ürək-damar dərmanları, hormonal preparatlar yüksək dozada letal ola bilər. Lakin təhlükə yalnız dərmanın adında deyil, dozanın düzgün olmadığı haldadır. Dərmanın damar yerinə əzələyə və əksinə vurulması ciddi ağırlaşmalar yarada bilər. Bəzi maddələrin damar daxilinə vurulması qəfil ürək dayanmasına səbəb ola bilər. Eyni zamanda bəzən insan digər dərmanlar qəbul edirsə, yeni inyeksiya qarşılıqlı təsirə girərək toksik effekt yarada bilər. Tibb işçiləri pasiyentlərin allergik tarixçəsini diqqətlə öyrənməli və tibbi müdaxilələrdə daha diqqətli olmalıdırlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Noyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri