Icma.az
close
up
RU
Professor İvana Bozdyexova: Bu, çex dilindən Azərbaycan dilinə tarixdə ilk birbaşa tərcümədir

Professor İvana Bozdyexova: Bu, çex dilindən Azərbaycan dilinə tarixdə ilk birbaşa tərcümədir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 16 dekabr, Anara Axundova, AZƏRTAC

Praqadakı Azərbaycan Mədəniyyət Evində “Çex klassiklərinin hekayələri” adlı kitabın Azərbaycan dilinə tərcümə olunmuş nəşrinin təqdimatı keçirilib.

Karl Universitetinin filologiya üzrə fəlsəfə doktoru, professor İvana Bozdyexova və diplomat, yazıçı Yaroslav Olşanın redaktorluğu ilə hazırlanan toplu Şəbnəm Əsədova tərəfindən Azərbaycan dilinə tərcümə olunub və “Elm və təhsil” nəşriyyatında çap edilib.

Professor İvana Bozdyexova layihənin əhəmiyyəti barədə AZƏRTAC-a danışıb.

“Praqada Azərbaycan Mədəniyyət Evinin fəaliyyət göstərdiyi bir il ərzində müstəsna fəal işlər nümayiş etdirib. Bu işdə əsas xidmət, ilk növbədə, Çex Respublikasındakı Azərbaycan icmasının üzvləri ilə sıx əməkdaşlıq şəraitində çalışan Mədəniyyət Evinin rəhbəri – şairə Leyla Bəyimin payına düşür. Cari ilin zəngin proqramı Azərbaycan dilində nəşr olunmuş müasir çex novellası antologiyasının – 2025-ci ilin yayında “Elm və təhsil” nəşriyyatı tərəfindən çap edilən “Çex klassiklərinin hekayələri” kitabının təqdimatı ilə yekunlaşıb.

Bu nəşr çex dilindən Azərbaycan dilinə tarixdə ilk birbaşa tərcümədir. İndiyədək Azərbaycan oxucuları çex ədəbiyyatı nümunələri ilə əsasən digər dillər, xüsusilə rus dili vasitəsilə tanış olublar. Kitabın nəşrinə Çex Respublikasının Mədəniyyət Nazirliyi maliyyə dəstəyi göstərib. Mənim iştirakımla kitab ilk dəfə oktyabrın 2-də Bakıda Çexiya səfirliyi tərəfindən təntənəli şəkildə təqdim olunub. Səfirlik, eyni zamanda, nəşrin hazırlanmasında da iştirak edib”, - deyə müsahibimiz bildirib.

Professorun sözlərinə görə, redaktorların əsas məqsədi çex ədəbiyyatının bədii müxtəlifliyini və orijinallığını əks etdirən reprezentativ əsərləri seçmək olub: “XIX əsrin ikinci yarısından müasir dövrədək 14 müxtəlif müəllifin mətnləri vasitəsilə antologiya çex mədəniyyəti və düşüncə tərzi haqqında təsəvvür formalaşdıran özünəməxsus bir kaleydoskop təqdim edir, eyni zamanda, oxucuya fərdi interpretasiya azadlığı verir. Topluya beynəlxalq səviyyədə tanınmış görkəmli yazıçılar olan Yaroslav Haşek, Frans Kafka və Karel Çapek daxil edilib”.

İvana Bozdyexovanın bildirdiyinə görə, kitabın Praqadakı təqdimatında hər iki redaktor və tərcüməçi ilə yanaşı, antologiyada yer alan və hazırda yaşayan iki müəllif — Yuliya Novakova və Martin Vopenka da iştirak ediblər.

“Müəllif Martin Vopenka “Dağ nağılları” toplusuna daxil olan “Qarğa ruh və qız haqqında danışır” adlı ballada-nağılından bir hissə oxuyub. Daha sonra həmin mətn Şəbnəm Əsədovanın ifasında Azərbaycan dilində səsləndirilib. Martin Vopenka gələcəkdə baş verən hadisələrdən bəhs edən vizioner romanlar, müasir həyat mövzusunda əsərlər, gənclər üçün ədəbiyyat, nağıllar, poeziya və fəlsəfi yol qeydləri daxil olmaqla 30 kitabın müəllifidir. Onun yaradıcılığı bu günədək 15 dilə, o cümlədən Azərbaycan, ingilis, alman, italyan, polyak, ispan, rus, bolqar, fransız və ərəb dillərinə tərcümə olunub. Bu il Frankfurt Beynəlxalq Kitab Sərgisində, fəxri qonaq ölkə qismində Filippinin iştirak etdiyi tədbirdə onun “Yeni planet” romanının Filippin dilində tərcüməsi təqdim olunub. Təntənəli axşamda, həmçinin çex ədəbiyyatının ən mühüm və ən çox tərcümə olunan nasirlərindən biri olan İvan Klimanın oğlu da iştirak edib”, — deyə professor İvana Bozdyexova qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see211

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see139

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri