Icma.az
close
up
RU
Professor: Azərbaycan prezidenti BMT də yeni dünya lideri kimi təqdim olunur

Professor: Azərbaycan prezidenti BMT də yeni dünya lideri kimi təqdim olunur

Icma.az bildirir, Reyting.az portalına istinadən.


“BMT Baş Assambleyasının iclası “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna həsr edilib. İclasın dünyanın əsas gündəmində olması normal və təbiidir. Əslində bu, Baş Assambleyanın 80-ci ililliyi ilə bağlı yubiley tədbiridir. İkincisi, BMT-nin üzvü və səs hüququ olan hər bir dövlətin Baş Assambleyanın iclasında iştirakı və çıxışı önəmlidir. Bu baxımdan BMT Baş Assambleyasının toplantısı bizim üçün də maraqlı və faydalıdır”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Baş Assambleyanın 80-ci illiyi ABŞ prezidenti Donald Trampa imkan verib ki, özünü yenidəın dünyaya tənqim etsin. Bu, onun üçün əlavə şansdır və özünü müharibələri bitirən, sülhün tərəfdarı olan fiqur kimi göstərir.
Professor qeyd edib ki, bu, eyni zamanda Donald Trampın liderliyi ilə ABŞ-ı dünyanın hegemon dövləti olduğunu göstərmək imkanıdır:
“Ancaq BMT özü mövcud sistem daxilində heç nəyə yaramır. Dünyanın taleyini daha çox BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş dövlət həll edir. Burada Çin və Rusiya eyni mövqedə dururlar. ABŞ, İngiltərə və Fransa isə eyni mövqeyi qoruyurlar. Məsələn, son 20 il müddətində dünyada 27-yə yaxın qarşıdurma, müharibə, gərginlik ocağı olub, təəssüflər olsun ki, BMT onlardan birini belə dayandıra bilməyib. Hazırda da BMT eyni problemi yaşayır. Belə davam edərsə, şübhəsiz ki, BMT-nin çəkisi daha da azalacaq. Odur ki, Baş Assambleyanın 80 illik yubileyi bu qurumda ciddi islahatların başlanması üçün vəsilə ola bilər”.
C. Nuriyev əlavə edib ki, həm Azərbaycan, həm də Türkiyə prezidentləri dəfələrlə BMT-də islahatların olmasının vacibliyinə toxunublar. Bu baxımdan BMT-də ciddi və dərin islahatlar qaçılmazdır.
Müsahibimiz deyib ki, BMT-nin Baş Assambleyasının yubiley toplantısında Azərbaycan dövlətinin maraqları yüksək səviyyədə təmsil olunur: “Biz qəbul zamanı Tramp və Azərbaycan lideri arasında dialoqu müşahidə etdik. Donald Tramp Azərbaycana, onun liderinə xüsusi münasibətini nümayiş etdirdi. Göründü ki, Amerika lideri Azərbaycan prezidentinə dost münasibət sərgiləyir, şəxsi münasibətləri yüksək səviyyədədir. Bu baxımdan da qurumun toplantısı bizim üçün maraqlıdır. Hazırda dünyada nüfuz savaşı gedir. Bu prosesdə Azərbaycan dünyada nüfuzunu qoruyan və artıran dövlət kimi önə çıxıb. Mənim qənaətimcə, bu tədbirdə əsas məsələrdən biri də Azərbaycan prezidentinin dünya liderlərindən biri kimi təqdim edilməsidir. Bizim müşahidə etdiyimiz budur”.
Nemət ORUCOV
Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://reyting.az
archiveBu xəbər 25 Sentyabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri